Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunub

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunub Görkəmli gürcü alimi, tanınmış türkoloq, Azərbaycanın əməkdar mədəniyyət işçisi, akademik Elizbar Cavelidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” adlı kitabı bu günlərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Azərbaycanda ilk dəfə olaraq nəfis şəkildə nəşr edilib.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik
İsa Həbibbəyli
kitaba “Akademik Elizbar Cavelidzenin Füzulinaməsinə” adlı esse janrında ön söz yazıb. Alim ənənəvi ön söz formatından fərqli şəkildə, poetik üslubda Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin dünəni, müasir inkişafı, əsas simaları və gələcək perspektivlərini səciyyələndirib.

Yeni nəşr professor Bədirxan Əhmədovun elmi redaktorluğuMirzə Məmmədoğlunun tərcüməsində oxuculara təqdim edilir.

***

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunub Onu da qeyd edək ki, bu günlərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən və görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün Bakıya gəlmiş görkəmli gürcü şərqşünas alimi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, akademik Elizbar Cavelidzenin Ədəbiyyat İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə nəşr olunan “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabının təqdimat mərasimi də keçirilib.

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunub Kitab haqqında AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik
İsa Həbibbəyli
ətraflı məlumat verib, Elizbar Cavelidzenin Şərq ədəbiyyatının Gürcüstanda əsas tədqiqatçılarından biri olduğunu diqqətə çatdırıb. Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə “Azərbaycanın əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş məşhur gürcü alimi akademik Elizbar Cavelidzenin bu vaxta qədər “Cəlaləddin Rumi”, “Yunus Əmrə”, “Ruhi Bağdadi” adlı monoqrafik tədqiqatlar hazırlayıb nəşr etdirdiyini bildirən AMEA-nın vitse-prezidenti onun “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabını qüdrətli Azərbaycan şairinin yaradıcılığına kənardan baxışı ifadə edən əhəmiyyətli elmi əsər kimi dəyərləndirib. Adıçəkilən kitabın ölkəmizdə nəşrinin qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı baxımından əhəmiyyət daşıdığını qeyd edən akademik İ.Həbibbəyli nəşrin Orta əsr Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dəyərli mənbə olduğunu xüsusi ilə vurğulayıb.

Tədbirdə digər çıxış edənlər - akademik Vasim Məmmədəliyev, akademik Rafael Hüseynov, filologiya elmləri doktoru, professor Mədəd Çobanov, filologiya elmləri doktoru, professor Ataəmi Mirzəyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, kitabın tərcüməçisi Mirzə Məmmədoğlu (Maşov) və başqaları kitabın əhəmiyyətindən danışıblar.

Sonda çıxış edən Gürcüstan Elmlər Akademiyasının akademiki Elizbar Cavelidze ölkəmizdə yaradıcılığına göstərilən diqqətə və kitabın nəşrinə görə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə, eləcə də tədbirdə çıxış və iştirak edənlərə öz dərin minnətdarlığını ifadə edib.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik  ...

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik ...

"Zirvə", Ədəbi əlaqələr, Tiflis
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Akademik Elizbar Cavelidze və Azərbaycan

Akademik Elizbar Cavelidze və Azərbaycan

Ədəbi əlaqələr
Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze

Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze

Ədəbi əlaqələr, Tiflis, Bolus
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

"Zirvə"
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

Tiflis
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

M.F.Axundzadə adına Muzey, "Zirvə", Tiflis
Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

"Zirvə", Tv, Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: