Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998) OXUCU MƏKTUBU

Salam, çox hörmətli Zim.az saytının təsisçisi və baş redaktoru - Müşfiq Borçalı. Saytınızda yayımlanan yazıları izləyir və fəaliyyətinizdə uğurlar arzulayırıq. Rusiyada yaşayan azərbaycanlıların adından sizlərə təşəkkür edirik. İstərdik, saytınızın bu həftəsində, Böyük Vətən müharibəsi iştirakçısı, müharibə veteranı - Fərəcov Fəyyaz Qasım oğlu haqda məlumatları işıqlandırasınız. Rusiya Mərkəzi arxivindən əldə etdiyim məlumatları sizə təqdim edirəm:


Fərəcov Fəyyaz Qasım oğlu -
1921-ci ildə Azərbaycan SSR, Lənkəran qəzasının (indiki Masallı rayonu), Qasımlı kəndində anadan olmuşdur. İlahiyyat elminin sirrlərinə dərindən bələd olduğu səbəbindən doğulduğu kəndin seçilmiş şəxslərindən sayılırdı.
O, 1941-ci ildə Masallı rayon hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılaraq Rostov vilayəti Proxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmət etməyə başlayır. 1941-ci ildə Krımın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. 1942-ci ildə cəbhədə olarkən İzyum şəhərində (Xarkov ətrafı) gedən döyüşlərdə başından ağır yaralanaraq alman ordusu tərəfindən əsir götürülür. Əsirlikdə olarkən Stalino (indiki Donetsk) və Almaniyanın Ştrans şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılmış, orada 4-5 ay qaldıqdan sonra İtaliyaya göndərilmişdir. SSRİ Hökumətinin 10 saylı Fərmanına əsasən 19 noyabr 1944-cü ildə ingilis komandanlığı tərəfindən 2909 nömrəli eşelona (cəbhə dərinliyində mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsinə) çatdırılmışdır. 21 noyabr, 1944-cü ildə 12 nömrəli fərmana əsasən, Uzaq Şərq mədənlərinə göndərilmiş və burada 1947-ci ilin aprel ayınadək işləmişdir. Daha sonra öz doğma kəndinə qayıtmış və Mirhüseyn ağadan dini təhsil alaraq məsciddə Quran dərsi verərək öz bilik və bacarığını gələcək nəsillərə öyrətmişdir.

O Azərbaycan türkcəsilə yanaşı, həm də rus və ərəb dillərini də bilirdi. Onun müharibədə çəkdiyi iztirablar, əzab-əziyyət dövlət tərəfindən diqqətsiz qalmamış və bu cəfakeş insan «1941-1945-ci illərdə BVM-də Almaniya üzərində Qələbəyə görə» medalı, «1941-1945-ci illərdə Qələbənin 30 illiyi», «SSRİ Silahlı Qüvvələrinin 60 illiyi» yubiley medalları, 1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı, Əmək veteranı medalları ilə təltif olunmuşdur.
6 aprel 1985-ci ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən ikinci dərəcəli BVM ordeninə layiq görülmüşdür.
16 mart, 1997-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Masallı rayon şöbəsi tərəfindən Fərəcov Fəyyaz Qasım oğluna özəlləşdirmə payı verilib.
Uzun surən xəstəlikdən sonra 19 may, 1998-ci ildə Masallı rayonunun Qasımlı kəndində vəfat edib və elə oradaca kənd qəbristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin.

Əvvəlcədən sizə və saytın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.
Cavabınızı gözləyirəm.

Hörmətlə: Fəyyazov Mehdi Afiq oğlu.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1 ...

Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1 ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!...., Turan, Orta Asiya
Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Böyük Vətən müharibəsi Qəhrəmanı Əmrah Qara oğlu Aslanov (01.06.1920-19.04. ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

Borçalı
Şəhid  MİXAİL HƏMİDOV (18.12.1983-23.10.2020)

Şəhid MİXAİL HƏMİDOV (18.12.1983-23.10.2020)

UNUTSAQ, UNUDULARIQ!....
Sabir İSAYEV (1919-1997)

Sabir İSAYEV (1919-1997)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Abbasqulu (Sabir) Fərəcov vəfat edib

Abbasqulu (Sabir) Fərəcov vəfat edib

Nekroloqlar
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid İSABALA HÜSEYNOV  (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Şəhid İSABALA HÜSEYNOV (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Müharibə veteranı Ziyəddin Həmidov: 9 May mənim üçün ən əziz gündür

Müharibə veteranı Ziyəddin Həmidov: 9 May mənim üçün ən əziz gündür

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis
AzTU-da müharibə veteranları ilə görüş keçirilib

AzTU-da müharibə veteranları ilə görüş keçirilib

AzTU
Ümummilli lider

Ümummilli lider

Prezident
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: