“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)” Azərbaycan milli mətbuatının örnəklərindən biri olan “Azərbaycan” jurnalı mənsub olduğu adını daşıyana qədər siyasi-ideoloji sahədə baş verən dəyişikliklərlə bağlı olaraq “Maarif və mədəniyyət” (1923-1927), “İnqilab və mədəniyyət” (1928-1936), “Revolyusiya və kultura” (1936-1941), “Vətən uğrunda” (1941-1946), “İnqilab və mədəniyyət” (1946-1952) sərlövhəsi ilə işıq üzü görmüşdür.

“Azərbaycan” jurnalı 1923-cü ildən bəri Azərbaycan ədəbiyyatının təbliği ilə məşğuldur – həm klassik ədəbiyyat, həm də müasir ədəbiyyat bu jurnal vasitəsilə minlərlə oxucuya çatdırılmışdır. “Azərbaycan” jurnalı, nəinki Azərbaycanda, bütün Şərq aləmində ən uzunömürlü bir ədəbi dərgidir və bu jurnal əbəs yerə Azərbaycan ədəbiyyatının güzgüsü adlandırılmayıb. Neçə ədəbi nəsil ilk dəfə bu jurnalda öz sözünü demiş, ədəbi istedadını nümayiş etdirmişdir. XX əsrin elə bir yazıçısı tapılmaz ki, “Azərbaycan” jurnalının qapıları onun üzünə açılmasın. “Azərbaycan” jurnalının keçdiyi yollar, onun tarixi müxtəlif illərdə ayrı-ayrı tədqiqatlarda öz elmi şərhini tapmışdır.

“Azərbaycan” jurnalında dərc olunan bədii və publisistik materiallar bir çox tədqiqatların obyektinə çevrilmişdir. Ancaq “Azərbaycan” jurnalının Sovet dövrü və Müstəqillik dövrü publisistikası indiyədək fundamental və kompleks tədqiqatlardan kənarda qalmışdır.

Filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayevanın bu yaxınlarda elmi ictimaiyyətin diqqətinə təqdim etdiyi “Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)” monoqrafiyasında məhz bu aktual və vacib məsələlər öz elmi təhlilini tapmışdır.
Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçiləri isə filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Şirindil Alışanov və filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Allahverdi Məmmədlidir.

Aynurə Paşayevanın “Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)” adlı monoqrafiyası mətbuat tariximizin çox mühüm bir səhifəsinin işıqlandırılmasına həsr olunmuşdur.


Monoqrafiyada “Azərbaycan” jurnalının 57 illik bir zaman müddətində çap olunmuş publisistika nümunələri araşdırılmışdır. Amma müəllif təkcə bununla kifayətənməmiş, jurnalın keçdiyi tarixi mərhələlərə, onun zəngin mövzu və problematikasına da xüsusi diqqət yetirmişdir. Monoqrafiya üç mükəmməl fəsildən və on dörd yarımfəsildən ibarətdir. Müəllif hər yarımfəsildə qarşıya qoyulan problemi geniş şəkildə təhlilə cəlb edir.

“Giriş” hissəsi müəllifin qarşıya qoyduğu məqsədi ümumi şəkildə aydınlaşdırır. I fəsil “Azərbaycan” jurnalında Sovet dövrü publisistikası (1953-1991)” adlanır. Mövzular da düzgün müəyyənləşdirilib. Sovet dövrü publisistikasının xarakterik xüsusiyyətləri jurnalda çap olunan yazıların təhlili ilə yozulur, təkcə bədii ədəbiyyatda deyil, publisistikada da reallaşan “müsbət qəhrəman” məsələsinə xüsusi məna verilir, yəni bu məsələ böyük ədəbiyyatın bir qanunauyğunluqları kimi şərh edilir. Konkret olaraq publisistikada o dövr üçün çox xarakterik olan yetərli obrazların təhlilinə xüsusi diqqət yetirilir. “Azərbaycan” jurnalında “Molla Nəsrəddin” ənənələri də unudulmur, çünki bu ənənələr sovet dövrü publisistikasını zənginləşdirirdi.

“Müstəqillik dövrü “Azərbaycan”ında publisistika: problemlər, perspektivlər (1991-2010)” adlı II fəsildə müstəqillik dövrü “Azərbaycan” jurnalında publisistika nümunələrinə diqqət yetirilir. Üç əsas problem, doğrudan da, 1991-2010-cu illərin “Azərbaycan”ı üçün səciyyəvidir. Jurnalda Qarabağ probleminə aid yazılara xüsusi yer verilir, əslində, təkcə bədii publisistikada deyil, eləcə də jurnalın göstərilən dövrdə bütün saylarında, digər janrlarda yazılmış əsərlərə də Qarabağ problemi əsl vətənpərvərlik missiyasına xidmət edir.

“Milli kökə qayıdış və türk dünyasının publisistikada bədii əksi” adlı III fəsildə müəllif daha aktual və əhəmiyyətli məsələləri diqqət mərkəzində saxlamışdır. Bu baxımdan “Bədii publisistikada Türkiyə mövzusu”, “Orta Asiya və İraq türkləri araşdırmalarda”, “Azərbaycan” jurnalında soyqırım, repressiyalar, deportasiyalar”,

“Cənubi Azərbaycan mövzusunun publisistikada bədii təcəssümü” mövzuları monoqrafiyada daha geniş şəkildə işıqlandırılmış və Aynurə Paşayeva bu mövzuları elmi şəkildə şərh etmişdir.

““Azərbaycan” jurnalı publisistikasında sənətkarlıq xüsusiyyətləri” adlı yarım-fəsildə publisistik yazılarda janr və struktur problemləri, bədiilik məsələləri də təhlil obyektinə çevrilir, publisistikanın bir çox nəzəri müddəaları irəli sürülür.

Ümumiyyətlə, filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayevanın “Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)” adlı monoqrafiyası mətbuat tariximizin araşdırılması baxımından əhəmiyyətlidir və bu tədqiqat əsəri mətbuat tarixi mütəxəssisləri, tarixçilər, filoloqlar və digər geniş oxucu auditoriyası üçün böyük maraq kəsb edə bilər.

Gülbəniz Babayeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Mətbuat tarixi və publisistika
şöbəsinin müdirinin müavini,
filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

Humanitar elmlər
Mətbuat tarixi və publisistika şöbəsinin 2016-cı ildə ilk iclası

Mətbuat tarixi və publisistika şöbəsinin 2016-cı ildə ilk iclası

"Zirvə"
Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Yeni nəşrlər
AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

"Zirvə"
AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRA ...

AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRA ...

Yeni nəşrlər, BDU
Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Dünya, Rusiya
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Yeni nəşrlər, Humanitar elmlər, Başkeçid, Müşfiq Borçalı
Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Humanitar elmlər
Gülnar Səmanın yeni uğuru: “SÖZÜMÜZ SÖZDÜR”

Gülnar Səmanın yeni uğuru: “SÖZÜMÜZ SÖZDÜR”

Yeni nəşrlər, Humanitar elmlər
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

"Zirvə"
Gənc tədqiqatçı Aynurə Paşayeva Türkiyədə elmi ezamiyyətdə olub

Gənc tədqiqatçı Aynurə Paşayeva Türkiyədə elmi ezamiyyətdə olub

Humanitar elmlər, Turan
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəf ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəf ...

Yeni nəşrlər
ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

"Zirvə"
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Naxçıvan, Folklor, Turan
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Rəy yazın: