Qafqaz Universitetində ənənəvi görüş keçirilib

Qafqaz Universitetində ənənəvi görüş keçirilib Qafqaz Universitetində rektorla tələbələrin görüşü keçirilib.

Bu günkü görüşdə əsasən bu il qəbul imtahanında 600-dən çox bal toplayaraq Qafqaz Universitetini seçmiş tələbələr və Tələbə Elmı Cəmiyyətinin fəal üzvləri iştirak edib.

Qafqaz Universitetinin rektoru professor Havar Məmmədov çıxışında bildirib ki, tələbələrlə görüş artıq ənənə halını alıb. Dərs ili başlayandan tələbələrlə auditoriyalarda və universitetin akt zallarında görüşlərimiz olub. Artıq dərs başlamasından bir aydan çox vaxt keçib. Yəqin ki, birinci kurs tələbələri universitet həyatına uyğunlaşıb. Bu ilki qəbulumuzda yüksək səviyyədə keçib. Bakalavr pilləsi ilə yanaşı Magistr pilləsinə də qəbul yüksəkdir. Əsas səbəb buradakı təhsil mühiti və tədrisin ingilis dilində olmasıdır. 600- baldan yuxarı 229 nəfər, pedoqoji ixtisalarımızı isə 500 baldan yuxarı 116 nəfər seçib. Cəmiyyətdə Qafqaz Universitetini mühəndislik sahəsində tanıyırlar amma pedoqoji ixtisaslarımızda ümumilikdə 1800 nəfər tələbə təhsil alır. Yüksək ballı tələbələrin müəllimlik ixtisaslarını seçmələri və burada müəllim kimi yüksək səviyyədə hazırlanmaları gələcəyimiz adına ümidvericidir.
Ümummilli Liderimiz demişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Qafqaz Universiteti Azərbaycan dövlətinin diqqət və qayğısındadır. Universitetdə çalışan müəllimlər yerli və gənc olmaqla yanaşı təhsilin müasir tədrisi medodikasını bilən kadrlardır. Buranın üstünlüklərindən biri də universitet - iş dünyası əlaqələrinin qurulmasıdır. Auditoryalar müasir elektron dərs vəsaitləri ilə təhciz olunub. Müəllimlərin dərs keçmə üsulu və tələbə- müəllim münasibətləri yaxşı tənzimlənir. Tələbələrin dərsdən əlavə məşğuliyyəti üçün tələbə elmi cəmiyyəti müasir 21 elmi və maraq klubları fəaliyyət göstərir. Bu günlərdə beynəlxalq konfrans keçirdik. 22 ölkədən 80 alim iştirak etdi. Bu konfransa olan maraq onu göstərir ki, universitetimiz beynəlxalq aləmdə tanınıb və etibar qazanıb. Bir sözlə üniversitet tam ahəngi ilə sizə xidmət edir. Siz isə bu imkanlardan yararlanıb yüksək təhsil almalısınız və müstəqil Azərbaycana layiq vətənpərvər vətandaş olmalısınız. Möhtərəm Prezidentimiz İlham Əliyevin Gənclərə olan diqqətini dərk edib, onun ətrafında sıx birləşərək müstəqilliyimizi möhkəmləndirməlisiniz.

Qafqaz Universitetində ənənəvi görüş keçirilib Tələbə Elmi Cəmiyyətinin sədri 3-cü kurs tələbəsi Lətifə Bayramova cəmiyyətin fəaliyyəti, görülən və görüləcək işlərlə əlaqəli ətraflı məlumat verdi.
O, birinci kurs tələbələrini elmi cəmiyyətə üzv olmağa dəvət etdi.

Rektor əlavə olaraq onu da bildirdi ki, universitetin rəhbər şəxslərin qapıları tələbələrin üzünə hər zaman acıqdır.
O, Xüsusən tələbələrin universitet daxilində qidalanmalarına da xüsusi fikir vermələrini, qarşılaşdıqları problemlərlə bağlı vaxt itirmədən rektorluğa məlumat vermələrini tövsiyyə etdi.

Qafqaz Universitetində ənənəvi görüş keçirilib Sonda tələbələri maraqlandıran suallar rəhbər şəxslər tərəfindən cavablandırıldı.





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qafqaz Universitetinin rektorundan ANONS: Yeniliklər olacaq

Qafqaz Universitetinin rektorundan ANONS: Yeniliklər olacaq

BMU
REKTOR KLUBLARIN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

REKTOR KLUBLARIN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

BMU
AzTU-da “SABAH”qruplarının tələbələri ilə görüş keçirilib

AzTU-da “SABAH”qruplarının tələbələri ilə görüş keçirilib

AzTU
II Qış Elm Festivalı təşkil olunub

II Qış Elm Festivalı təşkil olunub

BMU
Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Qafqaz Universitetinin tələbələri təhsillərini Bakı Mühəndislik Universitet ...

Nazirlik, BMU
AzTU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

AzTU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb

AzTU
AzTU-da I kurs tələbələri ilə görüş keçirilib

AzTU-da I kurs tələbələri ilə görüş keçirilib

AzTU
Qafqaz Universitetinin fəaliyyəti dayandırılıb və Bakı Ali Neft Məktəbinin  ...

Qafqaz Universitetinin fəaliyyəti dayandırılıb və Bakı Ali Neft Məktəbinin ...

Nazirlik, Digər ali məktəblər, Turan
Gənc iqtisadçı alimlə görüş

Gənc iqtisadçı alimlə görüş

Digər ali məktəblər, İqtisadiyyat
Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Nazirlik, BMU
Yeni tələbələrlə görüş

Yeni tələbələrlə görüş

Borçalı
AzTU-nun rektoru

AzTU-nun rektoru "Xüsusi texnika və texnologiya" fakültəsinin III-IV kurs ...

AzTU
Qafqaz Universitetində AİCT-2016 konfransına hazırlıq iclası keçirilib

Qafqaz Universitetində AİCT-2016 konfransına hazırlıq iclası keçirilib

BMU
Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Nazirlik, AzTU
AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU
AzTU-nun rektoru I kurs tələbələri ilə görüşüb

AzTU-nun rektoru I kurs tələbələri ilə görüşüb

AzTU
AzTU-da yaz semestrində əlavə dərsləri tədris edən müəllimlərlə rəhbərliyin ...

AzTU-da yaz semestrində əlavə dərsləri tədris edən müəllimlərlə rəhbərliyin ...

AzTU
Qafqaz Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə ...

Qafqaz Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə ...

BMU
AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU
QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB

QAFQAZ UNIVERSITETINDƏ AICT-2016 10-cu Beynəlxalq Konfransın AÇILIŞI OLUB

BMU, AzTU, Tv
Rəy yazın: