Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səsini çatdırır”

Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səsini çatdırır”Azərbaycan Mətbuat Şurası «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunu anadan olmasının 55 illiyi münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir:
«Elə adamlar var ki, həyata keçirdikləri fəaliyyət ilə özləri ayrıca bir dünya yarada bilir, məxsusi dəst-xətləri, yanaşmaları ilə daim yaddaşlarda qalmağı bacarır, hörmətlə qarşılanırlar. Jurnalistikamızda belə adamları görmək çox xoşdur. Bu günlərdə onlardan birinin – AzTV-nin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun 55 yaşı tamam olur. Azərbaycan Mətbuat Şurası yubilyarı həyatının əlamətdar təqvim ili münasibəti ilə təbrik edir.
Şahismayıl Şəmmədoğlu uzun illərdir, AzTV-nin Gürcüstandakı təmsilçisi kimi fəaliyyət göstərməkdədir. Onun qonşu ölkədə gördüyü iş heç də müxbirliklə kifayətlənmir. Ş.Şəmmədoğlu həmçinin Gürcüstanın ictimai həyatına nüfuz edir, yarım milyona yaxın soydaşımızın yaşadığı bölgənin haqq səsini çatdırır, Azərbaycan və Gürcü xalqları arasında təmasların möhkəmlənməsinə çalışır. Bu missiya mühüm əhəmiyyət daşıyır və son dərəcə vacibdir.
Azərbaycan Mətbuat Şurası bir daha Şahismayıl Şəmmədoğlunu anadan olmasının 55-illiyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayır.
Yubileyiniz mübarək, əziz həmkar!»

ZiM.Az



REDAKSİYADAN:

Xatırladırıq ki, Şahismayıl Şəmməd oğlu Məmmədov - 1962-ci ildə qədim Qarayazıda -
indiki Gürcüstanın Qardabani rayonundakı Kosalar kəndində anadan olub, ali məktəbi bitirdikdən sonra
əmək fəaliyyətinə fransız dili müəllimi kimi başlayıb. Bir müddət sonra o, eyni zamanda
Tbilisidə nəşr olunan "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzeti ilə əməkdaşlıq edib.
1992-ci ildən AzərTAc-ın Gürcüstan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərb.
Bir müddət sonra Azərbaycan Televiziyasının Gürcüstan nümayəndəliyinin rəhbəri təyin olunub.
Hazırda da bu vəzifədə şərəflə çalışır.
İstedadlı jurnalist Ş.Şəmmədoğlu reportajlarında və müəllifi olduğu bir neçə kitabda Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafı, xalqlarımız arasında dostluq münasibətlərinin gücləndirilməsi məsələlərini geniş işıqlandırmışdır. Bundan başqa, Gürcüstanda yaşayan soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsi, onların gürcü cəmiyyətinə inteqrasiyası mövzuları da daim onun fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir.
Ş.Şəmmədoğlunun xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev və Gürcüstan" kitabı 2008-ci ildə gürcü və Azərbaycan dillərində nəşr olunmuşdur. Onun ssenariləri əsasında 2010-cu ildə "Heydər Əliyev və Gürcüstan", Prezident İlham Əliyevin 50 illik yubileyi münasibətilə isə "İlham Əliyev və Gürcüstan" sənədli filmləri hazırlanmışdır. Bundan başqa, o, "Dənizdən-dənizə", "Dostluğun etalonu", "Dostluq yolu", "İrsiyyət Fondu", "Sabitliyin təminatı", "Bu gündən gələcəyə" adlı filmlərin müəllifidir. Bu filmlər Azərbaycanın və Gürcüstanın tarixi dostluğunun daha da dərinləşməsinə və möhkəmləndirilməsinə mühüm töhfə vermişdir.

Şahismayıl yeganə soydaşımızdır ki, ikinci dəfə Gürcüstanın "Şərəf" ordeninə layiq görülmüşdür.

2001-ci il fevralın 15-də Gürcüstan Prezidentinin sərəncamı ilə xalqlarımız arasındakı dostluğun möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə "Şərəf" ordeni ilə təltif olunmuş Azərbaycanlı jurnalist - Azərbaycan Televiziyasının Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu 2012-ci ildə Prezident Mixeil Saakaşvilinin fərmanı ilə Azərbaycan və gürcü xalqlarının dostluq münasibətlərinin möhkəmləndirilməsində töhfələrinə görə ikinci dəfə "Şərəf" ordeni ilə mükafatlandırılmışdır.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından, eləcə də şəxsən öz adımdan,
ailəmiz adından, atam - Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor Mədəd Çobanovun adından,
«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri,
Azərbaycan və Gürcüstan Jurnalistlər Birliklərinin üzvü, tanınmış jurnalist,
Gürcüstanın “Şərəf” və “Şöhrət” ordenləri kavaleri Şahismayıl Şəmmədoğlunu
anadan olmasının 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
Azərbaycan Respublikası
"Təhsil" Mərkəzinin rəhbəri,
"Borçalı" İctimai Birliyinin
sədr müavini,
“Ziya” qəzetinin və
"ZiM.Az" saytının
Baş redaktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Yeni nəşrlər, Tiflis
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Tiflis, Qarayazı
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

MEDİA, Ədəbi əlaqələr, Tiflis, Qarayazı
Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib

Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib

Tiflis, Qarayazı, Diaspora
Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

"Gürcüstan", MEDİA
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

MƏTBUAT ŞURASI “GÜRCÜSTAN” QƏZETİNİ TƏBRİK ETDİ

"Gürcüstan", MEDİA, Təbriklər
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....

"Gürcüstan" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist İslam Əliyev vəfat ...

Nekroloqlar
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

MEDİA, Qarayazı
Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Qabal
Həmkarımız Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomu ilə təltif olunub

Həmkarımız Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomu ilə təltif olunub

MEDİA, Tiflis, Borçalı
100 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

100 İLLİK YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

"Gürcüstan"
Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tiflis
TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

TƏBRİK EDİRİK, QƏNİRƏ XANIM!..

Milli Məclis, Təbriklər
YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Təbriklər
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
Rəy yazın: