Gürcüstanda azərbaycanlı jurnalistin adına fond yaradılıb

Gürcüstanda azərbaycanlı jurnalistin adına fond yaradılıb Gürcüstanda azərbaycanlı jurnalistin adına fond yaradılıb Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin (GAJB) təşəbbüsü ilə bir vaxtlar BBC radiosunda prodüser vəzifəsində çalışmış, tanınmış jurnalist Sədaqət İsmayılovaya həsr olunmuş tədbir keçirilib.

GAJB-ın sədri Nizami Məmmədzadə
tədbirdə çıxış edərək deyib ki, S.İsmayılova 1960-cı ildə Gürcüstanın Başkeçid (indiki Dmanisi) rayonunda anadan olub. İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra təhsilini Tbilisi Xarici Dillər İnstitutunda davam etdirib. 1994-cü ildən ömrünün sonuna qədər (2011-ci ilədək) Londonda BBC Azərbaycan xidmətinin aparıcısı, dünya bölməsinin prodüseri vəzifəsində çalışıb.

Bildirilib ki, istedadlı qələm sahibinin jurnalistlik fəaliyyəti təkcə Gürcüstan və Azərbaycanı deyil, dünyanı əhatə edib. Peşəsini dərindən bilən, sevən jurnalist BBC-də çalışdığı vaxtlarda da Vətənini unutmayıb, daim Azərbaycan və Gürcüstan haqqında verilişlər hazırlayıb.

Sonra Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Ruslan Hacıyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbəri, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva, yazıçı-publisist Əli Abbas, “Region Press” qəzetinin baş redaktoru Binnət Məmmədov, “Ümid” qəzetinin baş redaktoru Əlixan Yahyaoğlu, S.İsmayılovanın müəllimləri, yaxınları, onu tanıyan insanlar çıxış edərək xatirələrini bölüşüb, istedadlı qələm sahibinin fəaliyyətində Vətənə, xalqa, millətə bağlılığın daim ön planda olduğunu qeyd ediblər. S.İsmayılovanın fəaliyyətinin gənclər üçün örnək olduğu xüsusi vurğulanıb.

Tədbirdə bildirilib ki, GAJB-ın nəzdində Sədaqət İsmayılova Fondu yaradılıb.
Fondun əsas məqsədi Gürcüstanda yaşayan, yaradan gənc azərbaycanlı xanımları dəstəkləməkdir. Fondun idarə heyəti hər il üç gənc qadına mükafat verəcək.

Çıxış edənlər Fondun yaradılmasını yüksək qiymətləndirib, bu addımın Gürcüstanda gənc xanımların jurnalistikaya, ədəbiyyata marağının artmasına təkan verəcəyini bildiriblər.

S.İsmayılovanın ailə üzvləri adından çıxış edən Ədalət İsmayılov fondun yaradılmasına, bacısının xatirəsini əziz tutduqlarına görə təşkilatçılara minnətdarlıq edib.

Xətayi Əzizov
AZƏRTAC-n xüsusi müxbiri
Tbilisi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
RUHUN ŞAD OLSUN, ƏZİZ BACIM SƏDAQƏT XANIM!...

RUHUN ŞAD OLSUN, ƏZİZ BACIM SƏDAQƏT XANIM!...

Başkeçid, Nekroloqlar
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Mədəniyyət, Borçalı
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstan, Tiflis, Borçalı, Bolus
Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

---
Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Mədəniyyət, MEDİA, Borçalı
Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Gürcüstanın Bolnisi rayonunda Həmrəylik Günü qeyd olunub

Bolus
ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

ARXİV: Marneulidə Azərbaycan aliminin 75 illik yubileyi qeyd olunub..

TDPİ-nin Azərbaycan bölməsi, Elm, "Region-Press", Borçalı, Darvaz, Arxiv
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİM, ŞAİR VƏ YAZIÇININ ƏSƏRLƏRİNİN NƏŞRİN ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Darvaz, Mədəd Çobanov, Müşfiq Borçalı
Borçalıda aşıqlarla görüş keçirilib

Borçalıda aşıqlarla görüş keçirilib

Borçalı
Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Rustavi, Borçalı, Turan
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Tiflis, Nekroloqlar
Azərbaycanlı gənc Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub

Azərbaycanlı gənc Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub

Borçalı
Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Mədəniyyət, Tiflis, Bolus, "Region-Press"
Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Ç ...

Gürcüstanda görkəmli Azərbaycan alimi, tanınmış türkoloq, professor Mədəd Ç ...

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Darvaz, Mədəd Çobanov
Rəy yazın: