Polkovnik VAQİF BAYRAMOV (1959)

Polkovnik VAQİF BAYRAMOV (1959)
VAQİF
MÜSƏLLİ OĞLU
BAYRAMOV
hərbçi,
polkovnik
(21.12.1959)

Vaqif Müsəlli oğlu Bayramov 1959-cu il dekabrın 21-də
qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının
Bolnisi rayonundakı Darvaz kəndində anadan olub.

O, Darvaz kənd orta məktəbini (1966-1976), Azərbaycan Dövlət Politexnik İnstitutunun metallurgiya fakültəsini (1977-1982), Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki Ali Hərbi Mexaniki Məktəbin Yanacaq və Sürtgü materialları üzrə ixtisasartırma fakültəsini fərqlənmə diplomu ilə bitirib.(1989).

1982-ci ildən keçmiş Sovet ordusunda hərbi xidmətə başlayıb, müxtəlif vəzifələrdə xidmət edib.

1989-1992-ci illərdə N saylı hərbi hissədə Yanacaq və sürtgü materialları xidmət rəisi vəzifəsində çalışıb.

Vaqif Bayramov Azərbaycanda Milli Ordu yarananda öz kömək əlini uzadıb, ilk olaraq Milli Orduya yazılanlardan olub. Azərbaycan Respublikası Müdafiə Nazirliyində Yanacaq və Sürtgü Materialları şö'bəsinin yaradıcılarından olub. 1992-ci ildə həmin şöbənin rəis müavini, 6 ay sonra 32 yaşında həmin şöbənin rəisi - polkovnik vəzifəsinə təyin olunub.

Mayor Vaqif Bayramov 1994-cü ildə nazirliyin ən gənc şöbə rəisi kimi vaxtından əvvəl polkovnik-leytenant rütbəsinə layiq görülüb.

Polkovnik-leytenant V.M.Bayramov 1995-1999-cu illərdə Hava Hücumundan Müdafiə və Hava hücumu qoşunları hərbi hissələrində komandirin Arxa cəbhə üzrə müavini, Arxa cəbhə rəisi kimi mə'sul vəzifələrdə xidmət edib.

Polkovnik-leytenant V.M.Bayramov 1999-cu ildən təqaüdə çıxana kimi Hava Hücumundan Müdafiə və Hərbi Hava Qoşunlarının Maddi-texniki tə'minat aparatının təşkilatçı-planlaşdırma bölməsinin rəisi - Maddi-texniki tə'minat rəisinin müavini vəzifəsində xidmətini şərəflə davam etdirib.

O, hərbi xidməti ilə əlaqədar bir neçə medal və fəxri fərmanla təltif olunmuşdur.

Qarabağ Müharibəsi veteranı olan polkovnik Vaqif Bayramov hazırda təqaüddədir.

Polkovnik Vaqif Bayramov həm də gözəl ailə başçısıdır.
Ömür-gün yoldaşı - hərbi kitabxananın müdiri vəzifəsində çalışan Təranə xanımla birlikdə 3 övlad - bir qız, iki oğul böyüdüb boya-başa çatdırıb.
Üçü də ali təhsilli və evlidirlərdir.
Qızı Aynur - kapitan rütbəsində hərbi həkimdir. Oğlu Elnur hüquqşünasdır, Ədliyyə mayorudur. Kiçik oğlu Anar isə iqtisadçıdır.

Polkovnik VAQİF BAYRAMOV (1959) Polkovnik VAQİF BAYRAMOV (1959) Biz də hələ ki 9 nəvənin sevimli babası olan Vaqif Bayramova uzun ömür, möhkəm çansağlığı, ailə səadəti, nəvə-nəticə toyu görməyi arzulayırıq!..

Müşfiq BORÇALI.


(Bax: BORÇALI ENSİKLOPEDİYASI. III cild. Borçalı Ulduzları. Bakı, "Azərbaycan" nəşriyyatı, 2001, səh.87-88.)





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: