AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir 2017-ci il dekabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının üzvü, Təl-Əviv Universitetin professoru Zvi Ben-Avraham ilə görüşüb.

Görüşdə tərəflər arasında elmi əlaqələrin genişləndirilməsi, perspektiv əməkdaşlığa dair müxtəlif tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlıq əlaqələrinin inkişaf mexanizmləri və imkanları müzakirə olunub.

Akademik Akif Əlizadə AMEA-nın elmi müəssisələri ilə İsrailin müvafiq elmi mərkəzləri arasında bilik, təcrübə mübadiləsinin aparılması, elmi-tədqiqat sahəsində birgə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, eləcə də elmi seminar və konfransların təşkilinin önəmli olduğunu vurğulayıb.

Səmimi qəbula görə AMEA rəhbərliyinə təşəkkürünü bildirən professor Zvi Ben-Avraham AMEA ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Tektonika, geodinamika və kolliziya prosesləri üzrə tanınmış ekspert Zvi Ben-Avraham israilli alimlərinin azərbaycanlı həmkarları ilə yer elmləri, o cümlədən neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətində olduqlarını deyib. Bu məqsədlə müştərək tədqiqatlar həyata keçirməyin zəruriliyini vurğulayan alim əməkdaşlığın hər iki ölkənin elmi üçün mühüm əhəmiyyət kəsb edəcəyini söyləyib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.

Zim.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər

Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər

Biologiya və tibb elmləri, Digər bölmələr, Dünya, Avropa
AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

"Zirvə"
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Biologiya və tibb elmləri, Digər bölmələr
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Biologiya və tibb elmləri, Rusiya
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

"Zirvə", Dünya
Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Biologiya və tibb elmləri, "Zirvə"
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
Rəy yazın: