Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” adlı veb konfrans keçirilib

Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” adlı veb konfrans keçirilibQərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” adlı
veb konfrans keçirilib.

ZiM.Az xəbər verir ki,
Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov iştirakçıları salamlayaraq, koronavirus pandemiyasının bütün sahələrdə yeni çağırışlar yaratdığını, təhsil sahəsində də yeni yanaşma və texnologiyaların tətbiqinin zəruriliyini önə çıxardığını qeyd edib.

Konfransda Qərbi Kaspi Universiteti ilə yanaşı digər ali təhsil ocaqlarının müəllim və mütəxəssislərinin, eyni zamanda, Türkiyə və Gürcüstanın ali təhsil ocaqlarının tədqiqatçılarının çıxışları dinlənilib.


Çıxışlarda Onlayn dərslərin inkişaf tarixi və ən çox istifadə olunan tədris proqramları, Onlayn dərslərin keçirilməsində istifadə olunan kompyuter proqramları və veb platformalar, Xətti və qeyri-xətti interaktiv üsulun onlayn tədrisdə üstünlüyü, Distant formada imtahanların təşkili: Üstünlüklər və çatışmamazlıqlar, Görüntülü və canlı dərslər: onların keyfiyyətli idarə olunması, Tərcümə fənlərində veb tədrisin tətbiqi üsulları, Onlayn təhsil: qlobal ehtiyacların transformasiyası və ya yeni dövrün çağırışları, eləcə də ayrı-ayrı sahələrdə distant təhsilin üstünlük və çatışmazlıqları, başlıca problemləri nəzərdən keçirilib.

Daha sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, məruzəçilər sualları cavablandırıblar.

Qeyd edilib ki, Qərbi Kaspi Universitetinin təşkil etdiyi konfrans bu sahədəki perspektiv və problemləri nəzərdən keçirməyə şərait yaratmaqla bərabər, yeni çağırışlar qarşısında atılmalı olan addımları müəyyən etmək, bu istiqamətdə daha məqsədyönlü çalışmaq üçün təkan verir.
Konfrans universitetin Youtube kanalında canlı olaraq yayımlanıb.

Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” adlı veb konfrans keçirilib Gürcüstan Texniki Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin professoru Emilia Alaverdova da onlayn olaraq konfransa konfransa qatılıb. O,
Qərbi Kaspi Universitetinin keçirdiyi onlayn konfransı yüksək dəyərləndirib, tədbirin olduqca əhəmiyyətli olduğunu bildirib.


"Aprelin 10-da Qərbi Kaspi Universitetində təşkil olunan və mənim də qatıldığım “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” mövzusunda konfrans hesab edirəm ki, olduqca əhəmiyyətli, xüsusilə hazırkı dövrdə olduqca vacib müzakirələrlə yadda qaldı".

Bu sözləri Gürcüstan Texniki Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin professoru Emilia Alaverdova Qərbi Kaspi Universitetinin keçirdiyi onlayn konfransı şərh edərkən deyib.

"İştirakçılar öz metodlarını, təcrübələrini bölüşdülər və mövcud problemləri müzakirə etdilər. Bu konfransın təşkilinə görə Qərbi Xəzər Universitetinə öz təşəkkürümü bildirirəm. Güman edirəm ki, konfransın, xüsusən də müasir dünyanın COVID 19 kimi bir təhlükə ilə üzləşdiyi və cəmiyyətin demək olar ki, tam təcrid olunduğu bir vaxtda böyük əhəmiyyəti var idi. Bu baxımdan təcrübə və çətinlikləri bölüşmək, müzakirə etmək, yeni imkanları axtarıb tapmaq üçün üçün belə konfransların keçirilməsi çox vacibdir" - deyə professor Emilia Alaverdova bildirib.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
- Qərbi Kaspi Universitetinin keçirdiyi onlayn konfrans olduqca əhəmiyyətli ...

- Qərbi Kaspi Universitetinin keçirdiyi onlayn konfrans olduqca əhəmiyyətli ...

Digər ali məktəblər
Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Digər ali məktəblər
AzTU-nun müəllim və tələbələri üçün onlayn konfrans keçirilib

AzTU-nun müəllim və tələbələri üçün onlayn konfrans keçirilib

AzTU, Turan
Gömrük Akademiyasının tələbələri ilə onlayn görüş keçirilib

Gömrük Akademiyasının tələbələri ilə onlayn görüş keçirilib

Digər ali məktəblər
AzTU-nun rektoru UNEC-də distant tədris prosesi ilə tanış olub

AzTU-nun rektoru UNEC-də distant tədris prosesi ilə tanış olub

AzTU, Digər ali məktəblər
AzTU-da yeni tədris ili onlayn formada başladı

AzTU-da yeni tədris ili onlayn formada başladı

AzTU
AzTU-nun Elmi Şurasının növbəti iclası onlayn keçirilib

AzTU-nun Elmi Şurasının növbəti iclası onlayn keçirilib

AzTU
Jalə Qəribovanın prorektor kimi fəaliyyətinin 20 ili tamam olub

Jalə Qəribovanın prorektor kimi fəaliyyətinin 20 ili tamam olub

Digər ali məktəblər, Təbriklər
AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-tex ...

AzTU
BSU-da onlayn formada “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində”  ...

BSU-da onlayn formada “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” ...

BSU
AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU-da “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” ...

AzTU
Bakı Texniki Kollecinin Pedaqoji Şurasının onlayn iclası keçirilib

Bakı Texniki Kollecinin Pedaqoji Şurasının onlayn iclası keçirilib

AzTU, Kolleclər
AzTU distant təhsil texnologiyalarından istifadəni genişləndirir

AzTU distant təhsil texnologiyalarından istifadəni genişləndirir

AzTU
AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

AzTU-nun İctimai Şurasının onlayn iclası keçirilib

AzTU
AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU
Təhsil naziri rektorlarla onlayn görüşüb

Təhsil naziri rektorlarla onlayn görüşüb

Əsas xəbər, Nazirlik, AzTU
AzTU-da ilk dəfə kafedra iclası da onlayn keçirildi

AzTU-da ilk dəfə kafedra iclası da onlayn keçirildi

AzTU
AzTU və İTU-nun təşkilatçılığı ilə onlayn simpozium keçirilib

AzTU və İTU-nun təşkilatçılığı ilə onlayn simpozium keçirilib

AzTU
Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

Tanınmış həkim-cərrah tələbələrə onlayn təlim keçib

AzTU
Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

Azərbaycanlı alimlər II Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri ...

AzTU, Turan
Rəy yazın: