TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...
Bu gün tanınmış tənqidçi,
ədəbiyyatşünas-alim,
sənətşünas, publisist, tərcüməçi,
filologiya elmləri doktoru
Adilxan Hüseynəli oğlu
Bayramov
un
Ad günüdür!

Hörmətli Adilxan müəllimi
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında və
elmi-ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!


Müşfiq BORÇALI.


TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...Adilxan Hüseynəli oğlu Bayramov
1949-cu il fevralın 19-da qədim Borçalı mahalında -
indiki Gürcüstanın Marneuli rayonundakı
Sadaxlı kəndində anadan olmuşdur.

1966-cı ildə Sadaxlı kənd orta məktəbini
gümüş medalla bitirmişdir.
1966-1971-ci ilərdə Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti)
filologiya fakültəsində ali təhsil almışdır.

1971-1979-cu illərdə Sadaxlı 2 saylı kənd orta
məktəbində tərbiyə işləri üzrə direktor müavini,
Azərbaycan dili və ədəbiyyatı müəllimi,
1979-1980-ci illərdə Səməd Vurğunun
ev-muzeyində elmi işçi, şöbə müdiri işləmişdir.

1980-2007- ci illərdə Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyində (indiki Mədəniyyət və
Turizm Nazirliyində) böyük inspektor,
aparıcı inspektor, baş inspektor,
baş idarənin rəis müavini, baş idarənin rəisi,
aparatın rəhbəri vəzifələrində çalışmışdır.

2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyası müdafiə etmiş və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

Adilxan Bayramov elmi-tədqiqat işi ilə də fəal məşğul olur. Əsasən xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. 1990-cı ildə «Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu» mövzusunda namizədlik, 2007-ci ildə «Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

O, Səməd Vurğunun həyatı və fəaliyyəti ilə bağlı radio- televiziya verilişlərinin, çoxsaylı məqalələrin müəllifidir. Şairirn poemaları əsasında bir neçə radio-tamaşa, «Hürmüz və Əhrimən» poeması əsasında pyes hazırlamış, «Muğan» poemasının motivləri üzrə «Ceyran» televiziya filminin ssenarisini yazmışdır.
Adilxan Bayramovun nəşr olunmuş «Yaşayan ömür» (1990), «Vurğun ocağı» (1997), «Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik)» (1999), «Səməd Vurğun: milli və ümumbəşəri» (2006), «Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr» (2015) kitabları şairin ömür yolunu və yaradıcılığını işıqlandırır.

Adilxan Bayramov ədəbi tənqid və ədəbiyyatşünaslıqla yanaşı, həm də muzey işi, teatr sənəti, təsviri incəsənət, etnoqrafiya və Azərbaycan xalçası ilə bağlı araşdırmalar aparır.

«Heydər Əliyev və muzeylərimiz» (1999), «Bakı muzeyləri» (şərikli- 2006), «Tariximiz, yaddaşımız, sərvətimiz» (2007), «Sənət, sənət məbədləri, sənət fədailəri» (2015) kitablarının, «Ədəbi- xatirə muzeyləri», «Tarix-diyarşünaslıq muzeyləri», «Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci illər)» adlı metodiki vəsaitlərin müəllifi, Azərbaycan və rus dillərində bir neçə dəfə nəşr olunmuş «Üzeyir Hacvıbəyov ensiklopediyası»nın müəlliflərindən biridir.

Adilxan Bayramovun qələmindən çıxmış bu nəşrlər ali məktəblərin müvafiq fakültələrində dərs vəsaiti kimi istifadə olunur.

Adilxan Bayramov bədii tərcümə ilə də məşğul olur. Bir sıra səhnə əsərlərini, o cümlədən məşhur rus yazıçısı M.Bulqakovun «Morfi» hekayəsi əsasında səhnələşdirilmiş «Tövbə» pyesini rus dilindən Azərbaycan dilinə çevirmişdir. Bu tərcümələr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınmış və səhnədə oynanılması teatrlara tövsiyə edilmişdir.

Çoxsaylı elmi və elmi-metodiki məqalələri, habelə bədii və bədii-publisistik yazıları çap olunmuşdur.

Mətbuatda vaxtaşırı «A.Byramqullu» «A.Bayramquluoğlu» imzaları ilə bədii yazılarla çıxış edir.

Müxtəlif mətbuat orqanlarında Adilxan Bayramovun özü və araşdırmaları barədə bir sıra mütəxəssislərin məqalələri dərc olunmuş, radio-televiziya verilişləri səsləndirilmiş, «Elim-obam Sadaxlı» (Bakı, 2000), «Borçalı alimləri» (Bakı, 2000) , «Azərbaycan yazıçıları» (Bakı, 2004), «Əlamətdar və tarixi günlər təqvim-2014», «Borçalının Sadaxlı dünyası» (2014) ensiklopedik-məlumat kitablarında, habelə «Azərbaycan Milli Ensiklopediyası»nda (lll cild, Bakı, 2011) və «Azərbaycan» saytında (müxtəlif dillərdə) biblioqrafik məlumat verilmişdir.

Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi Rəyasət Heyətinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının üzvü, «Müasir mədəniyyətşünaslıq» jurnalının baş redaktorunun müavini, «Qarapapaqlar» (Gürcüstan) dərgisi redaksiya heyətinin üzvüdür.

Müxtəlif vaxtlarda «Səməd Vurğun-90» fəxri xatirə diplomuna, «Səməd Vurğun mükafatı»na, digər fəxri fərman və mükafatlara layiq görülmüşdür.

İki qızı, bir oğlu, dörd nəvəsi var. Böyük qızı Pərvanə hüquq elmləri namizədi, oğlu Tural Dövlət notariusudur. Kiçik qızı İlhamə də ali təhsillidir.


Nəşr olunmuş kitablarının siyahısı:

1.Yaşayan ömür. Bakı, «İşıq», 1990, 10 000 nüsxə, 90 səh.

2.Vurğun ocağı. Bakı, AAMM, 1997, 1000 nüsxə, 73 səh.

3.Heydər Əliyev və muzeylərimiz. Bakı, «Şur», 1999, 500 nüsxə, 90 səh.

4.Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik. Bakı, «Azərbaycan Universiteti», 1999, 1000 nüsxə, 309 səh.

5.Səməd Vuğun: milli və ümumbəşəri. Bakı, «Səda», 2006, 1000 nüsxə, 314 səh.

6.Bakı muzeyləri (şərikli). Bakı, Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi, 2006, 500 nüsxə, 123 səh.

7.Tariximiz, yaddaşımız, sərvətmiz. Bakı, «E.L.», 2007, 500 nüsxə, 140 səh.

8. Sənət , sənət məbədləri, sənət fədailəri». Bakı, «Vətənoğlu», 2015, 300 nüsxə, 336 səh.

9. «Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr», Bakı, «Vətənoğlu», 2015, 300 nüsxə, 256 səh.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Adilxan Bayramov - 70

Adilxan Bayramov - 70

Borçalı, Təbriklər
Təbrik edirik, hörmətli Adilxan müəllim!..

Təbrik edirik, hörmətli Adilxan müəllim!..

Mədəniyyət, Təbriklər
ADİLXAN BAYRAMOVUN 70 YAŞINA

ADİLXAN BAYRAMOVUN 70 YAŞINA

Humanitar elmlər, Mədəniyyət, Borçalı, Təbriklər
FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

Arxiv
Adilxan BAYRAMOVa BAŞSAĞLIĞI

Adilxan BAYRAMOVa BAŞSAĞLIĞI

Nekroloqlar
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
ADİLXAN NƏBİYEV  (1938)

ADİLXAN NƏBİYEV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
TƏBRİK EDİRİK!... Qurban Bayramov-70

TƏBRİK EDİRİK!... Qurban Bayramov-70

"Zirvə"
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Təbrik edirik, Sona xanım VƏLİYEVA!..

Azərbaycan, Təbriklər
General-polkovnik Aydın Əliyev (1957)

General-polkovnik Aydın Əliyev (1957)

"XXI əsrin Ziyalıları"
AzTU-da Səməd Vurğunun 110 illik Yubileyi keçiriləcək

AzTU-da Səməd Vurğunun 110 illik Yubileyi keçiriləcək

AzTU, Elanlar
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Professor ASLAN BAYRAMOVLA müsahibə

Professor ASLAN BAYRAMOVLA müsahibə

Sumqayıt, Tv, Qərbi Azərbaycan
Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

AzTU, "XXI əsrin Ziyalıları", Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
Rəy yazın: