İradə KÖVRƏK (1978): "Sən məni unutdun niyə, ilahi?.."

İradə KÖVRƏK (1978): "Sən məni unutdun niyə, ilahi?.." İradə Kövrək (Sarıyeva) -
1978-ci il sentyabrın 15-də
Ulu Borçalımızda - indiki Gürcüstanın
Bolnisi rayonundakı qədim Dəllər kəndində
tanınmış el sənətkarı, saz-söz adamı,
aşıq-sazbənd Kövrək Muradın ailəsində
dünyaya göz açıb.
Bakı Dövlət Universitetini bitirib.
Hazırda "Bakı-xəbər" qəzetində çalışır.
“Gözlə, gələcəyəm” (“Şəhid-gizir Aydın Abdullayevin
yarımçıq ömrünün dastanı”, 2017)
adlı kitabın müəllifidir.
Şeirləri "Zirvə" poeziya antologiyasında və
müxtəlif mətbuat orqanlarında dərc olunub.


ZiM.Az


Payız çiçəkləri...

Bakıda yağış çağı bitdi,
Payız çiçəkləri gülümsünür...
Günəşə göz vurur sarı ləçəkli bir qız
saralan yarpaqlar küsür..

Yağış günündə sarı çiçəklər,
Ovcunu yağışa açırdı...
Yağış nəgmələri...
Damla-damla,
işıq-işıq qaçırdı...
Payız çiçəkləri, necədir-

Payıza sığınıb yaşamaq?
Sarı xəzəllərin qoynunda-
Könlündə qüssə daşımaq.
Bizim nəşriyyatın yanında,

Günəşə bənzəyən sarı çiçəklər...
Gözlərin yaşlıdır dünənən-
Torpağın sevgili yarı çiçəklər.
Bakıda yağış çağı bitdi,

İndi günəş günü başlanıb.
Yağış nəğmələri gedib yuxuya,
Oyanar bir gün yenə,
Şəhərdə yağış çağı olar-

Çiçəklər düşər qorxuya.
Payız çiçəkləri üşüyər...
Amma indi üşümür-
Çünki günəş atındadır...


İradə KÖVRƏK (1978): "Sən məni unutdun niyə, ilahi?.." Anama

Ay ana, ürəyim yaman ağrıyır...
Həkim yox qəlbimin dərdini bilə...
Axşamlar düşəndə çox üşüyürəm
Canım sığışmayır soyuq mənzilə...

Sən Allah üstümə sarı yorğan ört
Günəşi deyirəm, günəşi ana...
Əli qoynundadır gəlin çinarın,
Yamandır tufanın gəlişi ana...

Ay ana, ürəyim kədərli bir yer
Bilmirəm zülməti mən necə yarım?
Çox yaman ağrıyır sol tərəf ana...
Bu dərdi özümlə hara aparım?

Sən Allah üstümə sarı yorğan ört
Günəşi deyirəm, günəşi ana...
Əli qoynundadır gəlin çinarın,
Yamandır tufanın gəlişi ana.


* * *

Aşıq, vurma sarı simə,
Yaram dərindən simləyib.
Bilirsən ki, meylim sazda
Tellər dərdimə himləyib.

Yorulmuşam yollar kimi,
Qırılmışam qollar kimi,
Hürkəyəm sonalar kimi
Hicran könlümü şumlayıb.

Aşıq, dərdim dərdə bənddi,
Dərd sinəmdə sinəbənddi.
Gözlərim bir himə bənddi,
Gecədən sübhə ağlayıb.

* * *

Sözünə bənd olmaq olmur,
Acıya qənd olmaq olmur,
Şəhərə kənd olmaq olmur
Mən sənə könülmü verim?

Ürəyindən xəbərsizəm,
Eşq evindəki öksüzəm,
Külün qoynundakı közəm
Mən sənə könülmü verim?

Ağ vərəqdə təzə yazı,
Sözlər itir, sözlər azır.
Küskün gülün, ilk murazı
Mən sənə könülmü verim?

İradə KÖVRƏK (1978): "Sən məni unutdun niyə, ilahi?.." * * *

Barmaqların axtarır adımı
Bilərəm hər gün.
Gündüz qaçırsan,
Gecə xəyal edirsən
Qanadlanıb, uçursan.
Küsübsən məndən
Könlün könlümdən küsüb.
Adıma rast gəlirsən,
Pozma, qələmden küsüb.
Mən elə həmən qızam,
Ulduz-ulduz dağlanan
Məzarım ovucun olsun,
Gözlərimdi bağlanan.

* * *

Sən mənə baxmağı nədən unutdun?
Sən niyə yadına salmadın məni?
Çox baxdım göylərə səni görməkçün...
Gözümü bürüdü buludun çəni.
Sən məni unutdun niyə, ilahi?..

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: