RUHUN ŞAD OLSUN, ARİF MÜƏLLİM!..

RUHUN ŞAD OLSUN, ARİF MÜƏLLİM!.. ALLAH RƏHMƏT ELƏSİN!...

ARİF MƏMMƏDOV
(1958)

Arif Novruz oğlu Məmmədov -
1958-ci il mart ayının 8-də
qədim Borçalı mahalındakı Bolnisi rayonunun Darvaz kəndində
ziyalı ailəsində anadan olmuşdur.

O, 1964-cü ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Arif Məmmədov iki il Sovet Ordusu sıralarında xidmət etdikdən sonra Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra o, vaxtilə orta təhsil aldığı doğma Darvaz kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır.

Arif Məmmədov qısa müddətdə özünü bacarıqlı müəllim kimi tanıtmış, təşkilatçılıq qabiliyyəti ilə diqqəti çəkmişdir.
Məhz bu keyfiyyətlərinə görə o, Darvaz kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilmişdir.

Arif Məmmədov kəndin və rayonun ictimai həyatında da yaxından iştirak etmiş, əhali və rayonun pedaqoji ictimaiyyəti arasında böyük hörmət və nüfuz qazanmışdır.

Amma təəssüflər olsun ki, amansız ölüm onu bizim aramızdan çox tez aparmışdır...

Biz də dəyərli eloğlumuz Arif müəllimə Allahdan rəhmət diləyir və aşağıda tanınmış jurnalist Musa Nəbioğlunun onun haqqında qələmə aldığı ürək sözlərini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
ZİM.Az


RUHUN ŞAD OLSUN, QARDAŞIM!

Əslində bu yazı çoxdan yazılmalıydı. Daha doğrusu içimdəki Arif dastanı çoxdan yazılırdı – söz-söz, cümlə-cümlə. Nə vaxt başlandığını deyə bilmədiyim kimi, nə vaxt qurtaracağını da bilmirəm. Təkcə onu bilirəm ki, bu yazı tamamilə başqa məzmunda olmalı idi, ancaq belə alındı... Və mən bu yazını çoxdandır ki, içimdə dolandırsam da, özümdə güc tapıb kağıza köçürə bilmirdim. Bəlkə bu da talenin işidir ki, bu yazının ilk cümlələrini mən məhz bu gün möhtəşəm “Çırağan” şadlıq sarayında – Aytənin toyunda qələmə alıram.

Gözəl bir toy məclisi keçir, hər kəs öz xeyir-duasını verib şənlənir, mən isə xəyalımda səninlə danışırdım. Düzünə qalsa buna heç xəyal da demək olmaz, çünki sən o gün bizimləydin – sənin ruhun bizimləydi. Və nədənsə mənə elə gəlirdi ki, sən hamıdan çox bu məclisdə öz dostlarını axtarırdın. O dostlarını ki, hamımızın bəxtəvərli günlərində – 20 il bundan öncə kənddəki evinizdə ömür-gün yoldaşın Xoşqədəmin mürəbbəli çayını tərifləyib elimizin ağbirçəyi Güllü ananın şirin söhbətlərinə qulaq asar, sonra da bu günlərin şərəfinə sağlıqlar deyər – balalarımıza toy arzulayardıq. Artıq o günlər başlayıb – indi dostlarımızdan baba olanı da var. Onlardan biri – Fərrux müəllimlə yanaşı oturub öz aləmimizə qapılmışıq. Sanki məclisdəkilərin bizə az dəxli varmış kimi, ikilikdə sənin dostların adından Aytənə xoşbəxtlik diləyirik.

Bir vaxtlar Əlləz müəllimin dediyi sözləri xatırlayıram. O hər dəfə kəndə gəlib bizləri bir yerdə, mehriban görəndə deyərdi ki, Arif, sənin dostların daha sədaqətlidirlər. Kim bilir, bəlkə də dünyanın çox bərkini-boşunu görmüş, özü əsl dostluq, qardaşlıq nümunəsi olan Əlləz müəllim o vaxtlar bizim münasibətlərimizi belə yüksək qiymətləndirməklə üzərimizə daha böyük məsuliyyət qoyur, bizə bir növ avans verirdi. Bu axşam isə, sağ olsunlar Əlləz müəllimin dostları – onlar daha fəal idilər. Toya da ki, söz ola bilməzdi. Əsl sən istəyən, sənin adına yaraşan bir toy oldu – şən, oynaq şaqraq. Başqa cür ola da bilməzdi. Çünki Əlləz müəllim və onun sadiq dostları vardı, bir də sənin ürəklərdəki yerin, sənə olan el məhəbbəti.
O axşam bütün darvazlıların, səni tanıyanların bayramıydı, şadlığıydı. Bu məclisə heç kim xala xətrin qalmasın deyə gəlməmişdi. Hər kəs Aytəni öz balası sayıb, ona xeyir-dua verməyə gəlmişdi. Qohum da sevinirdi, yadda. Gözümüzün qabağındaca böyüyüb, bu gün mənsub olduğu elin, nəslin, bütün qohum-əqrabanın adına layiq bir gənc kimi ona bəslədiyimiz ümidləri doğruldan Samirin də əli-ayağı yerə dəymir. Hər masaya ayrıca baş çəkib yemək-içməyə göz qoyur, qonaqlarla görüşür, oynayıb şənlənir. Təbii ki, biz dayılarının yanına daha tez-tez yaxınlaşır...
Bu anlarda Samirin sevincinin həddi-hüdudu olmasa da, içindəki niskili yaşı ilə uyşmayan böyüklüklə gizlətməyə çalışması da diqqətimdən yayınmır.

Beləcə, məclis davam edir, hamı oynayır, şənlənir. Mən isə sənsizliyin acısından qovrularaq rəqs edənlərə qoşula bilməyib səninlə xəyali söhbətimi davam etdirirəm. O axşam bəlkə də elə hamıdan xoşbəxt sən idin – sənin ruhun idi.
Qoy həmişə ruhun şad olsun, necə ki, o axşam şad idi.

Musa NƏBİOĞLU,
"Ulu Körpü" qəzeti


Darvaz.com

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

Darvaz, Nekroloqlar
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!..

RUHUN ŞAD OLSUN, ƏZİZ QARDAŞIM NİYAZ!..

Darvaz, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

Başkeçid, Nekroloqlar
RUHUN ŞAD OLSUN, ƏZİZ DOST – ÇOX HÖRMƏTLİ ZİYA ABBASOV!..

RUHUN ŞAD OLSUN, ƏZİZ DOST – ÇOX HÖRMƏTLİ ZİYA ABBASOV!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
Musa NƏBİOĞLU:

Musa NƏBİOĞLU: "BİR ÖMÜRLÜK XATİRƏNİN İYİRMİ CÜMLƏSİ..."

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV

UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV

Sağlamlıq, Bolus, Darvaz, Turan, Rusiya, Diaspora
Səmimi və təvazökar insan - ADİL ÖMƏROV

Səmimi və təvazökar insan - ADİL ÖMƏROV

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş ...

AzTU-da professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş ...

AzTU
Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-me ...

Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-me ...

AzTU, Elanlar
ARİF GÜRŞADOĞLUNA

ARİF GÜRŞADOĞLUNA

Müsabiqə
YADDAŞLARDA YAŞAYACAQ...

YADDAŞLARDA YAŞAYACAQ...

Darvaz
QURBAN QURBANOV  (1927-2001)

QURBAN QURBANOV (1927-2001)

Başkeçid
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
Rəy yazın: