Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub

Şair Ağaveyis Şirvaninin  yaradıcılığının 60 illiyi qeyd olunub 2017-ci il mayin 24-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda
şair Ağaveyis Şirvaninin anadan olmasının 75,
yaradıcılığının isə60 illiyi qeyd olunub və
onun elə bu günlərdə Bakıdakı
"Borçalı" nəşriyyatı tərəfindən
nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına
verilmiş "Sağalan deyil" adlı yeni kitabının
təqdimatı ilə bağlı tədbir keçirilib.


Tədbiri giriş sözü ilə tədbirin aparıcısı
tanınmış yazıçı-dramaturq-publisist,
Azərbaycan Yazıçılar Birliyinin müşaviri
Elçin Hüseynbəyli
yubilyarın həyat və fəaliyyəti barədə məlumat verərək bildirib ki, məşhur Seyid Əzimin xələflərindən olan Ağaveyis Şirvani poziyamızın beşiklərindən sayılan füsunkar Şamaxının Ərəbşalbaş kəndində anadan olub və klassik üslubda, müxtəlif janrlarda yazan qələm sahibidir.

Tarixçi və ilahiyyatçı kimi yurdunda söz sahibi olan Ağaveyis Şirvaninin indiyə kimi şeir və poemalardan ibarət 8 kitabı nəşr olunub. O, bu kitablar arasında "Gənclik illərim", "Keçən günlər qayıtmaz ", "Sağalan deyil" kitablarının adını xüsusi qeyd edib.

Sonra söz Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı, bir çox nüfuzlu beynəlxalq təşkilatların sədri Çingiz Abdullayevə verilib. O, yubilyara can sağlığı və yeni yaradıcılıq uğurları diləyib və yaradıcılığının 60 illiyilə bağlı AYB-nin rəhbərliyi adından Fəxri fərmanı A.Şirvaniyə təqdim edib.

Tədbiri "Sağalan deyil" kitabının ön sözünün müəllifi, şair və publisist Əli Aslanoğlu davam etdirərək, A.Şirvanini ruh və iman adamı kimi dəyərləndirib və qeyd edib ki, bu xüsusiyyət onun əsərlərində də özünü qabarıq büruzə verir. "Ağaveyis Şirvaninin əsərlərinin kökündə xalq dili, xalq ruhu, milli adət-ənənələr durur"- deyə o bildirib.

"Kredo" qəzetinin baş redaktoru, tanınmış şair-jurnalist Əlirza Xələfli A.Şirvaninin yaradıcılığından danışaraq qeyd edib ki, "Sağalan deyil" kitabının müəllifi harda olur-olsun Tanriya tapınınr.

Tənqidçi Bəsti Əlibəylinin fikrincə, A.Şirvaninin yaradıcılığı dastan təhkiyəsinə əsaslanır.

Tədbirdə kitabın naşıri Müşfiq Borçalı, yazıçı-dramaturq Firuz Mustafa, şairlər Musa Ələkbərli, Dayandur Sevgin, Fərqanə Mehdiyeva, Nəcibə İlkin və başqaları A.Şirvanini yubiley münasibətilə təbrik edib, onu yüksək keyfiyyətli insan kimi dəyərləndiriblər. Çıxış edənlər şairin yaradıcılığından, poeziyasından, onun həyata, insana münasibətindən və eləcə də bir dost kimi müsbət xüsusiyyətlərindən söhbət açıblar.

Görüşün sonunda Ağaveyis Şirvani tədbirin təşkilatçılarına və onun sevincini bölüşən bütün iştirakçılara öz minntədarlığını bildiribi.

Görüşdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu, “Yada düşdü” jurnalının təsisçisi Nəzakət xanım Məmmədova və b. tanınmış qələm adamları və ziyalılar iştirak ediblər.

Etibar OVÇUYEV,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Payız məktubları"-nın təqdimatı keçirilib

Yeni nəşrlər, Poeziya, Təbriklər
Yazıçılar Birliyində

Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmu ...

"Şərqin səsi"
Ədəbiyyatşünas Qurban Bayramovun 70 illiyi qeyd edilib

Ədəbiyyatşünas Qurban Bayramovun 70 illiyi qeyd edilib

Qarabağ, Ədəbiyyat
Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçi ...

Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçi ...

QHT
Tanınmış şair və publisist Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib

Tanınmış şair və publisist Əli Rza Xələflinin 65 illik yubileyi qeyd edilib

Təbriklər, Müşfiq Borçalı
Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Ədəbiyyat, Turan
Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Regionlar, "Zirvə"
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

MEDİA, Şou
Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Humanitar elmlər
Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib

Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib

Ədəbi tənqid, Borçalı

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Regionlar, Təbriklər
Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub

Tanınmış yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub

Təbriklər
Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi

Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi

AzTU
Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Məhşur teatr və kino aktyoru Əhməd Anatollunun kitabının təqdimatı keçirili ...

Yeni nəşrlər, Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

Ədəbiyyat, Turan
Rəy yazın: