ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994)

ŞƏHİD Ədalət Qədir oğlu Gülməmmədov (1970-1994) UNUTSAQ, UNUDULARIQ!..

Gülməmmədov Ədalət Qədir oğlu - 1970-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın
Bolnisi rayonunda anadan olub.

Ötən əsrin sonlarında Gürcüstanda baş vermiş məlum olaylardan - azərbaycanlılara qarşı yönəlmiş böyük təqib və təzyiqlərdən,
xüsusilə də, Bolnisi, Dmanisi və Kazreti şəhərlərində çalışan yüzlərlə soydaşımızın heç bir səbəb göstərilmədən işdən azad olunduqdan və həmin şəhərlərdə yaşayan minlərlə soydaşımızın Azərbaycana köçməyə məcbur edildikdən sonra, burada yaşayan soydaşlarımız pərən-pərən olub, öz doğma isti ocaqlarından hərəsi bir yana dağılıb.
Kimisi Azərbaycana, kimisi Rusiya üz tutub, kimisi Ukraynaya, kimisi də Orta Asiya respublikalarına.
Gülməmmədovlar ailəsi isə Bakıya pənah gətiriblər.


Ədalət Qədir oğlu 1991-ci ildə “Xəzər­dənizneft­do­nan­ma”sının “Çalqan” gəmisində şa­gird kimi işə qəbul olunub.
Bir neçə ay­dan sonra ikinci və daha sonra isə birinci dərəcəli mühərrikçi işləyib.

Erməni quldurlarının cənnət Qarabağımıza təcavüzünün gündən-günə artmasına dözməyən
Ədalət Gülməmmədov 1992-ci ildə könüllü olaraq torpaqlarımızın yağı düşməndən
müdafiəsi naminə yaradılmış könüllülər batalyonuna yazılıb və ön cəbhəyə yollanıb.
1994-cü ilin may ayında Füzuli bölgəsində qəhrəmancasına şəhid olub.

“Neftqaz-3” gəmisini kapitanı Rəşid Rzayev
dostu və keçmiş iş yoldaşı Ədalət Gülməmmədovun şüca­yətindən, hünərindən ürək dolusu danışaraq qeyd edir ki, Ədalət Gülməmmədov qorxmaz, mübariz oğlan idi. Gözəl xasiyyəti və işgüzarlığı ilə kollektivin dərin hörmətini qazan­mışdır.
Gəmimizin heyəti Vətən yolunda müqəddəs borcunu ləya­qətlə vermiş dostumuzu həmişə xatırlayacaq!..
(Bax: “Sahil” qəzeti, iyul,1994, N: 3 (114), səh.3.)

Biz də Ulu Tanrıdan xalqımızın igid və qəhrəman oğulu Ədalət Gülməmmədova
və eləcə də, bütün şəhidlərimizə rəhmət diləyirik!..
Ruhları şad olsun!..

Müşfiq BORÇALI,
ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təhminə Məmmədova (1961)

Təhminə Məmmədova (1961)

Başkeçid
BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Polis kapitanı SALEH EYYUBOV (1978)

Polis kapitanı SALEH EYYUBOV (1978)

"XXI əsrin Ziyalıları", Başkeçid
Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Həkim Aqil Xazeyin oğlu Məmmədov (1976)

Səhiyyə, Başkeçid
XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
DARVAZLI ŞƏHİD Ədalət Cahangir oğlu Əlləzov (1965-1992)

DARVAZLI ŞƏHİD Ədalət Cahangir oğlu Əlləzov (1965-1992)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH RƏHMƏT ELƏSİN, XANLAR GÜLMƏMMƏDOV

ALLAH RƏHMƏT ELƏSİN, XANLAR GÜLMƏMMƏDOV

Darvaz, Nekroloqlar
Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Başkeçid, Hüquq
Yəhya Mustafa oğlu Məmmədov (1932)

Yəhya Mustafa oğlu Məmmədov (1932)

Başkeçid
ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI  (15.IX.1968-14.06.1994)

ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI (15.IX.1968-14.06.1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!..

Əsas xəbər, ŞƏHİDLƏRİMİZ, Yeni nəşrlər, Gürcüstan, Borçalı, Elanlar, Müşfiq Borçalı
İSMAYIL QƏDİR  oğlu  MƏMMƏDOV (1957)

İSMAYIL QƏDİR oğlu MƏMMƏDOV (1957)

"XXI əsrin Ziyalıları", Bolus
İgid döyüşçü Zahid Gülməmmədov

İgid döyüşçü Zahid Gülməmmədov

Qarabağ

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb

Yeni nəşrlər, Borçalı, Darvaz, Haqqımızda, Müşfiq Borçalı
Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Şəhid Alik Şakir oğlu İsayev - Hamamlı (23.02.2001-07.11.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
Rəy yazın: