AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının yubiley medalı ilə təltif olunub

AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının yubiley medalı ilə təltif olunubAzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin 23 avqust 2023-cü il tarixli 351 nömrəli əmrinə əsasən, “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Yubiley medalını rektora Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi İltimas Məmmədov təqdim edib.

Biz də, redaksiyamız adından çox hörmətli rektorumuz, tanınmış alim, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyevi xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının yubiley medalı ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..


Xatırladaq ki, “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Prezidentinin 4 avqust 2023-cü il tarixli Fərmanı ilə təsis olunub.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: