Azərbaycan elminə ağır itki üz verib

ALLAH RƏHMƏT ELƏSİN!... Azərbaycan elminə ağır itki üz verib

Tanınmış alim, Nizami adına
Ədəbiyyat İns­titu­tun­­da
Orta əsrlər Azər­baycan
ədə­biy­ya­tı şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru,
AMEA-nın müxbir üzvü
Əliyar Qurbanəli oğ­lu Səfərli
2016-cı il yanvar ayının 4-də
79 yaşında vəfat edib.


AMEA-nın müxbir üzvü Əliyar Səfərli - 28 dekabr 1937-ci ildə Naxçıvan Mux­tar Res­­publikası Ordubad rayonu­nun Anabat kən­­dində anadan olmuşdur.
Ordubad şəhərindəki Pe­daqoji məktə­bi bitirdikdən sonra 1955-1960-cı illərdə Bakı Döv­lət Uni­versitetinin Şərqşü­naslıq fakül­tə­si­ndə təhsil almışdır.
1960-68-ci illərdə AMEA-nın Ni­za­mi adına Ədəbiy­yat İns­titutunda çalışmış, 1966-cı ildə namizədlik dis­­sertasiyası müda­fiə etmiş­dir.
1968-ci ildən Ba­kı Dövlət Universitetində müəllimlik et­mə­­yə baş­la­mışdır. 1971-1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliy­yət göstərmişdir.
1973-cü ildə yenidən Azərbaycan Dövlət Uni­ver­sitetində (indiki Bakı Dövlət Universiteti) əmək fəaliyyətini davam etdirmişdir.
1983-cü ildə dok­torluq dis­ser­tasiyası müdafiə edə­rək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
BDU-nun professoru və kafedra müdiri olmuşdur.

Ə.Səfərli 1989-cu ildə Azərbaycan Milli Elmlər Aka­demiyası­nın müx­bir üzvü se­çilmişdir.

Alim Orta əsrlər Azərbaycan ədəbiyyatı ilə bağ­lı əsərləri tədqiq etmiş, ilkin əlyazmalarını araş­dıraraq mətn, lüğət və şərhlərlə çap et­dir­miş­dir. «Şəhri­yar», «Das­tani-Əhməd Hərami» das­­tanlarını, Qazi Bürhanəddin, İmadəddin Nə­simi, Şah İsmayıl Xətai, Məhəmməd Əma­ni, Məsihi, Məhcur Şirvani, Məhəmməd Fü­zulinin «Hədiqətüs-süəda» əsərlə­ri­nin elmi-tən­qidi mətnini hazırlayaraq nəşr etdirmişdir. İlk dəfə Məsihinin «Divan»ını aşkar­layaraq geniş ön söz, lüğət və şərhlərlə elmi ictimaiyyətə təqdim etmişdir. Son illərdə «Divan ədə­biy­yatı söz­lüyü» kitabı və «Kitabi Dədə Qorqud» abi­də­si üzərində təd­qi­qatlar aparırdı.

Azərbaycan elminə ağır itki üz verib 1994-1998-ci illərdə İran İslam Res­pub­li­kasında Azərbaycan Res­pub­likası­nın föv­qə­la­də və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət gös­tərmişdir.
1998-2002-ci illərdə BDU-da, 2002-ci il­dən Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın Nizami adına Ədə­biyyat İns­ti­tu­tun­da əmək fəaliyyətini davam etdirmişdir.
2015-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən «İlin alimi» fəxri adına layiq görülmüşdür.

Azərbaycan elminə ağır itki üz verib AMEA-nın müxbir üzvü Ə.Səfərli hazırda Nizami adına Ədəbiyyat İns­titu­tun­­da Orta əsrlər Azər­baycan ədə­biy­ya­tı şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..


Müşfiq BORÇALI,
ZiM.Az


Foto-şəkillər AMEA-nın müxbir üzvü Əliyar Səfərli 1987-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədəbiyyatı kafedrasında elmi-pedaqoji ezamiyyətdə olarkən çəkilmişdir.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Professor ƏJDƏR AĞAYEV vəfat edib

Professor ƏJDƏR AĞAYEV vəfat edib

Nekroloqlar
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

Elm, Nekroloqlar
ADİLXAN NƏBİYEV  (1938)

ADİLXAN NƏBİYEV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
TARİXÇİ ALİM MƏŞƏDİXANIM NEMƏTOVA VƏFAT EDİB

TARİXÇİ ALİM MƏŞƏDİXANIM NEMƏTOVA VƏFAT EDİB

Bakı, İctimai elmlər, Nekroloqlar
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
Unudulan alimimiz Paşa Cəfərov haqq dünyasına qovuşdu

Unudulan alimimiz Paşa Cəfərov haqq dünyasına qovuşdu

Regionlar, Nekroloqlar
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

Səhiyyə, Başkeçid, Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Professor Vidadi Musayev vəfat edib

Professor Vidadi Musayev vəfat edib

AzTU, Nekroloqlar
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
Rəy yazın: