Kompyuter mühəndisi olmaq arzusundadır

Kompyuter mühəndisi olmaq arzusundadır Əhmədov Məmməd Ramin oğlu - 2006-cı il
avqustun 27-də qədim Borçlı mahalında,
indiki Gürcüstanın Marneuli rayonunda
zəhmətkeş ailədə anadan olub.
O, Marneuli rayonunda 2 nömrəli
tam orta məktəbin IX sinif şagirdidir.
Sinfin fəal şagirdlərindən biridir.
Dərslərindən yaxşı və əla qiymətlər alır.
Məmmədin ən çox sevdiyi coğrafiya fənnidir.

Anası Sədaqət xanımın dediyinə görə, Məmməd asudə vaxtlarında futbol oynamağı, musiqi dinləməyi və velosiped sürməyi çox sevir.
O, gələcəkdə kompyuter mühəndisi olmaq arzusundadır.


Biz də Məmmədə "Arzun çin olsun!" - deyir
və ona uğurlar diləyirik!..


Zemfira BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: