BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tələbələrlə görüşdə

BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tələbələrlə görüşdə BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tələbələrlə görüşdə Bakı Dövlət Universitetinin İctimai Nəzarət və
Məsləhət Şurasının üzvləri,
QHT, media və
ictimaiyyət nümayəndələri,
təhsil ekspertləri
BDU-da keçirilən
qış imtahan sessiyasının
gedişi ilə tanış olublar.


BDU-nun Mətbuat və İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki,
öncə şura üzvləri
imtahan prosesini izləyib
və tələbələrlə müəyyən
söhbətlər aparıblar.
Sonra BDU-nun rektoru,
akademik
Abel Məhərrəmov,
prorektorlar və dekanların iştirakı ilə tələbələrlə
görüş keçiriblər.


Universitetdə imtahanların təşkili barədə çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, imtahanlar
bir qayda olaraq
yazılı formada aparılır,
zərurət yarandığı hallarda
bəzi fənlər üzrə
şifahi-dialoq və ya
test formasında keçirilir.

İctimai Nəzarət və Məsləhət Şurasının sədri, professor Əjdər Ağayev Şura haqqında məlumat verib.
Bildirib ki, BDU Elmi Şurasının qərarı ilə yaradılan İctimai Nəzarət və Məsləhət Şurasının əsas məqsədi maraqlı tərəflərin BDU-nun idarə olunmasında iştiraka cəlb edilməsi, onun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitetlə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, universitetin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının, təhsilalanların hüquqlarının müdafiəsi, fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir. Şuranın əsas vəzifələri isə BDU-nun inkişaf strategiyası və proqramlarının formalaşdırılmasına, onun beynəlxalq, təhsil, elm, texniki, mədəni sahələrdə əməkdaşlığının inkişaf etdirilməsinə, dövlət, ictimai, işgüzar strukturlarla əməkdaşlığına yardım etmək, elm, təhsil və digər ictimai faydalı fəaliyyətini təbliğ etmək, BDU-nun intellektual və fiziki resurslarından istifadənin səmərəliliyini dəyərləndirməkdən ibarətdir. Ötən müddət ərzində Şura öz iş planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirib, tələbələrlə görüşüb, fikir və təkliflərini dinləyib, müəyyən məsələlər üzrə rektorluğa təkliflər verib. İlk dəfə olaraq BDU-da belə bir Şuranın yaradılması ictimaiyyət tərəfindən müsbət qarşılanıb, universitetin bu sahədəki təcrübəsindən istifadə edilərək bir sıra digər ali təhsil müəssisələrində də İctimai Nəzarət Şuraları yaradılıb.

BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tələbələrlə görüşdə BDU İctimai Nəzarət və
Məsləhət Şurasının üzvləri
Qənirə Paşayeva,
Məlahət Mürşüdlü,
Rauf Zeyni,
Əlməmməd Nuriyev,
Ümid Mirzəyev,
Mirzə Cəfərzadə və b.

çıxış ediblər.
Qeyd edilib ki, imtahanlara, eyni zamanda Tədris Elektron Mərkəzi tərəfindən nəzarət edilir, müşahidə kameraları vasitəsilə izlənilir. Tələbələrə təqdim olunan cavab vərəqələri kodlaşdırılır ki, bu da obyektivliyi təmin edir. Yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlığa göndərilməsi xüsusi otaqlarda həyata keçirilir. Sessiyanın gedişində yarana biləcək narazılıqların araşdırılması və həlli məqsədilə Qərargah, apelyasiya komissiyaları, eləcə də “Qaynar xətt” yaradılıb.

BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tələbələrlə görüşdə BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tələbələrlə görüşdə Sonra tələbələrin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Müzakirələrdə universitetdə tədris prosesinin təşkili, BDU-da elm və təhsilin inteqrasiyası, tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, universitetin gələcək inkişafı, müəllim-tələbə münasibətləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aytac MƏDƏDLİ,
ZiM.Az





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: