Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında memorandum imzalanıb

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında memorandum imzalanıbSilahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında memorandum imzalanıb Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında memorandum imzalanıb Mayın 8-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2017-ci il üçün elmi iş planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Heydər Əliyev – dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda elmi konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin professor-müəllim heyəti, dinləyiciləri və kursantları, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun nümayəndə heyəti, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin komandanlığı və müəllimləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyevin “Heydər Əliyev irsində Azərbaycan ordu quruculuğu və hərb tarixi mövzusu” AMEA-nın Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun “Heydər Əliyev – dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda məruzələri dinlənilib.

Sonra Tarix İnstitutunun və Silahlı Qüvvələrin Hərbi Akademiyasının elmi nəşrlərinin sərgisinə baxış keçirilib.

Sərgidə nümayiş etdirilən çoxsaylı ədəbiyyat Tarix İnstitutu tərəfindən Hərbi Akademiyaya hədiyyə olunub.

Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında memorandum imzalanıb.

Konfransın gedişində ətrafında müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.

Sonda “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq məsələləri” sənədli filmi nümayiş etdirilib, hərb tarixi üzrə işçi qrupun üzvləri ilə “Heydər Əliyev və Azərbaycanda hərb tarixi elmi ” mövzusunda plenar iclas keçirilib.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Dövlət Müstəqilliyyi günü qeyd olun ...

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Dövlət Müstəqilliyyi günü qeyd olun ...

Azərbaycan
Hərbi Akademiyada Milli Dirçəliş Günü qeyd olunub

Hərbi Akademiyada Milli Dirçəliş Günü qeyd olunub

Azərbaycan
Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib

Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib

Qarabağ, Digər ali məktəblər
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Qarabağ
Nazirin TƏBRİK MƏKTUBU NURULLA ƏLİYEVƏ çatdırılıb

Nazirin TƏBRİK MƏKTUBU NURULLA ƏLİYEVƏ çatdırılıb

Təbriklər
General-leytenant Heydər Piriyev (1959)

General-leytenant Heydər Piriyev (1959)

Qarabağ, "Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Təbriklər
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
AzTU tələbələri

AzTU tələbələri "Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bi ...

AzTU
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd  ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd ...

QHT, Mədəd Çobanov
AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU
General-leytenant Heydər Piriyev AzTU-da olmuşdur

General-leytenant Heydər Piriyev AzTU-da olmuşdur

AzTU
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"
Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli  ...

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli ...

"Zirvə", Ədəbi əlaqələr, Orta Asiya
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
BDU-nun Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans

BDU-nun Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans

BDU, Hüquq
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçir ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçir ...

İctimai elmlər, BDU, Tarix, QHT
= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

Biologiya və tibb elmləri, "Zirvə"
Rəy yazın: