AŞIQ ƏMİR SARALLAR (1923-1992)

AŞIQ ƏMİR SARALLAR (1923-1992) Aşıq Əmir Sarallar (Əmir Muxtar oğlu Həsənov) - 1923-cü ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Sarallar kəndində anadan olmuşdur. Hələ körpəlik çağlarında Əmir Muxtar oğlu Ağbabalı Aşıq Məhəmmədin məlahətli səsi və ecazkar barmaqlarına heyran qalmış və onda saza-sözə böyük maraq oyanmışdır.

Əmir Muxtar oğlu üç il dövrünün ustad aşıqlarından sayılan Məşədi Söyünə şagirdlik etmişdir. Sonralar bu sənətdə kamilləşən Aşıq Əmir Borçalı aşıq məktəbində tanınan Qoşaisəli Aşıq Əhmədə, Dəllər Aşıq Mehdiyə və Qafqaza ustadlıq etmişdir. Ömrünün sonlarına yaxın nəvəsi Səbinə də babasına şagirdlik etmişdir. Hamamlı Alı Qara düz on il Aşıq Əmirə balabançılıq edərək, onunla birlikdə yüzlərlə ağır toy şənlikləri aparmışlar.

Aşıq Əmir 1992-ci ildə dünyasını dəyişmişdir.
Allah rəhmət eləsin!..

Aşıq Əmir ciddi şeir yaradıcılığı ilə məşğul olmasa da, onun bəzi qoşmaları bu gün də aşıqlar tərəfindən məclislərdə oxunur. Aşağıda həmin qoşmalardan bir neçəsini dərc edirik.

BU DAĞLARDA

Köhlən yorub ilham aldım
Bu dağlarda, bu dağlarda.
Dostlar ilə süfrə saldım
Bu dağlarda, bu dağlarda.

Aşiq olan bələn aşar,
Sular kimi axıb, daşar,
Sevənlərin təbi coşar
Bu dağlarda, bu dağlarda.

Ceyran, cüyür enər düzə,
Göy çəməndə gəzə-gəzə,
Yaşıl otlar çıxır dizə
Bu dağlarda, bu dağlarda.

Torpağında gözüm qaldı,
Ocağında közüm qaldı,
Deyilməmiş sözüm qaldı
Bu dağlarda, bu dağlarda.

Gör nə gözəl kef, damaqdı,
Bülbül ötür səhər vaxtı,
Aşıq Əmir bir qonaqdı
Bu dağlarda, bu dağlarda.


SORAQDADIR

Əyriqara kölgə salan
Şamdüyəmiz qabaqdadır.
Yurd yerində ağır ellər,
Gözəl kefdə, damaqdadır.

Dağlarımın göy yaylağı,
Əskik olmur heç yığnağı.
Ləzzət edir bal-qaymağı,
Dadı, tamı dodaqdadır.

Aşıq Əmir ilham alır,
Şeir qoşub sazda çalır.
Hər il yayda qonaq qalır,
Adı dildə, soraqdadır.



ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Aşıq Qurbanəli (1893 - 1979)

Aşıq Qurbanəli (1893 - 1979)

Müşfiq Borçalı
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Qaraçöplü Musa (1885 - 1965)

Qaraçöplü Musa (1885 - 1965)

Folklor, Qaraçöp
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
DAŞKƏSƏN ELİNDƏ BIR OĞUL VARDI... ƏMİR QULİYEV...

DAŞKƏSƏN ELİNDƏ BIR OĞUL VARDI... ƏMİR QULİYEV...

Gəncə, UNUTSAQ, UNUDULARIQ!....
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Aşıq Dəllək Paşa. (1887 - 1976)

Aşıq Dəllək Paşa. (1887 - 1976)

Zalqa
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

"Şərqin səsi", Borçalı, Müşfiq Borçalı
Alim adın mübarək, hörmətli Aşıq Hafiz Kərimov!..

Alim adın mübarək, hörmətli Aşıq Hafiz Kərimov!..

Təbriklər

"Aşıq Pəri Məclisi"

Folklor, Rustavi, Başkeçid
Aşıq Dəllək Paşa - 130

Aşıq Dəllək Paşa - 130

Folklor, Tiflis, Zalqa, Müşfiq Borçalı
Rəy yazın: