MAARİF SALAYEV (1953) Poeziya, Müsabiqə 29 марта 2023 1066 0 1 2 3 4 5 Maarif Şaban oğlu Salayev (Həkim Maarif) - 10 oktyabr 1953-cü ildə Masallı rayonunun 1-ci Yeddioymaq kəndində anadan olub. 1981-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki ATU-nu) bitirib. Həkim-carrahdır. Uzun müddətdir ki, bədii yaradıcılıqla da məşğul olur. Şeirlari müxtəlif matbuat orqanlarında, internet portallarında dərc olunub. "A qərib bala" adlı şeirlər kitabın müəllifidir.Biz də çox hörmətli Həkim Maarifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.!.Məlahət SAHİBQIZI,AYB-nin və AJB-nin üzvü,"Borçalı" nəşriyyatının redaktoruZiM.AzVƏTƏNİ BÖLGƏYƏ BÖLMƏK GÜNAHDIRVətəni bölgəyə bölmək günahdır,Bölünüb, kiçilib quruplaşırıq.Düşmən hiyləsidir, uyma, uzaq dur,Belə bölünəndə ucuzlaşırıq.Təpədə gözəldi, amma dağ deyil,Kiçikdi, dağ kimi zirvəsi yoxdu.Yamacı olsada ətəklərində,Dağ kimi qayası, dərəsi yoxdur.Kiçik təpələrin ətəklərində,Qoyunlar otlayar,qoyunlar gəzər.Amma ki qayada, dağ zirvəsində,Dağ kəli dolaşar,qartallar süzər.Bunu təstiq edir yoldan ötən də,Bölünən azalır tən bölünəndə.Kimə qismət oldu o itkin gəlin,Ayrıldı, yad oldu doğma vətəndə.Maarif,igid ölməz vətən bölünməz,Vətənin dağlarda qartalları var.Tayı bərabəri misli bilinməz,Dəmir yumruğunu vursa dağ oynar. A QƏRİB BALAYamanca kövrəlib anam ağladı,Dalımca su atıb salanda yola.Son sözü sinəmi yaman dağladıDedi, əzəl gündən a qərib bala.Bu sözlər keçmişə apardı məni,Könül məhvərimdən qopardı məni,Hər kəndə gələndə öpərdi məni,Deyərdi, hardasan, a qərib bala.Anam çox qocalıb, lap əldən düşüb,Bilməm, ya həsrətdən, ya nədən düşüb,Anamın saçına yaman dən düşüb,Elə hey söyləyir, a qərib bala.Kəndimin əzizdi mənə yolları,Boynuma sarılan ana qolları,Ay iğid qəhrəman, mərd oğulları,Anam yaxşı deyir a qərib bala.Arzuma çatmışam həkiməm indi,Anamdan uzaqda mən kiməm indi,Ana həsrətinə məhkumam indi,Anam yaxşı deyir, a qərib bala.QARANQUŞ KİMIYƏMBacım Sədaqətə həsr olunubQaranquş kimiyəm, mən ilk baharda,Yenə qayıtmışam bu köhnə yurda,Harda qərar tutum, bilmirəm harda,Ax vətən, ax vətən deyib ğəlmişəm.Həyat əldən salıb məni yorabda,Xəyallar qurmuşam dağda-aranda,Fələk qamçısını tərsə vuranda,Əcəl köynəyini geyib gəlmişəm.Mən dözdüm, dözmədi dözüm yoruldu,Dilim qabar oldu, sözüm yoruldu,Yollara baxmaqdan gözüm yoruldu,Yuvamı yiyəsiz qoyub gəlmişəm.Niyə qurtarmıram mən intizardan,Bu qədər çəkdiyim azar-bezardan,Nigaran həyatdan giley-güzardan,Qəm kədər əlindən doyub gəlmişəm.Vətən həsrəti ilə göynədi sinəm,Fələk qoydumu ki, orda isinəm,Doğma vətənində vətənsiz mənəm,Yüz dəfə başıma döyüb gəlmişəm.Sədaqət, səni də yordu bu həyat,Qaranquş həyatı yaşadın heyhat,Ayrılıq zamanı çatdı nəhayət,Gələndə bunları duyub gəlmişəm.21.08.2022. BİR ÜRƏYİM QALIB, ONU DA APARGözəl şairə Həqiqət Həqiqinin “Sənin əlindədir ruhumun canı” şerinə mənim əlavəm, isti-istiÜrək neynəsin ki, yarısı qalıb,Yarısınada, daş bağlamışam mən.Keçmiş xatirəni yadıma salıb,Kövrəlib,sıxılıb ağlamışam mən.O köhnə yaralar qaysaq bağlayıb,Hərdən qopardıram,qanayır axı!Yerində bərkimiş çapıqlar qalıb,Görənlər danlayır,qınayır axı!Yolumuz beləcə bitəcəydisə,Gərək sən bu yolu heç getməyəydin.Sevgim ürəyində itəcəydisə,Məni də özünə öyrətməyəydin.Nə olar ürəyim ağrıyır axı,Qayıt gəl,yarısın özümə qaytar.Sənin əlindədir ruhumun canı,Ürəyi neynirəm, onu da apar.GÖZƏLLƏRİNAşıq al sinənə sədəfli sazı,Vəsf elə dövranı, baharı, yazı,Öldürür bülbülü güllərin nazı,Düşübdü könlünə saz gözəllərin,Yaraşır hüsnünə naz gözəllərin.Bizim bu göllərin sonası gözəl,Leyləyin budaqda yuvası gözəl,Qızların əlində xınası gözəl,Dərdi, qəmi olsun az gözəllərin,Yaraşır hüsnünə naz gözəllərin.Gözlərin süzdürüb naz eyləsinlər,sevən könülləri saz eyləsinlər,bu nazı qoy bir az, az eyləsinlər,Maarif, vüsalından yaz gözəllərin,Yaraşır hüsnünə naz gözəllərin.SEVGİ DƏ, DƏYİŞİB TƏYİNATINIGözəl axtarıram,elə bir gözəl,Hər yerdə, hər zaman gərəyim olsun.Mən onun əlində bir ğül çələngi,O, mənim döyünən ürəyim olsun.Göstər o gözəli, hardadı?,-göstər,Mən onu özümlə aparım, gedim.Əliboş getməyim, görüş yerindən,Gülü budağından qoparım, gedim.Gözəl axtarıram, əlimdə çıraq,Qaranlıq yolunu işıqlandırım.Gəlsin ona olum həm arxa-dayaq,Közərən közünü, alovlandırım.Bir gözəl gəzirəm, könlünü alım,Könül məhvərimdən qoparsın məni.Belə bir gözəlin qadasın alım,Sevgi aləminə aparsın məni.Sevgi də dəyişib təyinatını,Sevənlər, özünə pullu yar gəzir.Bəzisi axtarır köhlən atını,Bəzisi də küllü-ixtiyar gəzir.26 07.2022.MƏNİM OLMADIİstədim qoparam əlim gəlmədi,Dedim tər qalacaq gül budağında.Dərib apardılar, mənim olmadı,Sən demə yatmışam fil qulağında.Nə tez uzaqlaşdı o gedən qatar,Yoxsa tələsirdi, tez yola düşdü.Mənmi ləngimişəm yol ayrıcında,Yoxsa o çevirdi üz, yola düşdü.Hər deyilən sözün, şerin, qəzəlin,Gizli işarəsi, bəlkəsi varmlş.Hər günəş altında gəzən gözəlin,Başına dolanan kölgəsi varmış.Özgəyə könlünü verən o gözəl,Əlini,əlimdən qopardı getdi.Bilmirəm nə keçdi öz ürəyindən,Mənim ürəyimi apardı getdi.XATİRƏBir payız axşamı neçə il qabaq,Xatirimdədir o son dayanacaq, Orda, təsadüfən üz-üzə gəldik,Sənin gözlərindən sanki bir şimşək,Qoparaq, qəlbimi yandırıb, yaxdı,Dayandıq beləcə səssiz-səmirsiz.Eləbil tilsimə saldılar bizi,Nə sən bu tilsimdən qaça bilmədin,Nədə mən qəlbimi aça bilmədim.Coşub dilə həldi ürəklərimiz,Danışdı eləbil dili var kimi,Anasın anlayan körpə lal kimi,Dil susdu,baxışlar anlatdı bizi,Xəyallar, şübhələr aldatdı bizi.Sən getdin, töküldü gözümün yaşı,Şimşəkdən yaranan yağışlar kimi,Sanki bu təsadüf yuxuydu getdi,Dartılmış bir yayın oxuydu getdi.Gör neçə il ötüb keçib o gündən,İndi də qəlbimdə bir xəyal kimi,Baxırsan eləcə səssiz-səmirsiz.APARSIN AĞ YEL MƏNİFani dünya, mən sənə bel bağladım,Yatmış bəxtim oyanmır ki oyanmır.Talehimə çox yalvardım, ağladım,Göz yaşlarım dayanmır ki dayanmır.Öz içimdə tüstülənib allşdım,Bu halımda sevindirdi düşməni.Ha üfürdüm, söndürməyə çalışdım,Çulğaladı, tüstü məni, qor məni.Neçə-neçə bərə keçdim, dağ aşdım,Gəzə-gəzə əldən düşən kötrüməm.Öz bəxtimlə, talehimlə barışdım,Ağlamışam niyə? Nədən ötrü mən?De,budurmu bizdə olan kəramət,Düşündürür o didərğin el məni.İnsanlıqdan qalmayıbdır əlamət,Əs ey külək, aparsın ağ yel məni.17.07.2022KÖLGƏSevgi beləmi olur?Niyə məni üzürsən?Sən ki, günəş deyilsən,Qara bulud içində,Görünəsən, itəsən.Gah dolanıb başıma,Arxamca sürünürsən,Gah da məni tək qoyubAy vəfasız itirsən.Cavab:Ay qəlbimin sevinci,Məndən nə küs, nə inci,Həmişə günəş olsun,Yenə sən ol, mən olum,Təki qara buludlar,Qısqanmasınlar bizi,Örtüb günəşin üzün,Ayırmasınlar bizi.Günəşin elçisiyəm,Mənə vəfasız demə,Utanıb gizlənirəm,Sən kölgəyə girəndə.Bizdə iki kölgə var,Söylə kimdi günahkarMən sənin kölgəndəyəm,Sən özgə kölgəsində. TƏBRİZİN YOLLARI DUMANDI QARDAŞGecikdim,dadına çata bilmədim,Təbrizin yolları dumandı qardaş.Məni harayladın, məni səslədin,Bilirəm ki halın yamandı qardaş.Yenə qara bulud alıb üstünü,Nə cövrü-cəfalı zamandı qardaş.Kəsir başımızı amansız yağı,Bu nə rəzalətdi,gümandı qardaş?!Arazda qan gördüm qəlbim alışdı,Axdı qanlı sular kürə qarışdı,Sular qucaqlaşdı,sular barışdı,Çayların birliyi ümmandı qardaş.Darıxma çəkilər duman da, çən də,Özünü çox üzmə amandı qardaş.Asta vur mizrabı o sarı simə,Qəlbim sızıldayan kamandı qardaş.Maarif, Xəzərinin sinəsi dağlı,Ürəyi Kür ilə Araza bağlı,Molla kafər olub, itibdir ağlı,Bu necə ilqardı, imandı qardaş.GÜNAHDI QAĞAQarğış, hədə-qorxu tənəli sözlər,Sanki barmaq salıb çıxarır gözlər,“Sözdən utanmaz ki bozarmış üzlər,”Nalədi, fəryaddı nifahdı qağa,Günahdı, günahdı günahdı qağa.İnsan çoxaldıqca insanlıq ölür,Sağlam rişxənd edir xəstəyə gülür,tənəli sözləri dostlar tən bölür,Bu nə rəzalətdi, nə ahdı qağa,Günahdı, günahdı günahdı qağa.Adam var dərdinə tapılmır əlac,İynə ucu boyda işığa möhtac,əlləri göylərdə bir ac yalavac,Son sözü Allaha pənahdı qağa,Günahdı, günahdı günahdı qağa.Maarif hərzə-mərzə yazmağa dəyməz,Eşib ayaq altı qazmağa dəyməz,Bir fikri yüz cürə yozmağa dəyməz,Allah özü bilir nə haxdı qağa,Günahdı, günahdı günahdı qağa.BU GÜN BAŞLAMLŞDI BURDA QAPAQAPYaman qarışmışdı qağa,səs səsə,Bu da ləzzət eyləyirdi, hər kəsə,Xülasə,əl qərəz nədənsə nəsə,Dişlər bir-birinə qıcanmışdı lap,Bu gün başlamlşdı burda qapaqap.Burda iki həpənd verib baş-başa,Sözləri çəp gəlib, keçib savaşa,Hamıda kənardan edir tamaşa,Guppagup, tappatap,tarappatarap,Bu gün başlamışdı burda qapaqap.Biri söyləyirdi düzdür, dəm-dəmə,O biri deyirdi yox, dəmnən-dəmə,Səslər zilə qalxır, düşürdü bəmə,Dəyirdi başlara qapaz,tappatap,Bu gün başlamışdı burda qapaqap.Atıb birbirənə tərsə badalaq,Yıxılıb oldular kəlləmayallaq,Dəyir qulaqlara şillə-şapalaq,Dişlər qulaqları eyləyirdi happ,Bu gün başlamışdı burda qapaqap.Belə həpəndlərə baş da qoşmuram,Nəyimə lazımdı, heç qarışmıram,Xətrimə dəysədə, əsib coşmuram,Bu bir tapmacadır,nədir?-özün tap,Bu gün başlamışdı burda qapaqap.30.07.2022BİR DƏFƏ VERİLİR BU ÖMÜR BİZƏKənarda gəzirik düşmənimizi,Əslində o bizim içimizdədir.Deyirik ki, şeytan aldadır bizi,Demirik ki, günah özümüzdədir.Əyilib sınmırıq haqqın önündə,Niyə əyilək ki,qürurumuz var,Amma ki işimiz dara düşəndə,İkiqat əyilib,sınmağımız var.Donnan-dona girib, görünürükdə,Arxada bir cürə,üzdə bir cürə.Elnən bir palaza bürünürükdə,Əyridə bir cürə,düzdə bir cürə.Elə bilirik ki əbədiyik biz,Əbədi verilib bu ömür bizə.Satırıq-alırıq,doymur gözümüz,Badalaq gəlirik biri-birimizə.Bir ömür verilib hər birimizə,Mənalı, mənasız qısa bir ömür.Möhlət verilib ki sevək-sevilək,Sevək ki batmasın yasa bu ömür.20.07.2022KOR QUYUYolum kəndə düşdü, bu gün bu səhər,Məni qarşıladı köhnə yurd yeri.O köhnə dam-daşdan qalmayıb əsər.Quruyub xan çinar, meyvə bağları.Kövrəldim, qurudu dilim, dodağım.Su içmək istədim köhnə quyudan,Çəkdim quyudakı köhnə vedrəniPaslanıb, kəndirdə asılı qalıb.Baxdım o vedrəyə, o kəndirə mən,Bir vaxt o vedrəni başı aşağı,Quyuya tullayıb su doldurardıqTutub o vedrənin qıraqlarından,Başımı sallayıb dodaqlarımnan,Növbəni gözləyən qardaşlarımnan,Atamnan, anamnan, bacılarımnan,Sərin su içdiyim yadıma düşdü.Gördüm ki quruyub o köhnə quyu,İçində qalmayıb bir içim suyu.Bir vaxt bulaq kimi çağlayan quyu,Bizsiz, bizim üçün ağlayan quyu,Tutulub gözləri, çox ağlamaqdan!22.07.2022.İNDİCəh-cəh vura-vura öz nəğməsini,Bülbül də yalandan oxuyur indi.Hörümçək dəyişib vəzifəsini,Şeytana yun corab toxuyur indi.Bizim bu əsrimiz yalan əsridir,Dolanır dünyanı gəzir, qayıdır.Yalan ayaq tutar, yeriməz nədir?!Doğrunun başını əzir, qayıdır.Doğru söz tərsinə yozulur indi,Orda bir yalan var, burda bir yalan.Atalar yazdığı pozulur indi,Pozulmuş yazıdır kağızda qalan.Təzə iməkləyən körpə yalanlar,Tutub gəzdirməsən yeriyə bilməz.Beşikdə, bələkdə bağlı qalanlar,Əmzik götürməsə, kiriyə bilməz.Doğruya şər atır yalançı, oğru,Zər-zivər axtarır palan içində.Doğru yalan olur, yalanlar doğru,Dünya başdan-başa, yalan içində.ALABULA TƏPƏL SƏKİL BOZ KEÇİAlabula təpəl səkil boz keçi,Təkəbbürlü, qotazlı cırtqoz keçi.Sürüdə hamıdan başda dururdu,Gələnə gedənə kəllə vururdu.Keçinin kefi kök damağı çağdı,Piylənib şişmişdi,dərisi yağdı.Çox razı qalmışdı özü-özündən,Bir gündə çobanın düşdü gözündən.Sürüdən ayırıb çölə atdılar,Sonra da qəssəbə onu satdılar.Qəssab piy axtarır təftiş edirdi,Keçi can hayında gərdiş edirdi.Keçi and içirdi bir balam canı,Hoqqur bir keçiyəm, məndə piy hanı.Çoban inanmadı o boz keçiyə,Keçini döndərdi yolux cücəyə.Garmıxa çəkərək onu soydular,Sonra dərisinə qiymət qoydular.O NƏDİR Kİ?(Qıfılbənd)Çingiz Kürdəmirli:Sual verim yenə axtar cavabın,Görüm olacaqmı dözümün,tabın,Çəkmə cəhənnəmin böylə əzabın,Söylə görüm kimə sən baş əyirsən?Həkim Maarif.Şair qorxu yoxdu mənim gözümdə,Tabımda var, dükənməyib sözümdə,Haqq yolunda yerə gələr dizimdə,Ondan başqa əyilmərəm heç kimə.Çingiz Kürdəmirli:Dörd ünsürü nədir yapan özündə?Min hikmət var hansı kitab sözündə?Nədir qulaqları olan ğözündə?Nə dərddi heç kimlə de bölməyirsən?Həkim Maarif:O qurandır, min hikmət var sözündə,Dörd ünsürü birləşdirib özündə,Oxu, qulaqları olar gözündə,Dərdi verən, əlac elər dərdimə.Çingiz Kürdəmirli:Əməlini kimlər yazar dəftərə?Görə biləcəksən kimi bir kərə?Bəs hansı məkana,hansı bir yerə?Könül xoşluğuyla de gəlməyirsən?Həkim Maarif:Mələklərdi, əməl yazan dəftərə,Əzraili görəcəksən bir kərə,Heç kim öz xoşuyla gəlməyib hələ,Hüceyrələr səni salır tilsimə.Çingiz Kürdəmirli:O nədir ki, yaddan çıxmır heç zaman?Nəyindən olmayıb narazı qalan?Nə zaman müqəddəs sayılır yalan?Bəs nəyi sən bilirsən...Bilməyirsən?Həkim Maarif:O əməldir, yaddan çıxmır heç zaman,Yaxşıdan olmayıb narazı qalan,Barışdır, müqəddəs sayılar yalan,Bilən bilir, səndə bilmirəm drmə.Çingiz Kürdəmirli:Baldan şirin,zəhər kimi nədi-nə?Açılmayan səhər kimi nədi-nə?Belimizdə yəhər kimi nədi,-nə?Nəyi qnayırsan, nəyi öyürsən?Həkim Maarif:Söz var baldan şirin, söz var zəhərdi,Deyilməsə açılmayan səhərdi,Ağır yükdü, belimizdə yəhərdi,Haqqı qınayırsan, şəri öyürsən.Çingiz Kürdəmirli:Yaxındakı nədir,əllərin çatmır?Sənlədir,yatırsan,amma o yatmır?O nədir ki, gedir bir də qayıtmır?O nədir ki, bircə dəfə geyirsən?Həkim Maarif:O ruhdur, yaxındır, əllərin çatmır,Ürəkdir, yatırsan, amma o yatmır,Ruh çıxdı bədəndən,birdə qayıtmır,Q kəfəndir bircə dəfə geyirsən.Çingiz Kürdəmirli:Nəyin cismin ilə eyni yaşdadır?O nədir ki, əzəl gündən qoşadır?Çingiz üçün söylə hansı guşədir?Təmənnasız, ömür sürə deyirsən?Həkim Maarif:Adın sənin ilə eyni yaşdadır,Xeyirlə-şər əzəl gündən qoşadır,O dediyin cənnət, həmən guşədir,Təmənnasız ömür sürə bilirsən.24.07.2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.