AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNDƏ İLK CƏSARƏTLİ QADIN AKTRİSA GÖYƏRÇİN XANIM - GÖVHƏR QAZIYEVA

AZƏRBAYCAN  MƏDƏNİYYƏT TARİXİNDƏ İLK CƏSARƏTLİ QADIN AKTRİSA GÖYƏRÇİN XANIM - GÖVHƏR QAZIYEVA Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində bir çox qadınlar olmuşdur ki, onlar ilkə imza ataraq dünya mədəniyyəti tarixində tanınmış və izlərini qoya bilmişdirlər. Bu qadınlar yaşadıqları hər dövrdə demək olar ki, ən çətin peşələrə sahiblənərək öz cəsarətləri ilə aktrisa, rəssam, heykəltəraş, həkim, akuşerka(mamalıq), müəllim, musiqişünas olmaqla yanaşı, həm də təyyarəçi, gəmi kapitanı, polis və s. bir çox sahələri əhatə etmişlər. Belə qadınlardan biri də yaşadığı dövrün çətinliklərinə sinə gərərək, ilk peşəkar aktrisalıq sənətinə yiyələnmiş, öz cəsarətli addımları ilə çoxlarına məktəb ola biləcək Gövhər xanım (Göyərçin) Əhməd qızı Qazıyevadır.

1887-ci ildə Tiflisdə ziyalı ailəsində doğulan Gövhər xanımın hələ beş yaşı olanda atası onu rus dilini öyrənmək məqsədilə bir ziyalı rus ailəsinə vermişdir. Məktəb yaşına qədər Gövhər xanım bu ailədə rus dilini öyrənir və sonra məktəbə gedərək təhsil alır. Daha sonra Tiflisdə “Nəcib qızlar” institutunda oxuyan və rus dilində mükəmməl təhsil görən Gövhər xanım, bəlkə də bu səbəbdən müasir düşüncələri ilə bir çox müsəlman, xüsusilə də Azərbaycan qadınlardan fərqlənirdi.


Tiflis XIX əsrin sonu, XX əsrin əvvəllərində mədəniyyətin inkişaf səviyyəsinə görə digər ölkələrdən, Zaqafqaziyada, hətta Orta Asiyada belə öndə idi. Mənbələrə istinadən qeyd etmək olar ki, Tiflisdə nəinki təhsil, maarif, eləcə də teatr, dram cəmiyyətləri, rəssamlıq, heykəltəraşlıq, kitab nəşri, mətbu orqanların fəaliyyəti sürətlə inkişaf edirdi. Zaqafqaziyada ilk məktəbin əsası da 1801-ci ildə məhz Tiflisdə qoyulmuşdur(1.s.175).

Azərbaycanın ziyalı təbəqəsinin əksəriyyətinin təhsili və mədəniyyət sahəsindəki uğurları demək olar ki, Tiflis mühiti ilə sıx bağlıdır. Azərbaycana yaxın olan Tiflisdə bəy övladları ilə yanaşı, kasıb ailələrində təhsil alması mümkün idi. Lakin, o dövrün çar rejimi müsəlman uşaqları ilə digər millətlərin övladlarına hiss olunacaq dərəcədə fərq qoyduğu üçün vəziyyət bir qədər cəyinləşirdi. Həm də müsəlmanlar arasında güclü dindarlıq, mövhumatçılıq uşaqların təhsil almasına böyük maneələr yaradırdı. Ruhani qadağası qızlar üçün daha dözülməz idi. Gövhər xanım Qazıyevanın da həyatı Tiflis mühiti ilə sıx bağlı olmuşdur. Gövhər xanım həyatında baş verən çətinliklərə baxmayaraq, aktrisalıq peşəsini seçir və bu sənətin fədaisinə çevrilir. Həm də XX əsrin əvvəllərində Cənubi Qafqazın ən inkişaf etmiş mədəniyyət mərkəzi Tiflis hesab edilirdi. Gövhər xanımın ailə həyatı da çox uğursuz alınmışdır.
1904-1907-ci illərdə Gövhər xanım ilk həyat yoldaşı M.İsmayılzadə ilə birlikdə Rusiyanın Moskva,Uralsk, Voronej, Nijni-Novqorod şəhərlərində yaşamış, 1906-cı ildə Voronej şəhərində onun ilk (və yeganə) övladı-oğlu İsmayıl dünyaya gəlmişdir(2.s.53).
Onun üzüaçıq gəzməsini bəhanə edən Voronej və Uralskidə yaşayan müsəlman dindar və mürtəce qüvvələri daim onu izləyir, təhqir edirdilər. Övladını qorumaq məcburiyyətində qalan Gövhər xanım valideynlərinin yanına, Tiflisə qayıdır. 1907- ci ildə o Tiflisdə Gövhər xanım Qacar, Gövhər xanım Qayıbova, Münəvvər xanım və başqa maarifpərvər ziyalı xanımlarla dostluq əlaqələri yaradır və teatr sənəti ilə maraqlanır. Mövhumatçı dindarlar isə onun səhnəyə çıxmasını və üzü açıq gəzməsini qəbul etmədikləri üçün, Gövhər xanımın ana ürəyinə dağ çəkərək, onun yeganə övladı olan oğlu İsmayılı ogurlayırlar. İradəsi güclü olan Gövhər xanımı əqidəsindən döndərə bilmirlər. Uzun illər oğlundan ayrı yaşamalı olan bu xanıma qarşı olan təzyiqlər səngimək bilmirdi. Artıq bütün qohum-əqrabası demək olar ki, tamamilə ondan üz çevirmişdilər. Bu cür təzyiqlərdən bezən aktrisa buradan uzaqlaşmaq üçün İrana köçməli olur və ömrünün sonuna qədər orada yaşayır.
Tiflis mühiti Gövhər xanımın təhsil almasında mühüm rol oynasa da, Rusiya həyatının da onun taleyində böyük rolu olmuşdur. Belə ki, Rusiyanın şəhərlərini dolaşaraq onların adət-ənənələrinə bələd olan Gövhər xanım, eyni zamanda onların tamaşalarına da baxır və səhnə sənətinə də dərindən bələd olurdu. Gövhər xanımın həm rus, həm də başqa xarici dilləri bilməsi çox zaman onun köməyinə gəlirdi. Gövhər xanım eyni zamanda azad düşüncəli, müasir fikirli qadın olmuşdur. Bəlkə də bu səbəbdən o bir qədər iradəli hərəkət etmiş və bu iradəsinə söykənərək 1906-cı ildən səhnə fəaliyyətinə başlamışdır.
Səhnə fəaliyyəti onun qarşısında çox böyük çətinliklər törədirdi. Gövhər xanım o illərdə fəaliyyət göstərən “Dram cəmiyyəti”(rəhbəri Mirzə Əli Abbasov) və “Səadət”(rəhbəri Həbib bəy Köçərlinski)truppalarında fəaliyyət göstərsə də, oynadığı ilk tamaşa 1910-cu ildə Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” faciəsində olmuşdur. O dövr üçün müsəlman qadınlarının səhnəyə çıxması qadağan olunduğundan bu onun üçün olduqca təhlükəli idi. Lakin, Gövhər xanımın səhnəyə gəlişi qaranquş gəlişini xatırlatdığından ona Göyərçin deyə müraciət etdilər. Beləliklə, zərif cinsin nümayəndəsi olan Gövhər xanım Göyərçin bütün təhlükələrə rəgmən Azərbaycanın ilk qadın aktrisası oldu.
Gövhər xanımın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayıldı. Onun haqqında bir çox mətbu orqanlarda məqalələr dərc olunmağa və onunla görüşlər keçirməyə dəvətlər gəlməyə başladı. “Nicat” cəmiyyəti də o vaxt Gövhər xanımı Bakıya dəvət etmişdir. Çox zəngin repertuarı olan bu xanım onlarla tamaşalarda iştirak edir və bir-birindən maraqlı rollar yaradırdı. Gövhər xanım Qazıyeva Azərbaycan dramaturqlarının əsərlərindən əlavə, xarici dramaturqların da əsərlərindən ona tapşırılan rolları məharətlə oynayırdı. O, N.Nərimanovun “Nadir şah” pyesində Cülcahan, Ə.Haqverdiyevin “Pəri Cadu” əsərində Hafizənin, “Bəxtsiz cavan” da Mehrinin, Z. Hacıbəyovun “Evliykən subay” əsərində Pərizadı, Ü.Hacıbəyovun “O olmasın, bu olsun” əsərində Gülnazı, “Leyli və Məcnun” tamaşasında isə Leyli obrazlarını yaratmışdır. Bundan başqa Gövhər xanım H.Heynenin “Əlimənsur”, Loxmanovanın “Napoleonun vəfatı”, N.Kamalın “Qara bəla” əsərlərində də əsas rolları canlandırmışdır. Gövhər xanım Azərbaycan teatr tarixində xüsusi yeri olan bir çox aktyorlarla eyni səhnədə çıxışlar etmişdir. Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzaga Əliyev, Mir Seyfəddin Kirmanşahlı və digərləri ilə tamaşalarda tərəf müqabili olmuşdur. M.S.Kirmanşahlı o dövrün ən tanınmış iranlı aktyor və rejissoru idi.

Gövhər xanım Qazıyeva Mir Seyfəddin Kirmanşahlının dəvəti ilə İrana getmiş və birdəfəlik orada yaşamalı olmuşdur. 1937-ci ildə isə bir neçə günlük Bakıya gələn aktrisa, on beş ildən artıq bir müddətdə itirdiyi və üzünü görmədiyi yeganə oğlu İsmayılla görüşə bilmişdir.

Gövhər xanım Qazıyeva(Göyərçin) 1960-cı ildə Cənubi Azərbaycanda vəfat etmişdir.
Allah rəhmət eləsin.




İstifadə olunan mənbə:

1. AR Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin “Məqalələr toplusu”, Bakı.2010, 271 səh.
2. A.İsmayılova: “Azərbaycan qadınları səhnədə”, Bakı.1977, 161səh.


AZƏRBAYCAN  MƏDƏNİYYƏT TARİXİNDƏ İLK CƏSARƏTLİ QADIN AKTRİSA GÖYƏRÇİN XANIM - GÖVHƏR QAZIYEVA PƏRİXANIM MİKAYILQIZI,
Elm və Təhsil" qəzetinin Baş redaktoru,
şair-publisist, araşdırmaçı jurnalist,
"Abdulla Şaiq", "Xurşud Banu Natəvan",
"Qızıl qələm" və "Sülh təbliğatçısı" mükafatları laureatı,
“Xarı Bülbül” medalı mükafatçısı,
"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun
"ZİRVƏ" mükafatıçısı və Fəxri Diplomçusu


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

"Zirvə", Avropa
Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Üzeyir Hacıbəyov və Müslüm Maqomayev həm də bacanaq idilər...

Azərbaycan, Mədəniyyət, Tiflis
AZƏRBAYCANIN MAARİFPƏRVƏR QADINI - MƏRYƏM XANIM BAYRAMƏLİBƏYOVA

AZƏRBAYCANIN MAARİFPƏRVƏR QADINI - MƏRYƏM XANIM BAYRAMƏLİBƏYOVA

Elm, Təhsil
AZƏRBAYCANIN  İLK  QADIN  RƏSSAMI - QEYSƏR XANIM KAŞIYEVA

AZƏRBAYCANIN İLK QADIN RƏSSAMI - QEYSƏR XANIM KAŞIYEVA

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Allah rəhmət eləsin, Çiçək xanım!..

Allah rəhmət eləsin, Çiçək xanım!..

Darvaz, Nekroloqlar
Akademik Nizami Cəfərovun anası Savad xanım dünyasını dəyişib

Akademik Nizami Cəfərovun anası Savad xanım dünyasını dəyişib

Nekroloqlar
Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçir ...

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçir ...

"Zirvə"
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

İctimai elmlər
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
Mahirə Əsədova:“Yeni Yurd”u Elmira Axundova ilə Ulu Öndər Heydər Əliyev ide ...

Mahirə Əsədova:“Yeni Yurd”u Elmira Axundova ilə Ulu Öndər Heydər Əliyev ide ...

Azərbaycan, Siyasət
Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

Mədəniyyət, Tiflis, Tarix, Müşfiq Borçalı
Müəllimliyi ilə həmişə fəxr edən Nənəxanım Bayramova

Müəllimliyi ilə həmişə fəxr edən Nənəxanım Bayramova

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Bolus
Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Azərbaycan, Təbriklər
SƏRQİN  İLK  OPERA  YAZAN  QADIN  BƏSTƏKARI  ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

SƏRQİN İLK OPERA YAZAN QADIN BƏSTƏKARI ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

Mədəniyyət
Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

---
Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

Güllələnən ilk azərbaycanlı pianoçu xanım... O, əslən TİFLİSLİ idi...

Mədəniyyət, Tiflis, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
TƏBRİK EDİRİK, SƏADƏT XANIM!..

TƏBRİK EDİRİK, SƏADƏT XANIM!..

Qarayazı, Təbriklər
Əziz Şərif

Əziz Şərif

Naxçıvan, Ədəbi əlaqələr, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Rusiya
AYDIN HÜSEYNOV (1936-2002)

AYDIN HÜSEYNOV (1936-2002)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: