Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan, Rəsmi Xəbərlər, Milli Məclis, Gürcüstan, Hüquq, Diaspora 13 декабря 2018 Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqındaAZƏRBAYCAN RESPUBLİKASININ QANUNUBu Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasınındövlət siyasətinin məqsəd və prinsiplərini və bu siyasətin həyata keçirilməsi iləəlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir.Maddə 1. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı1.1. Bu Qanunun məqsədləri üçün "xaricdə yaşayan azərbaycanlılar" dedikdə,Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünüazərbaycanlı hesab edən aşağıdakı şəxslər başa düşülür:1.1.1. Azərbaycan Respublikasının vətəndaşları və onların övladları;1.1.2. əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasınınvətəndaşları olmuş şəxslər və onların övladları;1.2. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı həmçinin bu Qanunun 1.1.1 və1.1.2-ci maddələrində göstərilmiş kateqoriyalara aid olmayan, lakin etnik, dil,mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edənşəxslərə və onların övladlarına da şamil olunur.Maddə 2. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri2.0. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləriaşağıdakılardan ibarətdir:2.0.1. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına,Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə vəAzərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiqxarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayanazərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onlarınöz milli özgünlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə köməkgöstərmək;2.0.2. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlətorqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına vəinkişaf etdirməsinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkəniniqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şəraityaratmaq;2.0.3. xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının dövlətmüstəqiliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə,iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına,habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdəfaydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb etmək;2.0.4. beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinəuyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər vəictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərmək.Maddə 3. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin prinsipləri3.1. Azərbaycan Respublikası xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlətsiyasətini həyata keçirərkən beynəlxalq hüququn hamılıqla qəbul edilmişprinsiplərinə, o cümlədən insan hüquq və azadlıqlarına hörmət və digərdövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.3.2. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti AzərbaycanRespublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir.Maddə 4. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin əsasları4.1. Azərbaycan Respublikası onun vətəndaşı olan və onun ərazisindən kənardamüvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminatverir və onlara hamilik edir.4.2. Azərbaycan Respublikasının vətəndaşı olan və onun ərazisindən kənardamüvəqqəti və ya daimi yaşayan azərbaycanlılar Azərbaycan Respublikasınınərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə bərabər hüquqlaramalikdir və bərabər vəzifələr daşıyırlar.4.3. Azərbaycan Respublikası digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığıolmayan xaricdə yaşayan azərbaycanlılarla bütün sahələrdə əlaqələrin saxlanmasına və inkişaf etdirilməsinə kömək göstərir, onların əsas hüqüq vəazadlıqlarının müdafiəsi üçün müvafiq tədbirlər görür.4.4. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin I hissəsinəuyğun olaraq, digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdəyaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində olarkən,qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları iləbərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinəyetirməlidirlər.Maddə 5. Xaricdə yaşayan azərbaycanlılarla bağlı vətəndaşlıq məsələləri5.1. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşamasıAzərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur.5.2. Digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə yaşayanazərbaycanlıların Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi vəAzərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi qaydası "AzərbaycanRespublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilətənzimlənir.5.3. Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatətqaldıran xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdənazad edilir.Maddə 6. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasınıniqtisadi və sosial siyasəti6.1. Xaricdə yaşayan azərbaycanlılarla bağlı iqtisadi sahədə dövlət siyasətininreallaşması məqsədi ilə Azərbaycan Respublikasının dövlət orqanları aşağıdakıtədbirləri həyata keçirir:6.1.1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən kommersiyatəşkilatları ilə xaricdə yaşayan azərbaycanlıların kommersiya təşkilatlarıarasında əməkdaşlığı təşviq edir;6.1.2. xaricdə yaşayan azərbaycanlıların iştirak etdiyi birgə müəssisələrinyaradılmasına kömək göstərir;6.1.3. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasınıniqtisadiyyatına investisiya qoymaları və Azərbaycan Respublikasının ərazisindəsərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şəraityaradır.6.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdəyaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərlər.6.3. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlətsiyasətinin məqsədləri üçün, xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımıedən fiziki və hiiquqi şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyinəuyğun olaraq vergi, gömrük güzəştləri və digər güzəştlər verilə bilər.6.4. Təbii fəlakətlər, ekoloji və digər qəzalar baş vermiş yerlərdə yaşayanazərbaycanlılara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi qaydada humanitar yardım göstərilə bilər.Maddə 7. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasınınmədəniyyət, dil və təhsil siyasəti7.1. Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayanazərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanmasında və inkişafetdirilməsində, öz ana dilində təhsil almaq imkanının həyata keçirilməsindəyardım göstərir və bu məqsədlə zəruri tədbirlər görür.7.2. Azərbaycan Respublikasının dövlət orqanları digər dövlətlərdə yaşayanazərbaycanlıların milli-mədəni muxtariyyətləri ilə hərtərəfli əməkdaşlıq həyatakeçirir.7.3. Xaricdə yaşayan azərbaycanlılara öz mədəni, elmi və informasiya tələbatınıödəmək üçün Azərbaycan Respublikasının digər dövlətlərdə olan elm vəmədəniyyət mərkəzlərindən istifadə etmək imkanı verilir.7.4. Xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin qorunub saxlanmasındavə inkişaf etdirilməsində yardım məqsədi ilə Azərbaycan Respublikasının dövlətorqanları aşağıdakı tədbirləri həyata keçirir:7.4.1. xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədənimaariftəşkilatlarına, kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına,musiqi ansambllarına və digər yaradıcı kollektivlərinə yardım göstərir;7.4.2. xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tədrismetodikvə maddi-texniki təminatına və inkişafına, eləcə də həmin məktəblərüçün kadrların hazırlanmasına yardım göstərir;7.4.3. xaricdə yaşayan azərbaycanlıların mədəni irsinin öyrənilməsinə köməkgöstərir;7.4.4. xaricdə yaşayan azərbaycanlılara öz ana dilini qoruyub saxlamaqda, anadilinin öyrənilməsinə, təhsil almaq və informasiya əldə etmək üçün bu dildənistifadəyə şərait yaradılmasında kömək göstərir;7.4.5. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan tarixini və Azərbaycanmədəni irsini öyrənməsinə şərait yaradılmasında onlara kömək göstərir;7.4.6. xaricdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikasında təhsilalmaq, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştlişərtlərlə yardım göstərir.Maddə 8. İnformasiya sahəsində xaricdə yaşayan azərbaycanlılara köməkgöstərilməsi8.0. Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayanazərbaycanlılara informasiya sahəsində kömək məqsədi ilə aşağıdakı tədbirlərihəyata keçirir:8.0.1. xaricdə yaşayan azərbaycanlılara ana dilində informasiya almaqda vəyaymaqda, informasiya vasitələri yaratmaqda, müvafiq xarici dövlətlərləAzərbaycan Respublikası arasında informasiya əlaqələrinin qurulmasında vəinkişaf etdirilməsində yardım göstərir;8.0.2. xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasınındövlət siyasəti haqqında və yaşadıqları dövlətlərdə azərbaycanlıların vəziyyətihaqqında informasiyanın yayılmasını təmin edir;8.0.3. Azərbaycan Respublikasından ana dilində televiziya, radio, dövrimətbuat, internet və digər vasitələrlə informasiyanın yayılması üçün zərurişərait yaradır;8.0.4. xaricdə yaşayan azərbaycanlıların məlumatlandırılmasını həyata keçirənAzərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə AzərbaycanRespublikasının qanunvericiliyinə uyğun olaraq, maliyyə və maddi-texnikivəsaitlər verir;8.0.5. xaricdə yaşayan azərbaycanlılara məxsus olan kütləvi informasiyavasitələrinə yardım göstərir;8.0.6. diaspor ilə işin təşkil olunması və aparılması sahəsində digər ölkələrintəcrübəsinin öyrənilməsinə və tətbiq olunmasına yardım göstərir.Maddə 9. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasıdövlət orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi9.1. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası dövlətorqanlarının fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirililir. Bu vəsaitlərdənistifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən edilir.9.2. Azərbaycan Respublikasının yerli özünüidarə orqanları xaricdə yaşayanazərbaycanlılarla bağlı həyata keçirdikləri tədbirlərin maliyyələşdirilməsi üçünzəruri olan vəsaitlərin həcmini və onlardan istifadə qaydalarını müstəqilmüəyyən edir.9.3. Xaricdə yaşayan azərbaycanlılara və onların təşkilatlarına maddi yardımedilməsi məqsədi ilə dövlətin, fiziki və hüquqi şəxslərin ödəmələri hesabınatəşkil olunan dövlət fondları və ya ictimai fondlar yaradıla bilər. Dövlətfondlarının vəsaitlərindən istifadə qaydaları Azərbaycan Respublikasınınmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.9.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, xaricdəyaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının və digər dövlətlərinfiziki və hüquqi şəxslərinin xeyriyyəçilik fəaliyyəti həvəsləndirilir.Maddə 10. Xaricdə yaşayan azərbaycanlılarla bağlı monitorinqin aparılmasıAzərbaycan Respublikasınıın müvafiq icra hakimiyyəti orqanı xaricdə yaşayanazərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini vəqiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasınıtəmin edir.Maddə 11. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyatakeçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası dövlət orqanlarının vəzifələriAzərbaycan Respublikasının dövlət orqanları öz səlahiyyətləri daxilində buQanunda göstərilmiş tədbirləri həyata keçirirlər.Heydər ƏLİYEV,Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 27 dekabr 2002-ci il № 413-IIQ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.