Azərbaycan Naşirlər və Poliqraflar İctimai birliyinin sədri, “Təhsil-Nəşriyat-Poliqrafiya” MMC-nin baş direktoru Bəhruz Axundov vəfat etmişdir

Azərbaycan Naşirlər və Poliqraflar İctimai birliyinin sədri, “Təhsil-Nəşriyat-Poliqrafiya” MMC-nin baş direktoru Bəhruz Axundov vəfat etmişdir Azərbaycan Naşirlər və Poliqraflar İctimai birliyinin sədri, “Təhsil-Nəşriyat-Poliqrafiya” MMC-nin baş direktoru Bəhruz Axundov vəfat etmişdir Azərbaycan Naşirlər və Poliqraflar İctimai birliyinin sədri, “Təhsil-Nəşriyat-Poliqrafiya” MMC-nin baş direktoru Bəhruz Axundov vəfat etmişdir ALLAH RƏHMƏT ELƏSİN!...

Azərbaycan Naşirlər və Poliqraflar İctimai birliyinin sədri, “Təhsil-Nəşriyat-Poliqrafiya” MMC-nin baş direktoru, gözəl insan, maarifçi, mədəniyyət təbliğçisi, ölkəmizin ən dəyərli ziyalı şairlərindən biri olan Bəhruz Axundov vəfat etmişdir.

Bəhruz Axundov bütün mənalı həyatını maarifçiliyə, mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin inkişafına həsr edib. Ölkəmizdə ən nümunəvi nəşriyatlardan birini yaradıb. Bu nəşriyat əslində nəhəng yaradıcılıq emalatxanası idi. Müəlliflərlə birgə işin yüksək səviyyədə təşkili çap olunan kitabların yüksək keyfiyyətinin və nəfis dizaynının təminatçısı idi.

Bəhruz Axundov onlarla yeni dərslikləri, monoqrafiyaları, tarixi əsərləri çap etməklə təhsilin, elmin və mədəniyyətin inkişafına öz əvəzsiz töhvəsini verib.

AMEA-nın “Elm dünyası” adlı jurnalının redaksiya heyətinin üzvü olan Bəhruz Axundov jurnalın diqqəti cəlb edən, oxunaqlı, zövq oxşayan nəşri üçün əlindən gələni edirdi.

2013-cü ildə Azərbaycan Pespublikası Prezidentinin sərəncamə ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmışdü.

O, nəslinə, xalqına layiq gözəl bir ailə yaradıb, yüksək tərbiyə sahibi olan övladlar yetişdirib.

Onun ölümü tanıyanlarının hamısını ürəkdən kədərləndirib. Dəfn mərasimində iştirak edən yüzlərlə insanların göz yaşları, mərasimdə çıxış edən insanların kövrək, qəhərli çıxışları Bəhruz Axundova olan böyük sevginin və ehtiramın ifadəsi idi.

Bu böyük itki hesab edirik ki, təhsilimiz, elmimiz və xalqımız üçün böyük itkidir.

Azərbaycan Naşirlər və Poliqraflar İctimai birliyinin sədri, “Təhsil-Nəşriyat-Poliqrafiya” MMC-nin baş direktoru Bəhruz Axundov vəfat etmişdir “Borçalı” Nəşriyyat-Poliqrafiya Müəssisəsinin, "Ziya" "Şərqin səsi" qəzetlərinin, eləcə də ZiM.Az, Vetenim.info, Zirve.infoBorcali.org saytlarının bütün əməkdaşları adından gözəl insan, maarifçi və mədəniyyət təbliğçisi Bəhruz Axundovun vaxtsız vəfatından kədərləndiyimizi bildirir və ailəsinə, onu tanıyanlara və sevənlərə dərin hüznlə baş sağlığı veririk.

Atasına öz qaraciyərinin bir hissəsini bağışlamaq cəsarətində, qeyrətində və iradəsində qız yetişdirmiş Bəhruz Axundovun Allah dərgahında məkanı cənnətdir.

Allah rəhmət eləsin!



Müşfiq BORÇALI,
ZiM.Az


Azərbaycan Naşirlər və Poliqraflar İctimai birliyinin sədri, “Təhsil-Nəşriyat-Poliqrafiya” MMC-nin baş direktoru Bəhruz Axundov vəfat etmişdir Azərbaycan Naşirlər və Poliqraflar İctimai birliyinin sədri, “Təhsil-Nəşriyat-Poliqrafiya” MMC-nin baş direktoru Bəhruz Axundov vəfat etmişdir





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: