Gürcüstan: Azərbaycanlı şəhidin xatirəsi doğulduğu kənddə anılıb --- 26 сентября 2016 Azərbaycan torpaqlarının erməni işğalçı qüvvələrindən müdafiəsi zamanı şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Elşən Vaqif oğlu Məmmədovun xatirəsi doğulduğu Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndində ehtiramla anılıb.Zim.Az-ın Gürcüstan müxbiri xəbər verir ki, 2016-cı il Sentyabrın 25-də Zol-Güvəc kəndində şəhid Elşən Vaqif oğlu Məmmədovun xatirəsinə tikilmiş “Şəhid bulağı”nın açılışı olub.Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, hərbi attaşe aparatının əməkdaşları iştirak ediblər.Tədbirdə şəhid E.Məmmədovun həyat yolundan, hərbi xidmətdəki nümunəvi davranışından bəhs olunub. Bildirilib ki, 2015-ci il sentyabrın 25-də düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmış Elşən doğulduğu Zol-Güvəc kəndində torpağa tapşırılıb.Şəhidin adının əbədiləşdirilməsi üçün “Şatirə bulağı”nın tikilməsi və onun anadan olduğu kəndin qazlaşdırılması şəhidlərə verilən yüksək qiymətin, onların ruhuna dərin hörmətin bariz nümunəsi kimi qiymətləndirilib.Çıxışlarda Azərbaycanın və Gürcüstanın torpaqlarının işğal olunduğu təəssüf hissi ilə qeyd olunub, işğala son qoyulacağına, hər iki ölkənin ərazi bütövlüyünün bərpasına inam ifadə edilib.Sonra səfirliyin əməkdaşları şəhidin məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.Diplomatlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi, səfirliyin əməkdaşları adından şəhidin valideynlərinə, yaxınlarına başsağlığı veriblər. Şəhid ailəsinə yardım göstərilib.Biz də bir daha Şəhidimizə Allahdan rəhmət diləyir, "Ruhun şad olsun!", - söyləyir, ailəsinə, qohumlarına, Gürcüstanda yaşayan soydaşlarımıza və eləcə də bütün xalqımıza dərin hüznlə başsağlığı veririk.Müşfiq BORÇALI... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.