Allah rəhmət eləsin!.. Akademik Arif Şəfaət oğlu Mehdiyev...

Allah rəhmət eləsin!.. Akademik Arif Şəfaət oğlu Mehdiyev... Azərbaycan elmi ictimaiyyətinə
ağır itki üz vermişdir.


Respublikanın tanınmış alimi, əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor
Arif Şəfaət oğlu Mehdiyev 2016-cı il dekabrın 19-da ömrünün 83-cü ilində vəfat etmişdir.


Arif Mehdiyev 1934-cü il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Arif Mehdiyev 1961–1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin tərkibindəki qapalı müəssisədə, 1965-1966-cı illərdə isə Azərbaycan Dövlət Plan Komitəsində böyük mühəndis, 1966-cı ildə yenidən Respublika Elmlər Akademiyasının Fizika İnstitutuna qayıdaraq 1974-cü ilədək burada böyük elmi işçi vəzifəsində çalışmışdır. Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş “Xəzər” Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilmişdir. Arif Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olmuşdur.

2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra etmişdir.
2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.

Arif Mehdiyev 1969-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1987-ci ildə isə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Arif Mehdiyevin elmi araşdırmaları yarımkeçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı idi. O, Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifidir. Onun rəhbərliyi altında aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılmışdır. Alimin bu sahədə yeni texnologiyaların yaradılması və elmi konsepsiyaların formalaşmasında xidmətləri təqdirəlayiqdir. O, kosmik fəzanın tədqiqi üçün nəzərdə tutulmuş müxtəlif cihazların yaradılmasında səylər göstərmişdir. Arif Mehdiyev bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri kimi də tanınır. Onun tədqiqatları elmdə yeni istiqamət olan kosmik informatikanın formalaşması və inkişafına xüsusi töhfələr vermişdir. Alimin ekologiyaya aid əsərləri də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.

Arif Mehdiyev elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək uzun illər ərzində Azərbaycan Neft Akademiyasının və Azərbaycan Aviasiya Akademiyasının professoru kimi yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdir. Onun elm təşkilatçısı kimi də fəaliyyəti təqdirəlayiq olmuşdur.

Arif Mehdiyev respublikamızda və ölkənin hüdudlarından kənarda mötəbər beynəlxalq simpozium və konfranslarda, o cümlədən ümumdünya kosmik konqreslərində Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Arif Mehdiyevin araşdırmalarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 300-dən artıq elmi əsərdə və
50-dən çox ixtirada öz əksini tapmışdır. Onun rəhbərliyi altında Azərbaycanda onlarla elmlər doktoru hazırlanmışdır.

Akademik Arif Mehdiyevin elmi və elmi-təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”“Şərəf” ordenləri ilə təltif edilmişdir.

Tanınmış alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan Arif Şəfaət oğlu Mehdiyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!


İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov,
Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Akif Əlizadə, Mikayıl Cabbarov,
Arif Paşayev, Tofiq Nağıyev, İbrahim Quliyev,
İsa Həbibbəyli, Rasim Əliquliyev, Telman Əliyev

* * *

Mərhumun cənazəsi vidalaşmaq üçün 2016-cı il dekabrın 20-də saat 12.00-dan 15.00-dək
Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
ŞÖVQİ MEHDİZADƏyə  BAŞSAĞLIĞI

ŞÖVQİ MEHDİZADƏyə BAŞSAĞLIĞI

Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

Digər bölmələr, Tiflis, Nekroloqlar
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycan, Elm, Nekroloqlar
Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!..

Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!..

Əsas xəbər, Biologiya və tibb elmləri, "Zirvə", Nekroloqlar
AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib ...

AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev vəfat edib ...

"Zirvə", Nekroloqlar
AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

Elm, Nekroloqlar
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

AzTU, Təbriklər
ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

Borçalı, Bolus, Nekroloqlar
ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

Darvaz, Nekroloqlar
ALİMLƏR EVİNDƏ KƏRİM KƏRİMOVUN YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

ALİMLƏR EVİNDƏ KƏRİM KƏRİMOVUN YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

Elm
Tanınmış alimlərin 100 illik yubileyi qeyd edilmişdir

Tanınmış alimlərin 100 illik yubileyi qeyd edilmişdir

Arxiv
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

"Şərqin səsi", Nekroloqlar
Professor ƏJDƏR AĞAYEV vəfat edib

Professor ƏJDƏR AĞAYEV vəfat edib

Nekroloqlar
Professor Arif Quliyev 85 illik yubileyini qeyd edir

Professor Arif Quliyev 85 illik yubileyini qeyd edir

Humanitar elmlər, Digər bölmələr, Təbriklər
Rəy yazın: