ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020) ŞƏHİD QƏLƏNDƏR ALIYEV
Azərbaycan Silahlı
Qüvvələrinin əsgəri,
İkinci Qarabağ müharibəsi şəhidi

(31 oktyabr 2001; Bakı –
10 oktyabr 2020; Suqovuşan)


Qələndər Nofəl oğlu Alıyev - 31 oktyabr 2001-ci ildə Bakının Sabunçu rayonunda anadan olmuşdur.
Anası Sevda xanım əslən Borçalının (indiki Gürcüstanın Bolnisi rayonunun) Darbaz kəndindəndir.
Subay idi.
Qələndər Alıyev 2008-ci ildə Bakının Sabunçu rayonundakı 170 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Sonra təhsilini 17 saylı litseydə davam etdirmişdir.
2018-i ildə həmin litseyi - indiki Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Məktəbini bitirmişdir.
Litseyi bitirdikdən sonra isə sürücülük məktəbində oxumuş və professional sürücülük vəsiqəsi almışdır.

Qələndər Alıyev məktəbdə və litseydə oxuduğu müddət-də sakitliyi, davranışı ilə sinif yoldaşlarına nümunə olmuşdur.
Öz tərbiyəsi ilə özündən böyüklərə və kiçiklərə qarşı diqqətli olmuşdur.
Məktəbin müəllim və şagirdlərinin hörmət və rəğbətini qazanmışdır.

Qələndər hələ orta məktəbdə oxuduğu müddətdə daim idmanla da məşğul olmuş, xüsusilə də, idmanın kik-boksinq növünə böyük maraq göstərmişdir.
Qatıldığı yarışlarda da həmişə 1-ci yeri qazanmışdır. Budur, müxtəlif illərdə qazandığı diplomlara baxırıq:
Hər il “Lokomotiv” İdman və Sağlamlıq mərkəzində keçirilən idman yarışlarında ardıcıl olaraq düz 4 dəfə 1-ci yeri tutmuşdur.
Binəqədi rayonunda keçirilən görüşlərdə 3 dəfə 1-ci yerə layiq görülmüşdür.
Qobustan rayonunda keçirilən idman yarışlarında 2 dəfə 1-ci yeri tutmuşdur.
Hacıqabul və Salyan rayonlarında keçirilən yarışlarda da 1-ci yeri qazanmışdır.
Və ən nəhayət, Azərbaycan Kik-boksinq Federasiyasının keçirdiyi Respublika yarışlarında da 1-ci yerə layiq görülmüşdür.

Qələndər Alıyev 2020-ci ildə yanvarın 7-də Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır.
O, çağırış vərəqəsini alanda sevincinin həddi-hüdudu yox idi. Atası və əmisinə “erməni quldurlarından ala bilmədiyiniz torpaqları özüm alacağam” - deyirdi.
2020-ci ilin yanvarın 8-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 708 saylı h/hissəsinin 4-cü taborunun 12-ci bölüyündə müddətli həqiqi hərbi xidmətə başlamışdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olun-ması üçün başlanan İkinci Qarabağ müharibəsi başlayan ilk gündən minlərlə igid oğullarımız kimi, Azərbaycan Ordusu-nun nümunəvi əsgəri olan Qələndər Alıyev də könüllü olaraq ön cəbhəyə yollanmışdır.

Füzuli rayonunun alınmasında, eləcə də Tərtər-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş və böyük şücaətlə vuruşmuşdur.
7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kən-dinin azadlığı uğrunda gedən döyüşlərdə ona verilmiş tapşırığın yerinə yetirilməsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.
Uzun müddət Qələndər Alıyevin nəşi tapılmamışdır.
Nəhayət, 2020-ci il noyabrın 25-də onun nəşi tapılmış, Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş və noyabrın 28-də Bakının Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunmuşdur… Allah rəhmət eləsin…

P.S.:
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qələndər Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliy-yətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qələndər Alıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərənca-mına əsasən Qələndər Alıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

***

Şəhid Qələndər Alıyevin ad günü münasibətilə anım mərasimi keçirilmişdir

ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020) 31 Oktyabr 2022-ci ildə Bakının Sabunçu qəsəbəsində Vətən müharibəsi şəhidi Alıyev Qələndər Nofəl oğlunun ad günü münasibətilə anım mərasimi keçirilmişdir.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.

***

Bu gün Qələndər Nofəl oğlu Alıyevin ruhu şaddır.
Çünki uğrunda Şəhid olduğu müqəddəs torpaqlarımız erməni quldurlarından təmizlənib.
İndi cənnət Qarabağımızın hər yerində üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır!..
Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandər!..



Müşfiq BORÇALI,
ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: