"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub "Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub "Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub
TƏBRİK EDİRİK!..

2018-ci il noyabrın 2-də “Xudafərin” restoranının "Təbriz" zalında “Bütöv Azərbaycan” qəzetinin fəaliyyətə başlamasının
10 illik,
qəzetin təsisçisi və
baş redaktoru,
görkəmlı jurnalist
Tamxil Zıyəddınoglunun
anadan olmasının
60 illik
yubileyinə
həsr olunmuş
təntənəli mərasim
keçirilib.

Yubiley mərasimi çərçivəsində həm də
Tamxil Zıyəddınoglunun
müəllifi olduğu
"GÜLLƏ SƏSİNƏ AÇILAN
QAPI"
adlı kitabın
təqdimatı olub.
Bir sözlə, bayram -
bayrama qarışıb...


Azərbaycan Respublikası Milli Məclisin deputatı,
Azərbaycan Mətbuat
Şurasının sədri
Əflatun Amaşov,
respublikanın tanınmış mətbuat,
elm, təhsil, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ictimai təşkilatlarının və kütləvi informasiya vasitələrin nümayəndələri
, o cümlədən,
Tamxil Ziyəddinoğlunun orta məktəb və universitet müəllimləri və başqalarının iştirak etdiyi bu təntənəyə Dərbənddən, Təbrizdən, Kərkükdən,
Borçalıdan, Zəngəzurdan, İrəvandan,
Göyçədən
yeddi qardaşın
Bütöv Azərbaycan sevdalıları yığışıblar.

Müstəqil parçamızın Dövlət himnilə şölələnən
təntənəli mərasimə Respublikanın Əməkdar artisti,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
dosenti Azad Şükürov

Tamxil Ziyəddinoğlunun “Bütöv Azərbaycan” qəzetində çap elədiyi
"HƏQİQƏT belədir!" çağırışını səsləndirməklə start verib.

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub İki əsrlik tarixin o üzündən yüksələn bu hayqırtı
“Koroğlu” uvertürasının sədaları altında - alovdan doğan
Azərbaycan və Türkiyənin Dövlət bayraqlarının
yüksəlişilə müşayiət olunub.

Sədərək döyüşlərinin fəal iştirakçısı,
tarixçi-alim Səxavət Hacıyev

Bütöv Azərbaycan işığına yığışanları
salamladıqdan sonra bildirib ki,
martın 20-də Tamxil müəllimin 60 yaşı tamam oldu:
"İstədim dostlarını bir yerə yığıb
nəslimizin nümayəndəsinin şərəfinə
yubiley süfrəsi açam, dost məclisi quram, razılaşmadı.
Dedi: - Mənim doğum günüm qəzetimizin işıq üzü gördüyü gündür.
Çünki həmin gün - sentyabrın 15-i
Bakı erməni faşist qəyyumlarının işğalından azad edilib.
"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Əziz qonaqlar, odur ki, bu gün bizə üçqat bayramdır.
Hamınıza bayram ovqatı və xoş istirahət arzulayıram."


Azərbaycan Respubliksı Milli Məslisinin deputatı,
Mətbuat Şurasının sədri Əflatun Amaşov

qəzetin kollektivini təbrik edib, uğurlar arzulayıb,
Mətbuat Şurası adından gətirdiyi hədiyyəni
qəzetin təsisçisi və baş redaktoru
Tamxil Ziyəddinoğluna təqdim edib.

Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
dosenti Məleykə Alıoğlu

mikrofon arxasına keçib
“Məndən haralısan deyə,
- soruşmayın”
deyib.
Çünki anam məni bir dəfəyə doğmayıb.

Parça-parça, bölük-bölük,
zərrə-zərrə doğulmuşam.

Hər sümüyüm bir ormanda,
hər tikəm bir ostandadır.

Gözümün biri Təbriz, biri Bakı,
bir əlim Borçalı, biri Dərbənddir.
"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub
Ayağımın biri İrəvanda,
biri Qarabağda yer tutub.

Dizlərim Ərdəbildə, Qəzvində,
Zəncanda, Marağada təpər alıb.

İgid olum deyə atam məni
at belində böyütmək istədi, böyümədim.
Çünki bütövləşə bilməmişdim.

Nənəm məni Zəngəzurda qundaqladı,
qundağında dil açmadım.

Dilləndirmək istədikcə dilimi dişlədim,
yaralarım qan verdi.

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Balama qurban ilanlar,
Balam nə vaxt dil anlar,


- deyə, təlaşlandı.

Mən dil anlamadım.
Çünki bu taylılar rusca,
o taylılar farsca anladırdılar.

Babamı bayrağımızı sevdiyi üçün güllələdilər.
Anam məni ağlamağa qoymadı.
Saçlarıma sığal çəkib, kürəyimə əl qoydu.
Yola çıxarıb, get dedi – özünü tap, bütövləş!

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Əgər bütövləşə bilsən, onda sən mənim oğlum Tamxil,
mən də sənin anan – Bütöv Azərbaycan olacağam.

Odur ki, 60 ildir yol gedirəm,
altmış milyonluq “zərrə”lərimə qovuşmaq,
bütövləşmək üçün.

Qiraət ustası əlavə etdi ki,
xitab Tamxil Ziyəddinoğlunun
yenicə çapdan çıxmış
“Güllə səsinə açılan qapı”
kitabındandır.

Bu məqamda müəllif ilk kitabının
ilk nüsxəsini ilk müəllimi,
qocaman pedaqoq Əlayət Bayramov
a
təqdim edib. Bildirib ki, həyatda
hər kəsin haqqının bir ödəmə
vasitəsi mümkündür.
Yalnız valideynlə müəllimdən başqa.
Sevimli müəllimim, bu kitab
sizin 53 illik halal zəhmətinizin
bəhrəsidir, - deyə gül dəstəsini də
müəlliminə bağışlayıb.

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Çox duyğulu anlar yaşanıb.
Tamxil Ziyəddinoğlunun sinif yoldaşı, Əməkdar artist Rəhilə Bəndəliyeva da sevimli müəlliminin
məclisə gətirildiyini duyunca
ziyarətinə gəlib.
O əlçatmaz günlər xatırlanıb.
Əlayət müəllim şagirdlərinə yenidən
xeyir-dua verib, uğur diləyib.

Elə bu kövrək notlarla da
Bütöv Azərbaycan ideallarına
xidmət edənlərin bir neçəsi
“Xətai” diplomu ilə
təltif olunub.

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Onu da qeyd edək ki, “Xətai” diplomu
Azərbaycanı müstəqil, suveren,
güclü və bütöv görmək istəyənlərə,
bu amal uğrunda mübarizə aparanlara verilir.

Beləliklə, ilk diplom
Azərbaycanın səslər xəzinəsinin yaranmasında
50 il fədakarlıqla çalışdığına görə
Yaqub Əlixan oğlu Mədətova verilib.

Məleykə xanım Tamxil Ziyəddinoğlunun
daha bir yazısını möhtəşəm səslə ifa eləyib:
Şəhidlər xiyabanı - and yerimiz...

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Yaradıcılığının mayasını
Vətən sevgisi təşkil edən
Miraslan Bəkirli
“Parçalanmış Azərbaycanın
bütövlüyü uğrunda
vuruşan oğulların
qəhrəmanlıq salnaməsini
yaratdığına və həyatını,
yaradıcılığını milli-mənəvi
bütövlüyümüzə həsr etdiyinə görə”

təltif edilib.

Tədbirdə başqa-başqa təşkilatlar adından "Bütöv Azərbaycan" qəzetinin kollektivinə,
eləcə də,
"Bütöv Azərbaycan" qəzeti adından bir neçə nəfər tanınmış şəxsə
Fəxri Fərman Fəxri diplomlar təqdim olunub.

Tələbəsinin xahişilə Fəxri diplomları təqdim edən BDU jurnalistika fakültəsinin
professoru Cahangir Məmmədli
qürur hissi keçirdiyini bildirib.

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Əməkdar artist Azad Şükürov “Güllə səsinə açılan qapı” kitabından sitatla “Azərbaycan qadını”-na üz tutub.

Fədakar Azərbaycan qızlarından biri Vəlizadə İnnab Famil qızı “Bütöv Azərbaycan” qəzetinin yarandığı çətin günlərdə göstərdiyi fədakarlığa və “Butov.az” saytını yaratdığına görə təltif olunduqdan sonra Məleykəxanım Tamxil Ziyəddinoğlunun
Azərbaycan əsgərinə müraciətini oxuyub:
AND İÇ, AZƏRBAYCAN ƏSGƏRİ!..

Azərbaycan əsgərlərinin ən şərəfli təmsilçilərindən olan
Polkovnik Şair Ramaldanov "Horadiz Əməliyyatı" zamanı
Azərbaycan Ordusu sıralarında göstərdiyi
sərkərdəlik məharətinə görə
“Xətai” diplomu ilə təltif edilib.

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Diplomu Dərbəndli qardaşımız –
“Dərbənd”
Xeyriyyə İctimai Birliyinin sədri,
tarix elmləri doktoru, Azərbaycan Silahlı
Qüvvələrin Hərbi Akademiyasının
adyunktura və elm şöbəsinin
hərbi tarix üzrə professoru,
ehtiyatda olan 1-ci dərəcəli kapitan
Nurulla Əliyev
təqdim edərək
dərbəndlilər adından öz ürək sözlərini söyləyib,
rəhbərlik etdiyi qurumun adindan peşəkar jurnalist
və nüfuzlu qələm sahibi olan Tamxil Zıyəddınoglunu
“Bütöv Azərbaycan” qəzetinin kollektivinı
yubiley münasibəti ilə təbrik edib,
onlara yaradıcılıq işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

Polkovnik Şair Ramaldanov tədbir iştirakçılarını öz zabit qətiyyətilə inandırıb ki, gec-tez
bayrağımız Azərbaycanın bütün yaşayış məntəqələrində, işğal altındakı torpaqlarıməzda dalğalanacaq.
Həm də bu cevinci bizə Azərbaycan Ordusu yaşadacaq.

Ehtiyatda olan yüksək çinli zabitlərimizin əminləşdirici çıxışlarından sonra
“Bütöv Azərbaycan”çıların məramından daha bir parça oxunub.

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Qəzetin redaktoru, fəlsəfə doktoru İlham Müseyib oğlu Məmmədlini, Bütöv Azərbaycançılıq ideallarının gerçəkləşməsi naminə “Bütöv Azərbaycan” qəzetində 10 il təmənnasız xidmətinə görə təltif etmək üçün peşəkar qələm sahibi Vaqif Bəhmənli mikrofona dəvət edilib.
Tamxil Ziyəddinoğlu fürsətdən istifadə edib, 1992-93-cü illərdə
İlhamla özünə, eləcə də, digər qələm dostlarına göstərdiyi qayğıya görə Vaqif Bəhmənliyə minnətdarlığını bildirib:
“Baqif Bəhmənlinin baş redaktorluğu dövrü yaradıcılığımızın qızıl dövrüdür.
Redaktəni, humanizmi, ləyaqətli davranışı, sadəliyi, səmimiyyəti, idarəçilikdə insani keyfiyyətləri müəllimlərimizlə bərabər,
həm də Vaqif müəllimdən öyrəndik.
İndi özüm baş redaktor olsam da, onun 25 il əvvəlki münasibətlərinin heyrətamizliyi vadar edir ki,
Vaqif Bəhmənlini hər görəndə özümü 25 il əvvəlki kimi aparam.”


"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Vaqif Bəhmənli ilə İlham Məmmədli öz ürək sözlərini söylədikdən sonra Həsən Xəliloğlu Cəbrayılov (Ahəngi) Dünya azərbaycanlılarının mədəni irsinin araşdırılıb toplanmasındakı xidmətlərinə görə
təltif olunub.

BDU jurnalistika fakültəsinin pofessoru
Nəsir Əhmədli
ilə Həsən Cəbrayılov
ürək sözlərini söyləyiblər.

Tamxil Ziyəddinoğlu mətbuat aləmində
qazandığı uğurlara görə, onun məhz jurnalist olmasını
istəyən Bahar xanımın bacı şəfqətinə
hər zaman borclu olduğunu bildirib.

Respublikanın Əməkdar artisti,
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin dosenti Azad Hətəm oğlu Şükürov
Vətənpərvərlik mövzusunda keçirilən
bütün tədbirlərində fəal iştirakına və ”Hərə bir əsgər, hər ev bir səngər” layihəsinin
uğurla həyata keçirilməsində göstərdiyi xidmətə görə "Vətənoğlu" Fəxri diplomu ilə təltif olunub.

Şair Bariz Bəhramoğlu öz təbrikdolu ürək sözlərini şeirlə söyləyib.

Tədbir Musiqinin müşayiətilə keçirilən tədbirdə
Əməkdar artist Rəhilə Bəndəliyevanın
vətənpərvəlik ruhlu ifaları iştirakçılara xoş ovqat bəxş edib.

Sonda Məleykə Alıoğlu Bütöv Azərbaycan yolçularına uzun, çətin və müqəddəs yollarında uğurlar arzulayıb.

Bu yolun sonunda bir Turan müjdəsinin bizləri gözlədiyini şeirlə ifadə edib.

Beləcə arzulardan gerçəklərə daha bir mənəvi körpü salınıb.

"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub "Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub Tədbirdə "Ziya" qəzetinin
"ZiM.Az" saytının
Baş redaktoru, "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun
icraçı direktoru
Dr. Müşfiq Borçalı
da
iştirak edib, dəvət üçün
dəyərli dost, peşəkar jurnalist və nüfuzlu qələm sahibi Tamxil Ziyəddinoğluna təşəkkür edib,
onu və onun rəhbərlik etdiyi
“Bütöv Azərbaycan” qəzetinin bütün kollektivinı
yubiley münasibətilə
ürəkdən təbrik edib,
onlara yeni-yeni
yaradıcılıq uğurları
arzulayıb.

ZiM.Az









.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tanınmış jurnalist və QHT rəhbəri TAMXİL ZİYƏDDİNOĞLUna BAŞSAĞLIĞI

Tanınmış jurnalist və QHT rəhbəri TAMXİL ZİYƏDDİNOĞLUna BAŞSAĞLIĞI

Nekroloqlar
TƏBRİK EDİRİK!.. TAMXİL ZİYƏDDİNOĞLU AzTV-yə baş redaktor təyin edildi

TƏBRİK EDİRİK!.. TAMXİL ZİYƏDDİNOĞLU AzTV-yə baş redaktor təyin edildi

MEDİA, Tv, Təbriklər
Ad Günün mübarək, əziz qardaşım Tamxil Ziyəddinoğlu!..

Ad Günün mübarək, əziz qardaşım Tamxil Ziyəddinoğlu!..

MEDİA, Təbriklər
Mətbuat Şurası jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətil ...

Mətbuat Şurası jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətil ...

MEDİA
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Həmkarımız Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomu ilə təltif olunub

Həmkarımız Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomu ilə təltif olunub

MEDİA, Tiflis, Borçalı
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd  ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd ...

QHT, Mədəd Çobanov
Milli mətbuatımızın 141-ci ildönümü münasibətilə jurnalistlər mükafatlandır ...

Milli mətbuatımızın 141-ci ildönümü münasibətilə jurnalistlər mükafatlandır ...

Müşfiq Borçalı
DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

Fond, Darvaz
Əlipənah Bayramovun 70 illik yubileyi və “Həyatım – mühitim” adlı kitabının ...

Əlipənah Bayramovun 70 illik yubileyi və “Həyatım – mühitim” adlı kitabının ...

MEDİA
Vüqar Rəhimzadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunu ...

Vüqar Rəhimzadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunu ...

YAP, MEDİA, Təbriklər
Tələbə jurnalistlərin qonorar sevinci

Tələbə jurnalistlərin qonorar sevinci

BDU, Hüquq
Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib

Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib

MEDİA
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçir ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçir ...

İctimai elmlər, BDU, Tarix, QHT
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
Nazirin TƏBRİK MƏKTUBU NURULLA ƏLİYEVƏ çatdırılıb

Nazirin TƏBRİK MƏKTUBU NURULLA ƏLİYEVƏ çatdırılıb

Təbriklər
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib

Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib

MEDİA
Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçi ...

Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçi ...

QHT
Rəy yazın: