Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub

Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub Bolnisidə NOVRUZ BAYRAMI qeyd olunub 2026-cı il martın 17-də qədim Borçalı mahalında, indiki Gürcüstanın soydaşlarımızın kompakt halda yaşadıqları Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə İl-axır çərşənbəsi və Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olunub.

ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbiri bildirir ki, tədbiri giriş sözü ilə açıq elan edən mərkəzin icraçı direktoru Rezo Həsənov iştirakçıları salamlayaraq onları Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib.
O, çıxışında bu qədim bayramın xalqımız üçün daşıdığı mənəvi dəyərdən, birlik və həmrəylik ruhunu gücləndirməsindən bəhs edib.

Daha sonra söz mərkəzin Azərbaycan dili müəllimi Fatma Əliyevaya verilib. O da öz növbəsində bu əlamətdar gün münasibətilə iştirakçılara xoş arzularını çatdırıb, Novruzun milli-mənəvi irsimizdəki yerindən danışıb.

Ardınca Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, Dəllər ictimai məktəbinin müəllimi Əlixan Yahyaoğlu, Kəpənəkçi və Darvaz ictimai məktəblərinin Azərbaycan dili müəllimi Zakir Məmmədov və digər ziyalılar çıxış edərək tədbir iştirakçılarını təbrik edib, Novruz bayramının sülh, yenilənmə və dostluq rəmzi olduğunu vurğulayıblar.

Eyni zamanda, Dəllər ictimai məktəbinin əməkdaşı Natavan Mehdiyeva Novruz bayramının tarixi, qədim kökləri və zəngin ənənələri haqqında ətraflı məlumat verib, bayramın əsrlər boyu yaşadılmasının əhəmiyyətini qeyd edib.

Tədbirdə, Bolnisi Mərkəzi Muzeyinin əməkdaşı Temo Urumaşvili də çıxış edərək iştirakçıları salamlayıb, Novruz bayramı münasibətilə xoş arzularını çatdırıb və bu cür tədbirlərin mədəni əlaqələrin inkişafında rolunu xüsusi vurğulayıb.

Bədii hissədə Bolnisi rayonunun Həsənxocalı ictimai məktəbinin şagirdlərinin hazırladıqları milli rəqslər təqdim olunub. Onların çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb, bayram əhval-ruhiyyəsi daha da yüksəlib.

Tədbirin musiqili hissəsində isə Aşıq Samir QoçuluAşıq Vəli Cəfərli saz ifaları ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb, öz ustalıqlı ifaları ilə iştirakçılara unudulmaz anlar yaşadıblar.

Bayram mehriban, səmimi mühitdə yekunlaşıb.
Sonda tədbir iştirakçıları xatirə üçün foto-şəkillərçəkdiriblər.

REDAKSİYADAN:

Biz də Redaksiya Heyətimiz adından,
dəyərli ziyalımız Rezo Həsənov başda olmaqla, onun rəhbərlik etdiyi "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin bütün müəllim və şagird kollektivini, eləcə də, Gürcüstanda yaşayan bütün soydaşlarımızı bir daha Ramazan və Novruz Bayramları münasibətilə ürəkdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, bol ruzu və yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
QARDABANİdə TƏHSİL və İNTEQRASİYA MƏRKƏZİnin FƏALİYYƏTİ və GƏLƏCƏK PLANLARI ...

QARDABANİdə TƏHSİL və İNTEQRASİYA MƏRKƏZİnin FƏALİYYƏTİ və GƏLƏCƏK PLANLARI ...

Qarayazı, Təbriklər
Bolnisidə Gürcüstan və Azərbaycanın müstəqillik gününə həsr olunmuş “Dostlu ...

Bolnisidə Gürcüstan və Azərbaycanın müstəqillik gününə həsr olunmuş “Dostlu ...

Bolus
Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Bolus
İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Əsas xəbər, Rəsmi Xəbərlər
AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

Əsas xəbər, AzTU
Kaxa Okriaşvili Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edib

Kaxa Okriaşvili Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edib

Borçalı
NOVRUZ BAYRAMI

NOVRUZ BAYRAMI

Əsas xəbər, Regionlar, Köşə yazılar
Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Regionlar, Köşə yazılar
AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

AzTU
XINALIQ MƏKTƏBİNDƏ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAMI QEYD OLUNUB

XINALIQ MƏKTƏBİNDƏ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAMI QEYD OLUNUB

Regionlar, Məktəblər
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

Əsas xəbər, Təbriklər
İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

Əsas xəbər
Rustavidə azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qeyd ediblə ...

Rustavidə azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qeyd ediblə ...

"Varlıq", Rustavi
Novruz bayramı Gürcüstanın Qardabani rayonunda böyük sevinclə qeyd olunub

Novruz bayramı Gürcüstanın Qardabani rayonunda böyük sevinclə qeyd olunub

Qarayazı
Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan, Borçalı
Novruz bayramınız mübarək olsun!

Novruz bayramınız mübarək olsun!

Əsas xəbər, Azərbaycan, Rəsmi Xəbərlər
Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Bolus
Rustavidə Novruz Bayramı

Rustavidə Novruz Bayramı

Rustavi
Tiflisdə

Tiflisdə "Azərbaycan Mətbəxi" Günü

Tiflis
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

Əsas xəbər, Folklor, Təbriklər
Rəy yazın: