Ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin yeni kitabı işıqüzü görüb

Ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin yeni kitabı işıqüzü görüb
Bu günlərdə Bakıda
“Professor Mədəd Çobanov adına
XEY­RİY­YƏ FON­DU”
tərəfindən
görkəmli Borçalışünas-alim,
tanınmış ədəbiyyatşünas,
istedadlı şair-tərcüməçi,
Gürcütan Ədəbiyyat Akademiyasının
həqiqi üzvü,
filologiya elmləri doktoru, professor
Şurəddin Məmmədlinin
“19-cu yüzil Azərbaycan Gürcü teatr ülfəti”
adlı yeni monoqrafiyası
nəfis şəkildə çap olunaraq
oxuculara təqdim olunub.

Bu barədə mətbuata Fondun icraçı direktoru
Dr. Müşfiq Borçalı
məlumat verib.

O, bildirib ki, Fondun sayca 11-ci nəşri olan bu kitabda müəllif - professor Şurəddin Məmmədli oxucuları Tiflis Azərbaycan teatrının ilk addımları, Axundzadənin “Lənkəran Xanının Vəzirinin Sərgüzəşti” komediyasının Gürcü səhnəsində tamaşası xüsusunda önəmli faktlarla bilgiləndirilir. İlkin məxəzlər çoxsaylı arxiv sənədləri, Tiflisin Azərbaycanca, Gürcücə, Rusca qəzet və dərgilərinin materialları, xatirələr, başqa qaynaqlardır.

Bakıdakı “Borçalı” nəşriyyatında işıqüzü görən kitabın elmi redaktorları Prof. Dr. Mədəd Çobanov
Dos. Dr. Gülnara Gocayeva, naşiri isə Dr. Müşfiq Borçalıdır.

Kitab “On söz”dən, iki bölümdən və “Sonuc”dan ibarətdir.

Kitabın “TİFLİSDƏ AZƏRBAYCAN TEATRININ QƏDƏMLƏRİ” adlanan Birinci bölümündə
Gürcüstanda Azərbaycan xalq teatrı gələnəkləri, Tiflisdə Azər­baycanca başlanğıc tamaşaları,
Tiflis Azərbaycan səhnəsinin ilkin repertuarı, Tiflisli ilk səhnə fədakarlarımız,
“AXUNDZADƏNİN XANIN VƏZİRİ ƏSƏRİ GÜRCÜ SƏH­NƏ­SİNDƏ” adlanan İkinci bölümündə isə
“Xanın Vəziri”nin Gürcücə səhnə həlli, “Xanın Vəziri” tamaşasını gerçəkləşdirənlər haq­qında
ətraflı məlumat verilir, “Axundzadə Gürcü mətbu teatr tən­qidi meyarında” mövzusu
ilk dəfə olaraq elmi tədqiqata cəlb olunur.

Hər iki bölümün sonunda həmin bölümə aid mənbəməxəzlərin siyahısı əlavə olunub.

Kitab müəllifin “SONUC“u ilə tamamlanır.

Qeyd edək ki, Borçalıda doğulub boya-başa çatan, uzun müddət Tiflisdə Azərbaycan dilində nəşr olunan "Gürcüstan" qəzetində və Pedaqoji Universitetdə, hazırda isə Türkiyənin Ardahan Universitetində çalışan çalışan, “Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU”nun Türkiyə Respublikasındakı nümayəndəliyin rəhbəri, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli (Məmmədov) elmi araşdırmalarında Borçalı ədəbiyyat mühitini və Azərbaycan Gürcü ədəbiyyat-mədəniyyət əlaqələrini irdələməkdədir.

Müəllifin "Ön söz"də yazır:
“1980-2000-ci illərdə elmi dissertasiya mövzumla il­gili Gürcüstanın və Azərbaycanın arxivlərini, qəzet­lərini, jurnallarını birər birər irdələyərkən Azərbay­can Gürcü teatral ilişkilərinə aid də çoxsaylı mate­riallar topla­mış­dım.
Bu materiallar işığında bir neçə məqalə dərc etdir­mişəm. Bu mövzuda kitab da yayınlatmaq istəyirdim.
Üzərində daha ciddi işləmək inadıyla kitabın nəşri bu günə qədər yubanmışdır.
Adından bəlli olduğu kimi, əsərimizin mövzusu zaman və içərik müstəvisindən konkretdir, yalnızca 19-cu yüzilin ikinci yarısını, yalnızca Azərbaycan və Gürcü xalqları teatr əlaqələrini əhatə etməkdədir.
Bu dövrdəki ədəbiyyat-incəsənət ilişiklərinin diq­qətə şayan iki önəmli faktı - Tiflisdə Azərbaycanca ilkin ta­maşalar və Azərbaycan klassik dramnəvisi Mirzə Fə­təli Axundzadənin ölümsüz komediyasının Gürcü ünlü şairi Akaki Sereteli tərcüməsində Gürcücə səh­nələş­di­rilməsi önə çəkilməkdədir.
Məxəzlərimiz sözü geçən dövrə aid Tiflisin, qismən də Bakının arxivlərindəki önəmli sənədlər və Tiflisin Azər­­baycanca, Gürcücə, Rusça dövri qəzetləri, jur­nal­la­rıdır. O cümlədən Gürcüstan Milli Arxivinin, Gür­cüs­tan Dövlət Teatr Muzeyinin, Gürcüstan Milli Əlyaz­ma­lar Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademi­yası Əlyazmalar İnstitu­tunun ilgili mate­rialları, Tiflis­də yayınlanmış Gürcücə “Akakis Tviuri Krebuli”, “Droe­ba”, “İveria”, “Kvali”, “Teatri”, “Tsis­kari”, “Tsnobis Pur­tseli”, Azər­baycanca “Kəşkül”, “Ziya”, Rusca “Kav­kaz”, “Novoe Obozrenie”, “Tiflisskiy Listok” və digər mət­buat orqan­larının ilgili yazıları araşdırmaya cəlb edilir.
Mövzuya ilişkin təməl tədqiqatlar incələmə süzgə­cindən keçirilməkdədir.
Dolayısıyla, hörmətli ustad professor Abbas Ha­cı­ye­vin Tiflis Azərbaycan teatrının fəaliyyətiylə ilgili kitab­larının, məqalələrinin güncəlliyini xüsusi vur­ğu­laya­raq, bu mövzuda araşdırmalarımın, incələ­mə­­ləri­min sonuclarını qiymətli oxucuların, mütəxəssis­lərin təqdi­rinə təqdim etməkdəyəm.”

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından dəyərli soydaşımız, professor Şurəddin Məmmədlini
yeni (və həm də qiymətli!) əsərinin işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..


Aygül ÇOBANOVA,
ZiM.Az



Ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin yeni kitabı işıqüzü görüb Şurəddin MƏMMƏDLİ:
"Bakıda yayımlanmış "19-cu Yüzil Azərbaycan Gürcü Teatr Ülfəti" kitabım Su çərşəmbəsi günündə göyərçin qanadlarında gəlib əlimə çatdı. Gözlədiyimdən (istədiyimdən) daha urvatlı çıxıb. Əzizim Müşfiq Mədədoğlu'ya təşəkkürlərim hədsizdir. Bağrıma basıb ürəkdən minnətdarlığımı bildirirəm. Bir daha tam əmin oldum ki, qeyrətliliyin təməl ölçütlərindən biri məhz sözü bütövlükdür.
Kitabın önsözündə vurğuladığım kimi, bu dövrdəki ədəbiyyat-incəsənət ilişiklərinin diqqətə şayan iki önəmli faktı – Tiflisdə Azərbaycanca ilkin tamaşalar və Azərbaycan klassik dramnəvisi Mirzə Fətəli Axundzadənin ölümsüz komediyasının Gürcü ünlü şairi Akaki Sereteli tərcüməsində Gürcücə səhnələşdirilməsi önə çəkilməkdədir. Məxəzlər sözü geçən dövrə aid Tiflisin, qismən də Bakının arxivlərindəki önəmli sənədlər və Tiflisin Azərbaycanca, Gürcücə, Rusça dövri qəzetləri, jurnallarıdır. O cümlədən Gürcüstan Milli Arxivinin, Gürcüstan Dövlət Teatr Muzeyinin, Gürcüstan Milli Əlyazmalar Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun ilgili materialları, Tiflisdə yayınlanmış Gürcücə “Akakis Tviuri Krebuli”, “Droeba”, “İveria”, “Kvali”, “Teatri”, “Tsiskari”, “Tsnobis Purtseli”, Azərbaycanca “Kəşkül”, “Ziya”, Rusca “Kavkaz”, “Novoe Obozrenie”, “Tiflisskiy Listok” və digər mətbuat orqanlarının ilgili yazıları araşdırmaya cəlb edilir. Dolayısıyla, hörmətli ustad professor Abbas Hacıyevin Tiflis Azərbaycan teatrının fəaliyyətiylə ilgili kitablarının, məqalələrinin güncəlliyini diqqətə alaraq, bu mövzuda araşdırmalarımın, incələmələrimin sonuclarını qiymətli oxucuların, mütəxəssislərin təqdirinə təqdim etməkdəyəm."

21.02.2018



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

TİFLİSDƏ “KÖRÜK” ADLI YENİ DƏRGİ İŞIQ ÜZÜ GÖRÜB

Yeni nəşrlər, Ədəbi əlaqələr, Tiflis
Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsə ...

Mədəniyyət, Tiflis
Tiflisdə

Tiflisdə "KÖRÜK" dərgisinin 2-ci sayı işıqüzü görüb

MEDİA, Tiflis, Qarayazı
Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Yeni nəşrlər, Humanitar elmlər, Başkeçid, Müşfiq Borçalı
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
TƏBRİK EDİRİK!.. Həmkarımızın

TƏBRİK EDİRİK!.. Həmkarımızın "Çələbilər" adlı yeni kitabı çıxıb

Borçalı, Təbriklər

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Borçalı, Təbriklər, Turan
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
Tiflisdə “Sxivi – Şəfəq” adlı dərginin ilk sayı işıqüzü görüb

Tiflisdə “Sxivi – Şəfəq” adlı dərginin ilk sayı işıqüzü görüb

MEDİA, Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: