AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik yubiley tədbirində iştirak edib

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik yubiley tədbirində iştirak edib AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik yubiley tədbirində iştirak edib AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik yubiley tədbirində iştirak edib AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik yubiley tədbirində iştirak edibAMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik yubiley tədbirində iştirak edib AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik yubiley tədbirində iştirak edib Böyük türkoloq və tanınmış şərqşünas alim, Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü Elizbar Cavelidzenin anadan olmasının 80 illiyi Tbilisidə geniş qeyd olunub.

Bu münasibətlə keçirilmiş yubiley tədbirini Gürcüstan Elmlər Akademiyasının prezidenti, akademik
Georgi Kvasitadze
açaraq görkəmli alimin şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəyli “Akademik Elizbar Cavelidze və Azərbaycan”
mövzusunda məruzə ilə çıxış edib. Məruzədə akademik Elizbar Cavelidzenin çoxcəhətli yaradıcılığına elmi qiymət verilməklə bərabər, onun Azərbaycan ədəbiyyatının tədqiqi sahəsindəki xidmətlərinin ölkələrimiz arasındakı elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə sanballı töhfələr verdiyi qeyd olunub.

Bildirilib ki, Elizbar Cavelidze türk ədəbiyyatının qüdrətli simaları olan Cəlaləddin Rumi, Yunus Əmrə, Aşiq Paşa haqqındakı elmi-tədqiqat əsərləri ilə, həmçinin Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr edilmiş sanballı monoqrafiyası ilə dünya füzulişünaslığını daha da zənginləşdirib. O, həmkarı Georgi Caculaşvili ilə birlikdə “Kitabi-Dədə Qorqud” dastanlarını gürcü dilinə tərcümə edərək kitab halında nəşr etdirib. Akademik Elizbar Cavelidze sufizm və hürufizm cərəyanlarının tanınmış tədqiqatçılarından biridir.

Daha sonra türkiyəli professor İlyas Üstünerin “Gürcüstan ədəbiyyatşünaslıq elmində Elizbar Cavelidze mərhələsi mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik
Roin Metreveli, Akademiyanın müxbir üzvü Ramaz Xurodze, professorlar Yelena Cavelidze, Vladimir Minaşvili, Eliso Maçaidze, Mariya Cikiya, Mişa Mtsuraşvili, Anzor Erkomaişvili, Georgi Qiqauri
və başqalarının məruzələrində gürcü türkologiyasının patriarxının çoxcəhətli elmi fəaliyyətinin ayrı-ayrı istiqamətləri geniş təhlil edilib.

Akademik İsa Həbibbəyli Gürcüstana səfəri çərçivəsində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda da olub.
Görüşdə Gürcü Ədəbiyyatı İnstitutunda həyata keçirilən “Şota Rustaveli və Nizami Gəncəvi” layihəsinin icra edilməsində Nizami adına Ədəbiyyat İnstitutunun iştirakı məsələləri ətrafında müzakirələr aparılıb.

Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani, “Şota Rustaveli Nizami Gəncəvi” layihəsinin icraçı direktoru, professor
Maka Elbakidze
görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Şərq aləmində və Qafqazda intibah mədəniyyətinin yaranması və inkişaf etdirilməsindəki rolundan danışaraq, intibah proseslərinin öyrənilib dəyərləndirilməsində qarşılıqlı ədəbi-mədəni əlaqələrin yenidən araşdırılmasının əhəmiyyətini vurğulayıblar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Akademik Elizbar Cavelidze və Azərbaycan

Akademik Elizbar Cavelidze və Azərbaycan

Ədəbi əlaqələr
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze

Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze

Ədəbi əlaqələr, Tiflis, Bolus
Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

"Zirvə", Tv, Ədəbi əlaqələr, Tiflis
BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

Tiflis
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
Badano Elizbar Cavelidze!

Badano Elizbar Cavelidze!

Ədəbi əlaqələr, Tiflis
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Ədəbiyyat İnstitutunda “Elm günü” qeyd olunub

Humanitar elmlər, "Zirvə"
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Rəy yazın: