TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT EDİB

TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT EDİB Azərbaycan elminə, Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə, Azərbaycan folklorşünaslığına, Azərbaycan ictimaiyyətinə, eləcə də, Borçalı mahalına, Faxralı elinə ağır itgi üz verib.

Azərbaycan ozan – aşıq sənətinin öyrənilməsində, təbliğində və inkişafında müstəsna xidmətləri olmuş tanınmış folklorşünas alim, AMEA Folklor İnstitutu Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli 21 mart 2025-ci ildə, ömrünün müdriklik çağında, 79 yaşında vəfat edib.


Elxan Hüseynqulu oğlu Məmmədli – 1 yanvar 1946-cı ildə qədim qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı ağır ellərdən olan Faxralı kəndində dünyaya göz açmışdır.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, 1976-1979-cu illərdə Pedaqoji Elmi-Tədqiqat İnstitutunda elmi işçi işləmişdir.

1979-cu ildən etibarən müsabiqə yolu ilə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir.

1994-cü ildə böyük elmi işçi seçilmiş və Folklor Elmi-Mədəni Mərkəzinə (AMEA-nın indiki Folklor İnstitutuna) köçürülmüşdür.

1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə etmiş və filolodiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1999-cu ildən AMEA-nın Folklor İnstitutunda “Aşıq yaradıcılığı” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1969-2009-cu illər ərzində Azərbaycan Dövlət Radio və Televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olmuşdur.
O, “Təcnis sənətkarlığı” (Bakı, “NaftA-Press”, 1998. 150 səh.) və “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” adlı (Bakı, Nurlan, 2014, 144 s.) iki monoqrafiya, “Bir dənəm” adlı bir şeir kitabı (Bakı-2006), 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur.

2008-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü idi.

Elxan Məmmədlinin anadan olmasının 60 illiyi ilə əlaqədar Vüsal Abiyev “Elxan Məmmədli – 60” kitabını yazmışdır.

Elxan Məmmədli uzun illər ərzində Azərbaycan xalq yaradıcılığının, xüsusilə də aşıq sənətinin tədqiqinə dəyərli töhfələr vermiş, bu sahənin elmi-nəzəri əsaslarının formalaşmasında müstəsna rol oynamışdır. Onun çoxsaylı elmi əsərləri, monoqrafiyaları və məqalələri aşıq poeziyasının mənşəyi, inkişaf mərhələləri, janr və sənətkarlıq xüsusiyyətlərinin təhlili baxımından əvəzsiz mənbələrdir.

Əziz və dəyərli ziyalımız, sevimli soydaşımız, tanınmış folklorşünas alim, aşıq yaradıcılığının yorulmaz tədqiqatçısı, filologiya elmləri namizədi, aparıcı elmi işçi, AMEA-nın Folklor İnstitutunda “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, Əmək veteranı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü, çox hörmətli el ağsaqqalı Elxan Məmmədlinin vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, oğlu Elnur Məmmədliyə, qardaşı Eldar Məmmədliyə, doğmalarına, çalışdığı kollektivə, bir sözlə, bütün Elxansevərlərə dərin hüznlə başsağlığı verir, uca Allahdan səbir diləyirik…

Allah rəhmət eləsin. Məkanı cənnət, Ruhu şad olsun…



Müşfiq BORÇALI,
filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ELXAN MƏMMƏDLİ:

ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI"

Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ŞÖVQİ MEHDİZADƏyə  BAŞSAĞLIĞI

ŞÖVQİ MEHDİZADƏyə BAŞSAĞLIĞI

Nekroloqlar
Əməkdar Mədəniyyət İşçisi ELXAN OCAQOV (1954)

Əməkdar Mədəniyyət İşçisi ELXAN OCAQOV (1954)

Mədəniyyət, Bolus
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Professor ƏJDƏR AĞAYEV vəfat edib

Professor ƏJDƏR AĞAYEV vəfat edib

Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Regionlar, Folklor
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Elm, Humanitar elmlər, Folklor, Bolus, Təbriklər
TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

Təbriklər
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
Ad gününüz mübarək, Tinatin xanım!..

Ad gününüz mübarək, Tinatin xanım!..

TDPİ-nin Azərbaycan bölməsi, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Rəy yazın: