Novruz bayramınız mübarək olsun!

Novruz Bayramı münasibətilə Azərbaycan xalqına təbrik


Novruz bayramınız mübarək olsun! Hörmətli həmvətənlər!

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır. İctimai-siyasi və ədəbi-mədəni fikir tariximizin görkəmli şəxsiyyətləri milli varlığımızın ayrılmaz parçası saydıqları bu bayrama həmişə xüsusi münasibət bəsləmişlər.

Yaz bayramı tükənməz yeniləşdirici gücü sayəsində ən çətin vaxtlarımızda belə gələcəyə inamımızı zəifləməyə qoymamışdır. O, Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynamışdır. Novruzun rəsmi bayram statusu alması və artıq iyirmi beşinci baharını yaşayan Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Sivilizasiyaların qovuşuğundakı multikultural mühitli ölkəmizin müxtəlif mədəniyyətlərə mənsub insanlarını daim ünsiyyətə çağıraraq xoş münasibətlər bərqərar etmiş və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirmiş Novruz bayramında tolerantlığın həqiqi təntənəsi vardır.

Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq YUNESKO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur. Mən azərbaycançılıq məfkurəsi işığında sıx birləşməklə bayramı ölkəmizin hüdudlarından kənarda bizimlə bərabər qarşılayan soydaşlarımıza firavanlıq, əmin-amanlıq və ruh yüksəkliyi arzu edirəm.

Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2016-cı il.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Əsas xəbər, Rəsmi Xəbərlər
AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

Əsas xəbər, AzTU
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

Əsas xəbər, Folklor, Təbriklər
Kaxa Okriaşvili Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edib

Kaxa Okriaşvili Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edib

Borçalı
İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

Əsas xəbər
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

Əsas xəbər, Təbriklər
Qurban bayramınız mübarək olsun!..

Qurban bayramınız mübarək olsun!..

Əsas xəbər, Rəsmi Xəbərlər
İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Əsas xəbər, Rəsmi Xəbərlər
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə ...

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə ...

Elm, Humanitar elmlər, "Zirvə"
NOVRUZ BAYRAMI

NOVRUZ BAYRAMI

Əsas xəbər, Regionlar, Köşə yazılar
AzTU-da möhtəşəm Novruz şənliyi keçirilib

AzTU-da möhtəşəm Novruz şənliyi keçirilib

AzTU
Rustavidə Novruz Bayramı

Rustavidə Novruz Bayramı

Rustavi
AzTU-nun rektoru Vilayət Vəliyevin Qurban bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Qurban bayramı münasibətilə təbriki

Əsas xəbər, AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

Əsas xəbər, AzTU
Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

Regionlar, Köşə yazılar
AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

AzTU-nun rektoru Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

Əsas xəbər, AzTU
Gürcüstan prezidenti və baş naziri Novruz bayramı münasibəti ilə Marneulidə ...

Gürcüstan prezidenti və baş naziri Novruz bayramı münasibəti ilə Marneulidə ...

Borçalı
Rustavidə azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qeyd ediblə ...

Rustavidə azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qeyd ediblə ...

"Varlıq", Rustavi
AzTU-nun rektorun Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

AzTU-nun rektorun Vilayət Vəliyevin Ramazan bayramı münasibətilə təbriki

AzTU
Rəy yazın: