BASQALIN TARİXİNİ YADDAŞLARA YAZAN ZİYALI

BASQALIN TARİXİNİ YADDAŞLARA YAZAN ZİYALI Hər bir elin, obanın mədəni inkişafında mütləq bir ziyalının, araşdırmaçı alimin, elm adamının imzası olur. Bu ziyalı insanlar yazdıqlarını yaddaşlara köçürməklə bərabər, eyni zamanda gələcək nəsilləri yaşadıqları ölkənin, məkanın, yurdun tarixi haqqında məlumatlandırmağa çalışırlar.
İsmayıllı rayonun qədim qəsəbəsi olan Basqalın da tarixini yaddaşlara yazan bir ziyalısı da olmuşdur ki, artıq onu İsmayıllı rayonun da hər kəs tarix yazan araşdırmaçı alim kimi tanıyır, xatırlayır.
Müəllimi sadə peşə sahibi adlandırsalar da, əslində müəllimlik çox ağır, məsuliyyətli və vicdani peşədir. Körpə balalara gənclik dövrünə qədər təlim-tərbiyə, bilik, savad verən, onların gələcəkdə həyatlarını necə formalaşdıracağının təməlini qoyan orta məktəb müəllimləri bu cəhətdən deyərdim ki, ən ali hörmətə layiq insanlardır.
Bu gün haqqında söhbət açacağımız mərifət sahiblərindən biri, Basqalın sayılıb-seçilən, böyük nüfuza malik olan gözəl müəllimi, istedadlı jurnalisti və hörmətli tədqiqatçı ziyalısı Miryavər müəllim Hüseynovdur.


Basqalın onlarla tanınmış ziyalırı olmuşdur ki, onlar zaman-zaman Azərbaycan mədəniyyətində siyasət, ədəbiyyat, pedaqogika, texnika və digər sahələrdə öz imzalarını yazdıra bilmişdilər. Belə ziyalılar Basqalda bu gün də vardır və bu ənənə davam etməkdədir.
Peşəsinin vurğunu olan gözəl müəllim, istedadlı qələm sahibi Miryavər Hüseynov da yaratdığı əsərləri ilə Azərbaycan mədəniyyətində imzasını tanıda bildi.
Miryavər müəllimin 90-illik yubileyinə həsr edilən “Basqalın Miryavər abidəsi” adlı kitabında biz bunun bariz nümunəsini görə bildik. Kitabda müxtəlif sahələrin insanları öz ürək sözlərin qələmləri ilə deyə bildilər. Belə maraqlı yazılardan çox misal göstərmək olar.

Milli Məclisin deputatı, Qızıl Aypara Cəmiyyətinin prezidenti, hörmətli Novruzəli Aslanovun kitabdakı yazısında bir abzası xüsusi olaraq qeyd etmək istəyirəm. Novruz müəllim ürək sözlərini yazdığı məqaləsində rus tənqidçisi Belinskidən çox gözəl bir sitat gətiribdir:
“Yaranan əsərlər də doğulan körpələr kimidir. Körpələr ana bətnində yaranır, sonra dünyaya göz açır, ayaq tutub yeriyir, böyüyür. Əsərlər isə hər müəllifin təxəyyülündə, təfəkküründə, ürəyinin dərinliyində dönə-dönə təkrar olunur, sonra isə sətirlənir, vərəqlənir, cildlənir”. “Haqqında sevə-sevə söz açdığım böyük ziyalımız Miryavər Hüseynov da bu yurdun mükəmməl əsəridir, əvəzsiz sərvətidir”.
Olduqca tam, yerində deyilmiş sözdür.
Miryavər müəllim gənclik vaxtlarından əbədi dünyaya qovuşana kimi yorulmadan çalışdı, anadan olduğu, böyüyüb boya-başa çatdığı qədim Basqalın tarixini, adət-ənənələrini, mədəniyyətini, mətbəxini araşdıraraq əsərlərinə köçürtdü və gələcək nəsillərə miras qoydu.
Ruhən Basqala bağlı olan Miryavər müəllim haqqında yazmaq elə də asan deyil. Rəngarəng yaradıcılığı olan dəyərli ziyalımız nəşr etdirdiyi kitablarında elə mövzuları işıqlandırmışdır ki, bu cür əsərləri yaratmaq üçün dərin Vətən sevgisinə sahib olmaq gərəkdir.
Miryavər müəllim haqqında söylənilənləri nəzərdən keçirdikcə, onun sıradan bir vətəndaş olmadığını, neçə gözəl işlərə imza atdığının şahidi olursan.
Şərəfli peşə sahibi olan Miryavər müəllim ömrünün yarıdan çoxunu məktəbdə əməli fəaliyyətə həsr etmişdir. O, işini təkcə dərs deməklə bitmiş hesab etmirdi. Şagirdlərə ata qayğısı ilə yanaşar, istər məktəbdə, istərsə də ailə də onları narahat edən problemləri ilə maraqlanar, hər bir şagirdə əlindən gələn köməkliyi göstərməyə çalışardı. Bəzən olurdu ki, özünü o gənclərlə yaşıdları kimi aparırdı ki, şagirdləri ondan çəkinib, sıxılmasın, utanmasınlar. Bütün bu sadəliyə, mehribanlığa rəğmən ciddiliyini qoruyan Miryavər müəllim şagirdlərinin ən sevimli müəllimi idi.

Bir neçə kitabların, çoxlu sayda məqalələrin müəllifi olan, Azərbaycan Pespublikası Prezidenti cənab İlham Əliyevin təqdimatı ilə “Tərəqqi” medalına layiq görülmüş ziyalımız Miryavər Hüseynov, həm də müəllimlərin müəllimi idi.
Miryavər müəllim əmək fəaliyyətindən əlavə olaraq arxivlərə gedər, kitabxanalarda olar, araşdırmalar aparar, tarixi faktları axtarar, açar, qədim abidələri, qədim tikililəri üzə çıxarar, unudulmuş insanları, yaddan çıxmaqda olan adətləri insanların yadına salmağa çalışardı. Daim gərgin iş rejimində yorulmaq bilmədən çalışan Miryavər müəllimin geniş dünyagörüşü, daxili zənginliyi, biliyi, savadı onu fərqləndirən cəhətlərdən idi. O, hər tərəfli məlumatlı insan idi. Onun Vətənə olan sevgisi, yurda bağlılığı, xeyirxahlığı onu tək Basqalda deyil, İsmayıllıda, eləcə də qonşu kəndlərdə, rayonlarda da tanıda bilmişdi.
Əslən Basqaldan olan həmkarım, “Azərbaycan” qəzetinin əməkdaşı, çox hörmətli jurnalist Daşdəmir Əjdəroğlunu yaxından tanıyanlar onun qələminə yaxşı bələddirlər. Daşdəmir Əjdəroğlunun dəyərli ziyalımız Miryavər Hüseynova hörmət əlaməti olaraq həsr etdiyi “Basqalın Miryavər abidəsi” kitabı olduqca dəyərli əsərdir. Hətta, deyərdim ki, çətinliklə ərsəyə gəlmiş bu əsər, bir elmi əsər qədər çəkiyə bərabərdir.
Qeyd edim ki, “Basqalın Miryavər abidəsi” adlı kitaba redaktorluq etməyim, məni yaman qürurlandırdı. Çünki, belə bir insan haqqında yazmaq mənim üçün də fəxr idi. Mən özüm həm araşdırmaşı alim olduğum üçün(xüsusilə də klassik irsimizin araşdırılmasında), həm də orada dərc olunmuş məqalələrin toplusundakı fikirlər, xatirələr marağıma səbəb oldu və məni bir daha Miryavər müəllim haqqında ürək sözlərimi yazmağa vadar etdi. Sözün həqiqi mənasında insan savadlı, təhsilli, vəzifəli ola bilər. Lakin, bu keyfiyyətlərə insanlıq kimi ali keyfiyyət də əlavə olunduqda haqqında danışılan insanın nə qədər mükəmməl olduğu ortaya çıxır.
Beş yüz altımış iki(562) səhifəlik, səkkiz fəsildən ibarət olan bu sanballı əsərdə 190-nəfərə yaxın insanın ürək sözləri olan yazıları toplanmışdır. Bu insanların əksəriyyəti onu illərdən bəri tanıyan qohumları, dostları, iş yoldaşları və şagirdləri olmaqla yanaşı, həmçinin çox az sayda görüşdüyü, bəlkə də bir-iki dəfə ünsiyyət qurduğu insanlar, habelə böyüklərindən eşitdiyi sözləri xatirəyə çevirib yazanlardırlar.
Dəyərli insanların yazılarını oxuduqca beynimdə bir fikir dolanırdı ki, doğrudan da xalq arasında böyük nüfuza sahib olmaq elə də asan məsələ deyilmiş. Hər kəs belə bir hörmətə sahib ola bilməzmiş. Miryavər müəllim haqqında yazılanlardan bu qənaətə gəlmək olur ki, məhz Allah tərəfindən sevilən insanlar xalq, cəmiyyət tərəfindən də belə sevilə bilər. Çünki, yazıların əksəriyyətində bir-birini təkrarlayan, oxşar yazılar vardır ki, buradan da görünür ki, Miryavər müəllim insanların qəlbinə eyni yolla nüfuz edə bilmişdir. Təbii ki, Miryavər müəllimin nurani çöhrəsi, sakit təbbəssümü, mülayim danışıq tərzi, qarşısındakı adamı səbrlə dinləməsi onun gözəl insan, dəyərli müəllim olmasının göstəricisidir. Nəzərə alsaq ki, Miryavər müəllim bir ziyalı olmaqla yanaşı, həm də Allaha bağlı, inanclı insan idi. Bəlkə də bu gözəl xüsusiyyətlərinə görə Allah onu tanıyanları tərəfindən mükafatlandırmışdır.

Kitabı oxuduqca, Miryavər müəllim haqqında yazılan xoş sözlərdən ibarət olan məqalə başlıqları diqqətimi çox cəlb etdi. Hamısını qeyd edə bilməsəm də, bir neçə maraqı başlıqları xatırlatmaq yerinə düşər. Məsələn: “Miryavər müəllimin ruhu Basqalın küçələrində dolaşır”, “Bir elin qürur mənbəyini itirmişik”, “Ziyarəti vacib olan pir”, “Özü bir kitab olan insan”, “Ləyaqətli və nüfuzlu şəxsiyyət”, “Əbədiyyət qazanan insan”, “Yazılmış ziyalı”, “Kamil insan, səriştəli müəllim”, “Ruhən yaşayan, ocağı saf şəxsiyyət”, “Böyük insan”, “Peşəsinin əsl sahibi”, “Basqalın tarix güzgüsü düşüb sındı”, “Basqal onun ruhu qarşısında baş əyir”, “Vətən və yurd sevdalı insan”, “Miryavər müəllim Basqal tarixinin sütunudur”, “Əsl maarif fədaisi”, “Miryavər müəllim Basqalın simvolu idi”, “Əbədiyaşar insan”, “Eldən gedən ustad”, “Qəlblərdə və xatirələrdə yaşayan müəllim”, “İnsanlığı bizə əmanət qoyub getdi”, “O, Allahla bizim aramızda vasitəçi idi”, “Miryavər müəllim bir kitab idi”, “Bənzərsiz insan”, “Müəllim-müdrik şəxsiyyət”, “Zirvədə olan şəxsiyyətlər unudulmur” və s. bu kimi başlıqlı yazılar. Mənim bu başlıqların bir neçəsini xatırlatmaqda məqsədim odur ki, bütün yazıların hər birində Miryavər müəllimin vətənpərvərliyindən, yurdsevərliyindən, millətinə bağlılığından, Allah adamı olmasından, xeyirxahlığından, əxlaqi keyfiyyətlərindən, ailəsində yaratdığl tərbiyəvi qayda-qanundan və bu kimi gözəl xüsusiyyətlərindən bəhs edilir. Heç bir yazıda onun haqqında səthi yazılmış, söz xatirinə deyilmiş kəlməyə rast gəlmədim.

Ömür-gün yoldaşı gözəl, nəcib insan, 62 il birlikdə ömür sürdüyü Pərvizə xanımla keçdiyi həyat yolu özü gənc ailələr üçün bir məktəbdir. Uzun bir həyat yolu keçmiş bu cütlük birgə yaşadıqları ömürlərini sakit, ləyaqətli, bir-birinə hörmət etməklə yaşadılar. Onları tanıyanlar bu gözəl ailəni nümunəvi ailə olaraq göstərirlər. Dogrudan da Miryavər müəllimin ömür yolu istər əmək fəaliyyəti, istər yaradıcılığı, istərsə də ailə həyatı olsun, sanki dastan kimi bir əsərdir. Belə bir ömürü yaşamaq sözsüz ki, insani keyfiyyətləri yüksək olan nəcib insanlara yazılır.
Mən Miryavər müəllimi xoşbəxt insan hesab edirəm. Ona görə xoşbəxt insan deyirəm ki, o xalqın sevgisini qazana bildi. Miryavər müəllim iki övlad itkisi yaşasa da dəyanətini, vüqarını itirmədi. Daxilində olan yanğısını gizlində çəkdi, kimsəyə dərd, qəm vermədi, məğrur dayandı. Bu da insanlığın ən yüksək, ali keyfiyyətlərindəndir.
Miryavər müəllim nəinki, öz yaşıdları olan ağsaqqallarla, eyni zamanda gənc nəslin nümayəndələri ilə də gözəl ünsiyyət qurmağı bacarırdı. Bəlkə də bu səbəbdən onun nəvələri babaları haqqında gözəl ürək sözlərini qələmə ala biliblər.

Dəyərli jurnalist həmkarım Daşdəmir Əjdəroğluna dərin təşəkkürümü bildirirəm ki, Miryavər müəllimin oğlanları Hacı İlqar, Seyid Rəsul, Zəfər Hüseynzadə və yaxın tanışı Kərbəlayi Əbdüləhəd Tağıyevin məsləhəti və rəyi nəticəsində bu cür gözəl əsəri ərsəyə gətirə bilmişdir.
Yazımın sonunda hörmətli Kərbəlayi Əbdüləhəd Tağıyevin kitabdakı yazısından bir neçə sətiri qeyd etmək istəyirəm.

“Bəli, hər şey ilk sevgidən ata-anaya məhəbbətdən başlayır. Ana sevgisi böyüyərək Allah sevgisinə, Vətən eşqinə, xalq məhəbbətinə, humanizmə, amala çevrilir. Vətənə xidmət həm də nümunəvi ailə yaratmaqdan başlayır. Bu aspektdən də yanaşsaq, görərik ki, Miryavər Hüseynov xalqa, Vətənə xidmət nümunəsidir”.

Bu sətirlərdə mənim də qeyd etmək istədiklərimin hamısı demək olar ki, öz təsdiqini tapdı.

Mən kitabın redaktoru olaraq, ilk növbədə kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə, eləcə də qələmə alınmış yazı müəlliflərinə öz təşəkkürümü bildirirəm. Burada yazı müəlliflərinin hamısını tanımasam da bir çoxlarını tanıyıram və şəxsiyyətinə hörmətim vardır. Hər kəsə çəkdiyi zəhmətinə görə minnətdarlığımı bildirirəm. Bu yazılar illər, əsrlər keçsə də kitablarda qalacaq, yaşayacaqdır. Həm gözəl insan, dəyərli müəllim, əsl peşəsinin sahibi olan Miryavər müəllim unudulmayacaq, eləcə də yazı müəllifləri xatırlanacaq.
Allah Miryavər müəllimin ruhunu şad eləsin.


BASQALIN TARİXİNİ YADDAŞLARA YAZAN ZİYALI
PƏRİXANIM MİKAYILQIZI,
“Şərqin səsi” və “Elm və Təhsil”qəzetlərinin baş redaktoru,
AJB-nin üzvü, F.b.Köçərlinin araşdırmaçısı,
Dövlət qulluğunun baş müşaviri,
“Xarı bülbül”, “X.b. Natəvan” medallarının
və bir çox media mükafatlarının laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
O HƏM PEŞƏKAR JURNALİST, HƏM DƏ YAXŞI İNSANDIR

O HƏM PEŞƏKAR JURNALİST, HƏM DƏ YAXŞI İNSANDIR

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"
AZƏRBAYCAN MƏKTƏBİNİN VƏ PEDAQOGİKASININ QIZIL XƏZİNƏLİ ALİMİ

AZƏRBAYCAN MƏKTƏBİNİN VƏ PEDAQOGİKASININ QIZIL XƏZİNƏLİ ALİMİ

ADPU, "Elm və Təhsil"
ZİRVƏDƏ YAŞANAN ÖMÜRƏ QISA BAXIŞ

ZİRVƏDƏ YAŞANAN ÖMÜRƏ QISA BAXIŞ

Sumqayıt, Təbriklər
Şərəfli ömür yolu keçən ədib - Firidun bəy Köçərli

Şərəfli ömür yolu keçən ədib - Firidun bəy Köçərli

"Elm və Təhsil"
Professor Mir Cəlal Paşayevin ruh dünyası

Professor Mir Cəlal Paşayevin ruh dünyası

Elmi Məqalələr, "Elm və Təhsil"
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Tarixdə işıq axtaran insan – Şirməmməd Hüseynov

Tarixdə işıq axtaran insan – Şirməmməd Hüseynov

BDU, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

Bolus, Təbriklər, Müşfiq Borçalı
RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

Təhsil, Nekroloqlar
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

"Borçalı" Cəmiyyəti
Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

"XXI əsrin Ziyalıları", UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
Ruhun şad olsun, İmran müəllim!..

Ruhun şad olsun, İmran müəllim!..

Qarabağ, Gəncə, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

Regionlar, Məktəblər, UNUTSAQ, UNUDULARIQ!....
Elmira müəllimənin rənglər dūnyası

Elmira müəllimənin rənglər dūnyası

Məktəblər
“Bir nəslin dörd fəsli”

“Bir nəslin dörd fəsli”

Ədəbi tənqid
MUSİQİYLƏ YAŞANAN ÖMÜR

MUSİQİYLƏ YAŞANAN ÖMÜR

"Elm və Təhsil"
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
Nəriman ƏLİYEV:

Nəriman ƏLİYEV: "ALİM TƏBƏSSÜMÜ" - Professor Mədəd Çobanov haqqında xatir ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Borçalı elinin İslamı getdi...

Borçalı elinin İslamı getdi...

"Gürcüstan", UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: