Fərdin özünə qapanmasının bədii ədəbiyyatda inikası

Fərdin özünə qapanmasının bədii ədəbiyyatda inikası Bəşəriyyəti düşündürən problemlərdən biri, bəlkə də, ən başlıcası özünə qapalılıq prinsipidir. Müxtəlif peşə sahibləri bu barədə düşünmüş, araşdırma aparmış, bunu aradan qaldırmağa çalışmışlar. Bütün bu səylərə baxmayaraq, özünə qapalılıq hələ də aktual olan məsələlərdəndir.

Özünə qapanmaq – insanlarla ünsiyyət qura bilməmək şəklində özünü göstərir. Bu cür xüsusiyyətə malik olan adam yalnız öz dünyasında yaşayır, ətrafındakı insanlara laqeyd olur. İradəsizlik üzündən qarşısına çıxan problemlərin öhdəsindən gələ bilmədiyindən daim özünü aciz, çarəsiz, yalqız və müdafiəsiz hiss edir. Buna görə də öz içində yaratdığı xəyal dünyasının xaricinə çıxmaqdan qorxur. Gerçəkdə olmayan müəyyən hadisələri xəyalda yaşayır.

Bəzi insanlar üçün depressiyaya düşmək ən adi hala çevrilib. Xırda məsələləri şişirdir, kədərlənir, canı sıxılır, hüznlü şeirlər yazır, saatlarla uzaqlara dalır, bəzən də günlərlə otağından çıxmayıb kədərli sonluqla bitən əsərlər, faciələr oxuyur. Lakin bu o demək deyil ki, digər insanlarla ictimai həyatın içində olmazlar. Amma yenə də inamsızlıq, özünə qapanma onları təqib edir, hər sözün onların əleyhinə olduğunu düşünür, kövrək və küsəyən olurlar. Bəzi vaxtlarda olduğu kimi daxili sarsıntıları ilə gizli gizli ağlayırlar.

Özünə qapalı olan insanları həyatdan, cəmiyyətdən tamamilə təcrid olunmuşlar hesab etmək də doğru deyil. Onlar bizdən çox kitab oxusalar da, fikirlərini ifadə etməkdən çəkinirlər. Mənim fikrimcə, onlar Paulo Coelhonun “Rio-Pyedranın sahilində oturdum və ağladım” əsərindəki “Özgə”ni özlərindəki uzaq tutmaz, Özgə isə onları hər addımbaşı izləyər.

Əsərlərdə mənəvi məhrumiyyət keçirən baş qəhrəmanların yerinə özlərini qoymaq həmişəki adətləridi. Buna saymaqla bitməyən əsərlərin, qəhrəmanların adlarını misal göstərə bilərəm. Ancaq Dostoyevskinin “Cinayət və cəza” romanında Raskolnikovun adını çəkməsəm, özümü onun günahlarını işləmiş kimi hiss edərəm. Hər kəsin ağlında yaranan suallardan biri isə budur: “Raskolnikov ilə eyni həyatı yaşayanları o vəziyyətə gətirib çıxaran nədir?!” –Bax elə cəmiyyətin özü!

İnsan birdən-birə özünə qapanmır. Buna təsir edən amillərdən birincisi özgüvənin aşağı salınmasıdır. Bu nə vaxt formalaşır? –Ailə üzvlərinin onu sevmədiyini, onu hər dəfəsində yanlış anladıqlarını, əlindən heç bir işin gəlmədiyini, fərsiz, hamıya mənfi enerji bəxş etdiyini başa düşəndə. Onun üçün ailə üzvləri bir-birilərini sevdiyini yalnız sözlə deməməli, eyni zamanda əməllərlə göstərməlidir.

İkincisi, insanın özünə uyğun doğru-dürüst dost seçə bilməməsidir. İnsanlara tez alışıb öz sirlərini danışır, ürəyindən keçənləri anladır. Qarşı tərəfin isə saymazlığı, laqeyd davranması, ona danışdıqlarını başqalarına danışması daha kimsəyə etibar etməməyi anladır. Özünə yaxın bildiyi bir adam olmadığından heç kimə inanmır, danışmaqdan qorxurlar. Bu inamsızlıq və güvənsizliyin

nəticəsində insanları özlərindən uzaq tuturlar. Tədricən belələri cəmiyyət tərəfindən qəbul olunmur. Daha doğrusu, cəmiyyət onları sevməz, onlar isə zamanla hər kəsdən incimiş şəkildə tək qalmaq istəyərlər. Buna hər kəsin bildiyi “Leyli və Məcnun” əsərindən Məcnunu misal gətirə bilərəm. Onu da cəmiyyət qəbul etmirdi. Ancaq o başqa səbəbdən cəmiyyətdən uzaq düşmüş, hər kəsdən ayrılıb səhraya üz tutmuşdu. O səbəb ki, o dövrdə heç kim EŞQi, əsl sevən şəxsin EŞQini qəbul etmirdi.

Üçüncü səbəb isə virtual aləmdir. Bu artıq xəstəliyə çevrilib. İctimai həyatda sübut edə bilmədiyi şəxsiyyətini orada sübut etməyə çalışır, Ahmet Batmanın “Bana İkimizi Anlat” romanındakı Rüzgar kimi cəmiyyətdən kənarda “Məcaz” adam formasında özünü virtualda axtarır, qəlbində yara açmış sözlərini onu tanımayanlarla paylaşır.

Ümumiyyətlə, özünə qapalı insanlar çox həssas hissiyyata malik olurlar. Sanki uşaq kimidilər. Xətrinə dəyən söz desən, istədiyini verməsən, oturub ağlayır. Özlərinə qarşı kompleks saxladıqlarına görə danışmaqdan utanır, hər sözünün mənasız, yersiz olduğunu hiss edir. Onun üçün də susmağa üstünlük verirlər. Bu isə daha ciddi problemlərə səbəb olur. Ən vacibi isə danışıq qabiliyyətini itirmə ehtimalı böyük olur.

Bütün bu problemləri aradan qaldırmaq üçün elə adamların (özünə qapalılıq, autizm daha çox uşaqlarda özünü büruzə verir) üstünə çox gedilməməli, qarşısına qadağalar qoyulmamalı, onunla danışarkən böyük şəxs, valideyn kimi yox, yaxın bir dost kimi söhbət etməli, hər məsələdə onun arxasında olub, ona dayaq olmalarını bildirməlidirlər. Ən önəmlisi isə ailə daxili gərginlik sabitləşməlidi, hər şey öz qaydasında getməlidi. Belə olmasa da, onun gözündə olduğu kimi yox, olmaq istədiyi kimi göstərilməlidir.

Aynur Qələndər qızı Mustafayeva,
Bakı Dövlət Universitetinin
Filologiya fakültəsinin I kurs tələbəsi


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
Elida MUXAYEVA: Vağzalı qurbanları

Elida MUXAYEVA: Vağzalı qurbanları

MEDİA, Tiflis, Köşə yazılar
Yeniyetmələrin  duyğuları

Yeniyetmələrin duyğuları

Köşə yazılar
2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

2 Aprel - Beynəlxalq Autizm Marifləndirmə Günüdür!..

Səhiyyə
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

Məktəblər
“Salam” Mədəni Xeyriyyə Cəmiyyəti: “Xeyriyyəçilik işlərimiz çoxaldıqca, cəm ...

“Salam” Mədəni Xeyriyyə Cəmiyyəti: “Xeyriyyəçilik işlərimiz çoxaldıqca, cəm ...

---
İlhamə Sabirqızı:

İlhamə Sabirqızı: "Sözün gücü"

Köşə yazılar

"Motivasiya həddən çox önəmlidir... Və... İnsanlar özlərinə sual verməlidi ...

İqtisadiyyat, Reklamlar
Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Köşə yazılar
Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Regionlar, Səhiyyə
Elida MUXAYEVA: Yüz vur, düz dur!..

Elida MUXAYEVA: Yüz vur, düz dur!..

Köşə yazılar
Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Məktəblər, "Elm və Təhsil"
Boyunduruq altinda yetişən gənclik

Boyunduruq altinda yetişən gənclik

Gənclik, Köşə yazılar
İşıqlı adam

İşıqlı adam

UNUTSAQ, UNUDULARIQ!....
Keşmə-keşli həyat yolu...

Keşmə-keşli həyat yolu...

"SALDO"

"Mərkəzi Banka gedin..."

Azərbaycan, İqtisadiyyat, Sosial
Dosent Mütəllim Rəhimov:

Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyy ...

"SALDO"
Zaur Darğallının Uğur hekayəsi

Zaur Darğallının Uğur hekayəsi

Rustavi, Borçalı
Rəy yazın: