AzTU-da müharibə veteranları ilə görüş keçirilib

AzTU-da müharibə veteranları ilə görüş keçirilib AzTU-da müharibə veteranları ilə görüş keçirilib Mayın 6-da Azərbaycan Texniki Universitetində müharibə veteranları ilə görüş keçirilib.

Tədbirdə AzTU-nun Tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov 9 May Qələbə günü münasibətilə veteranlara AzTU-nun rektoru, professor Havar Məmmədovun təbrikini çatdırıb. Prorektor çıxışına davam edərək 1941-45-ci illərdə azərbaycanlıların qanlı döyüş cəbhələrində rəşadət göstərdiklərini, qələbə uğrunda sonadək qəhrəmancasına mübarizə apardıqlarını qeyd edib. Həmyerlilərimiz göstərdikləri igidliyə görə SSRİ-nin müxtəlif orden və medalları ilə mükafatlandırılıb, onlarla döyüşçümüz isə “Sovet İttifaqı Qəhrəmanı” kimi şərəfli ada layiq görülüb.

Görüşdə Qarabağ uğrunda gedən döyüşlərdə Universitetin Şəhid məzunlarının qəhrəmanlıqlarından danışılıb və onların xatirəsinin əbədi olaraq yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Daha sonra AzTU-nun “İctimai fənlər” kafedrasının müdiri Şikar Qasımov, AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov ölkəmizdə döyüş yolu keçən cəbhəçilərə dövlət qayğısından, onların sosial durumunun yaxşılaşdırılması məqsədilə görülən tədbirlərdən söz açıblar.

Çıxışlarda qeyd olunub ki, bugünkü gənclər döyüşlərdə qəhrəmanlıq göstərən veteranlardan nümunə götürməli, Vətəni sevməli, doğma Azərbaycanın maraqlarını qorumalı, bütün sahələrdə öz uğurlarını gündən-günə artıran müstəqil respublikamıza sədaqətlə xidmət etməlidirlər.

Sonda rektorluq və Universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müharibə veteranlarına pul mükafatı təqdim edilib.

Onlara göstərilən diqqət və qayğıya görə veteranlar Universitetin rektoru, Əməkdar elm xadimi, professor Havar Məmmədova təşəkkür ediblər.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman  ...

AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman ...

AzTU
AzTU-da Gənclər Günü qeyd edilib

AzTU-da Gənclər Günü qeyd edilib

AzTU
AzTU-nun rektoru

AzTU-nun rektoru "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş ...

AzTU, Təbriklər
AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

AzTU
AzTU-da Virtual İnkişaf və İdarəetmə Mərkəzinin təqdimatı keçirilib

AzTU-da Virtual İnkişaf və İdarəetmə Mərkəzinin təqdimatı keçirilib

AzTU, GVİİM
AzTU-nun professor-müəllim heyəti, əməkdaşları və tələbələri ötən istirahət ...

AzTU-nun professor-müəllim heyəti, əməkdaşları və tələbələri ötən istirahət ...

AzTU
AzTU-nun təhsildə və elmdə fərqlənən gənc müəllim və tələbələri Azərbaycan  ...

AzTU-nun təhsildə və elmdə fərqlənən gənc müəllim və tələbələri Azərbaycan ...

AzTU
AzTU-nun tələbə birliklərinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan ...

AzTU-nun tələbə birliklərinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan ...

AzTU
“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

AzTU
AzTU-da MƏZUN GÜNÜ

AzTU-da MƏZUN GÜNÜ

AzTU
AzTU-ya bu il qəbul olunan tələbələr universitetlə yaxından tanış olublar

AzTU-ya bu il qəbul olunan tələbələr universitetlə yaxından tanış olublar

AzTU
AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU
AzTU-nun gənc müəllimi və tələbələri “İlin gənci” adına layiq görülüb

AzTU-nun gənc müəllimi və tələbələri “İlin gənci” adına layiq görülüb

AzTU
AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU, QHT
AzTU-nun 4 tələbəsinə adlı təqaüd verilib

AzTU-nun 4 tələbəsinə adlı təqaüd verilib

AzTU
AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir  ...

AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir ...

Gənclik, AzTU
Əməkdar müəllim Gülşən Rzayevanın yubileyi qeyd olunub

Əməkdar müəllim Gülşən Rzayevanın yubileyi qeyd olunub

AzTU
AHİK ilə ATİAHİ-nin hüquq şöbəsinin aparıcı mütəxəssisləri AzTU-da tələbə v ...

AHİK ilə ATİAHİ-nin hüquq şöbəsinin aparıcı mütəxəssisləri AzTU-da tələbə v ...

AzTU
AzTU-nun bir qrup əməkdaşı “Yubiley döş nişanı” ilə təltif olunub

AzTU-nun bir qrup əməkdaşı “Yubiley döş nişanı” ilə təltif olunub

AzTU
AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU
Rəy yazın: