Rektor AzTU-nun türkiyəli tələbələri ilə videoformatda görüş keçirib

Rektor AzTU-nun türkiyəli tələbələri ilə videoformatda görüş keçirib Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin türkiyəli tələbələri ilə videoformatda görüş keçirib.

Rektor pandemiya dövründə tələbələrin sosial vəziyyətində yaranan çətinliklərlə maraqlanıb. Eyni zamanda onlayn dərslərin gedişi və yay imtahan sessiyasının keçirilmə prosesi haqqında da fikir mübadiləsi aparılıb.

Görüş zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: