MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV
MAHMUD QURBAN OĞLU
QƏLƏNDƏROV

(1913-1971)

Mahmud Qurban oğlu Qələndərov 1913-cü ildə qədim Başkeçid (Dmanisi) rayonunun Lök-Candar kəndində anadan olmuşdur. 1924-cü ildə təhsilini Tiflis şəhərində M.F.Axundov adına 7-illik seminariya məktəbdə almış və 1930-cu ildə məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.
1930-cu ildə müəllimlik fəaliyyətini Saatlı kəndinin 4-illik məktəbindən başlamışdır.
Sonra öz kəndləri Lök-Candar kənd məktəbinə direktor göndərilmişdir.
18 yaşlı məktəb direktoru olan Mahmud Qələndərov 1930-1933-cü illərdə işləyə-işləyə təhsilini davam etdirmiş və Tiflis Ali Siyasi məktəbini, sonra Qori seminariyasını bitirmişdir.
1935-ci ilin iyununda rayon Partiya Komitəsinin göstərişi ilə rayon İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə təyin edilmişdir.
Həmin ilin payızında SSRİ hərbi xidmətinə çağırılmış və hərbi xidmətdə olduğu müddətdə həm anasının, həm də atasının vəfatı ilə əlaqədar olaraq 1936-cı ildə hərbi xidmətdən azad edilmişdir. Çünki, evdə qardaş-bacıları başsız qalmışdı. Hərbi xidmətdən qayıtdıqdan sonra, 1936-cı ildə Başkeçid Rayon Sovetliyində işə başlamışdır. Yaxşı işlədiyinə görə 1937-ci ildə Muğanlı kənd sovetliyinə katib və maliyyə xidməti vəzifəsini icra etmişdir.
1937-ci ilin aprel ayından 1941-ci ilin fevral ayına qədər Rayon Vergi Müfəttişi vəzifəsində işləmişdir. İşinin öhdəsindən bacarıqla gələn Mahmud Qurban oğlunun iş fəaliyyətini görə onu rayon Xalq məhkəməsinə namizədliyi irəli sürülmüşdür və hakim vəzifəsinə təyin olunmuşdur.
Həmin illər Alman faşistlərinə qarşı qızğın müharibə gedirdi. Vətənpərvər Mahmud Qurban oğlu vəzifədə işləsə də vətənin bu dar günündə oturub işləyə bilmir. Ona görə də 1942-ci ilin yanvar ayında könüllü olaraq müharibəyə getmiş, 276 saylı hərbi divizionda Krım uğurunda müharibədə iştirak etmişdir. O həmin divizionun siyasi rəhbəri vəzifəsini icra etmiş və döyüş zamanı ağır yaralandığı üçün hərbidən mürəxxəs olmuşdur.
1940-cı ildə Sov.İKP üzvü, Rayon Sovetinin deputatı, Rayon İcraiyyə komitəsinin sədr müavini, Rayon İstehlak Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır. 1967-ci ildə ADU-in hüquq fakültəsini qiyabi başa vurmuş Mahmud Qurban oğlu hansı sahədə olursa olsun işlədiyi müddət rayon ictimaiyyətinin dərin hörmətini qazanmışdır. Rayon qəzetlərində onun fəaliyyəti ilə əlaqədar məqalələr dərc edilmişdir. O məqalələrdən biri də İman Məmmədovun “Böyük qəlbin böyük arzuları”başlığı altında dərc etdirdiyi geniş həcmli məqaləsidir.
Mahmud Qurban oğlu SSRİ MN-yi və Sov.İKP MK tərəfindən bir çox medallarla təltif edilmişdir. Onlardan 1946-cı ildə Alman faşistləri üzərində qələbə medalı və “Fədakar Əməyə görə” medalı, 1950-ci ildə Qələbənin 5 illiyi, 1965-ci ildə Qələbənin 20 illiyi, 1969-cu ildə SSRİ-silahlı qüvvələrinin yaranmasının 50 illiyi, 1970-ci ildə “Şanlı Əməyə görə medalı”, 1975-ci ildə Qələbənin 30 illiyi və c. medalları ilə təltif edilmişdir.
1939-cu ildə ailə qurmuş, bir oğul, beş qız övladı vardır.
İkinci Dünya Savaşının iştirakçısı, ictimaiyyət arasında böyük nüfuza malik olan dəyanətli və dəyərli dövlət xadimi olan Qələndərov Mahmud Qurban oğlu 1965-ci ildən ömrünün sonuna qədər Rayon İctimai Təminat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1971-ci il aprel ayının 5-də vəfat etmişdir.
Allah rəhmət eləsin!...


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
Mahmud Qurbanov (1956)

Mahmud Qurbanov (1956)

Başkeçid
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Vadim Ələddin oğlu XUBANOV (1963)

Vadim Ələddin oğlu XUBANOV (1963)

"XXI əsrin Ziyalıları", Qaraçöp, İqtisadiyyat
MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

MUSTAFA QURBAN OĞLU - ŞİNDİLƏRİN İLK KOLXOZ SƏDRİ

"XXI əsrin Ziyalıları", Başkeçid
Sabir İSAYEV (1919-1997)

Sabir İSAYEV (1919-1997)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, ƏŞRƏF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, ƏŞRƏF MÜƏLLİM!..

Təbriklər
Akşin Vəzir oğlu VƏLİYEV (1965)

Akşin Vəzir oğlu VƏLİYEV (1965)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
NƏRİMAN (Həsən) İBRAHİMXƏLİL OĞLU SƏMƏDOV  (1940)

NƏRİMAN (Həsən) İBRAHİMXƏLİL OĞLU SƏMƏDOV (1940)

"XXI əsrin Ziyalıları", Başkeçid
El ağsaqqalı PAŞA MƏMMƏDOV

El ağsaqqalı PAŞA MƏMMƏDOV

Başkeçid
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Darvaz
HƏSƏN HACIYEV (1927-1999)

HƏSƏN HACIYEV (1927-1999)

Tiflis, Bolus
Şəhid Mahmud Xasiyev Başkeçidli (1960-1992)

Şəhid Mahmud Xasiyev Başkeçidli (1960-1992)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
TƏBRİK EDİRİK, VİDADİ SƏLİMOV!..

TƏBRİK EDİRİK, VİDADİ SƏLİMOV!..

Başkeçid
Rəy yazın: