Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ

Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fotolimp” adlı foto-müsabiqənin icrasına başlanılmışdır.
Bu barədə ZiM.Az-a layihənin rəhbəri Cavad Salmanlı məlumat verib.

Bir ay ərzində müxtəlif müəlliflər tərəfindən istənilən mövzuda foto-şəkillər qəbul olunacaq və bu foto-şəkillər layihənin qaydalarına uyğun gəldiyi təqdirdə müəlliflər iştirakçı statusu qazanacaqlar. Sərgiyə çıxarılan foto-şəkillərin qiymətləndirilməsi aşağıdakı parametrlərlə keçirilir:

1. Münsiflər heyəti sərgidə iştirak edən foto-şəkillərdən 3 (üç) ən yaxşı foto-şəkli seçəcək və bu 3 foto-şəkil müvafiq yerləri tutmaqla sərginin qalibi elan olunacaqlar;
2. Qaliblər müvafiq mükafatlar əldə edəcəklər;
3. Bütün iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

Foto-müsabiqənin şərtləri:
Müsabiqədə 14-29 yaş arası peşəkar fotoqraflar və foto həvəskarlar istənilən mövzuda çəkdikləri fotoları təqdim etməklə iştirak edə bilərlər. Təqdim olunan fotolar rəngli, eləcə də ağ-qara ola bilər. Hər bir foto aşağıdakı məlumatla müşaiət olunmalıdır:

1. Müəllifin adı və soyadı, təvəllüdü;
2. Fotolar son 1 il ərzində çəkilməlidir;
3. Fotolar 3000 piksel-ə qədər ölçüdə və JPEG, TIFF formatında 3-5 meqabayt (MB) ölçüdən az olmamalıdır;
4. Bir müəllifdən 3-dən artıq iş qəbul edilmir;
5. İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir;
6. Fotolarda loqotiplərdən, brendlərdən və imzalardan, eləcə də əvvəllər digər
müsabiqələrdə iştirak etmiş işlərdən istifadəyə icazə verilmir;
7. İştirakçının istəyi ilə fotolar götürülə və ya digərləri ilə əvəz edilə bilər;
8. İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək;
9. Mobil telefonlar vasitəsilə çəkilmiş fotolar qəbul edilmir;
10. Foto-redaktorda işlənmiş fotolar qəbul edilmir;
11. İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını
pozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına, eləcə də insan təsvirlərindən qeyri-qanuni istifadəyə görə hüquqi məsuliyyət daşıyır;
12. Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq.

Fotolar 10 noyabr 2016-cı il tarixinə qədər fotolimp@mail.ru elektron ünvanına, mövzu yerinə “foto-müsabiqə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillər qəbul edilməyəcək.

Layihənin rəhbəri: Cavad Salmanlı

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Amaz Mirzəoğlunun rəsm və foto-etüdləri...

Amaz Mirzəoğlunun rəsm və foto-etüdləri...

Tiflis, Müsabiqə
Diqqət! Diqqət!.. Yeni MÜSABİQƏ elan olunur...

Diqqət! Diqqət!.. Yeni MÜSABİQƏ elan olunur...

Azərbaycan, Müsabiqə, Gürcüstan, Elanlar, Dünya, Köşə yazılar
Foto-Arxivdən: Müşfiq Borçalı: Müxtəlif tədbirlərdə...

Foto-Arxivdən: Müşfiq Borçalı: Müxtəlif tədbirlərdə...

Borçalı, Elm, Arxiv
Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb

Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb

TDPİ-nin Azərbaycan bölməsi, Mədəniyyət, "Gürcüstan", Tiflis, Borçalı, Arxiv, Dünya
Gürcüstanda yaşayan məşhur azərbaycanlı foto-müxbir Şahvələd Eyvazovun sərg ...

Gürcüstanda yaşayan məşhur azərbaycanlı foto-müxbir Şahvələd Eyvazovun sərg ...

"Gürcüstan", Tiflis
= Diqqət, diqqət!.. =

= Diqqət, diqqət!.. = "BORÇALI" Nəşriyyatı yeni müsabiqə elan edir

Müsabiqə, Borçalı, Elanlar
BÖLGƏ MÜXBİRİ VƏZİFƏLƏRİNİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ

BÖLGƏ MÜXBİRİ VƏZİFƏLƏRİNİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ

Elanlar
FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

Arxiv
AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub

AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub

Elm
Fotoqraf DÜNYAMALI FAXRALI

Fotoqraf DÜNYAMALI FAXRALI

Bolus, Müsabiqə
Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO

Pulsuz təhsil – şəhid xanımından nümunəvi addım – VİDEO / FOTO

Qarabağ, Təhsil, Başkeçid
“İctimai Mədəniyyət” layihəsinin qalibi

“İctimai Mədəniyyət” layihəsinin qalibi

AzTU, QHT, GVİİM
Tərcüməçi vəzifələrini tutmaq üçün müsabiqə

Tərcüməçi vəzifələrini tutmaq üçün müsabiqə

Digər ali məktəblər, Elanlar

"ƏN YAXŞI RÜBAİLƏR" adlı YENİ MÜSABİQƏyə start verilir

Müsabiqə, RÜBAİLƏR, Elanlar
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
Məktəb direktorlarının işə qəbulu başlayıb

Məktəb direktorlarının işə qəbulu başlayıb

Nazirlik
DİQQƏT, DİQQƏT!..

DİQQƏT, DİQQƏT!..

AzTU, Elanlar

"SPEAK ALİ" LAYİHƏSİNİN TANITIM SEMİNARI

Bakı, Mədəniyyət, "Şərqin səsi"
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
Pakistanlı tələbə Muhammed Nayyem:

Pakistanlı tələbə Muhammed Nayyem: "Biz də Onu öz liderimiz hesab edirik.

AzTU
Rəy yazın: