“Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına başlanır

“Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına başlanır Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı Layihənin icrasına başlayır.

Regionumuzun lider dövləti olan Azərbaycan Respublikası bu coğrafiyada siyasi stabilliyin qarantı, iqtisadi inkişafın və ölkələrarası əməkdaşlığın mərkəzidir. Dünya miqyaslı beynəlxalq layihələrə ev sahibliyi edən, dayanıqlı inkişaf yolunda olan Azərbaycan region dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Lakin Ermənistan Respublikasının təcavüzkar siyasəti və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ regionu və ətraf əraziləri işğal etməsi Cənubi Qafqazın hərtərəfli inkişafına əngəl olmuşdur. Otuz ilə yaxın bir dövrdə Respublikamız tərəfindən aparılan danışıqlar nəticə verməmiş, əksinə, Ermənistanın yeni rəhbərliyi ölkəmizə qarşı geniş miqyaslı hərbi təcavüzə, müharibəyə başlamışdır.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz düşmənin layiqli cavabını vermiş və az bir müddət ərzində əzəli torpaqlarımızın, yaşayış məskənlərimizin böyük bir hissəsi işğaldan azad olunmuş, hazırda düşmən böyük itkilər verərək darmadağın edilir, müzəffər ordumuz qələbəyə doğru inamla irəliləyir.

Belə bir tarixi məqamda Azərbaycan dövlətinin və xalqının bizə dost olan ölkələrlə əməkdaşlığının, mehriban qonşuluğunun, səmərəli əməkdaşlığımızın gözdən keçirilməsi, ictimaiyyətə təqdim olunması vacib məsələlərdəndir. Azərbaycan xalqının tarix boyu dost münasibətdə olduğu xalqlardan biri gürcü xalqı, müstəqil dövlətlərimizin sıx əməkdaşlıq etdiyi ölkə Gürcüstan Respublikasıdır. Gürcüstanla dostluğumuzun mühüm bir həlqəsi də bu ölkədə gürcülərlə dostluq və qardaşlıq şəraitində yaşayan soydaşlarımızdır. Gürcüstan azərbaycanlıları yaşadıqları ölkənin sadiq vətəndaşlarıdır, gürcü-azərbaycanlı dostluğunun parlaq nümunəsi, xalqların dinc birgəyaşayış örnəyidir. Bu fakt regionda etnik münasibətləri gərginləşdirən, ölkələrarası münaqişə səviyyəsinə çatdıran Ermənistan ictimaiyyəti üçün də bir nümunə olmalıdır.

Bu amili nəzərə alaraq, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Gürcüstanda yaşayan soydaşlarımızın tarixinə, mədəniyyətinə, gürcü dövlətçiliyinə və cəmiyyətinə inteqrasiyasına həsr olunmuş “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı yeni layihənin icrasına başlayır. AVCİYA-nın Prezidenti Elxan Süleymanovun təşəbbüsü və

rəhbərliyi ilə icra olunan, maarifçi səciyyə daşıyan Layihənin əsas məqsədi Azərbaycan və gürcü xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin izlənməsindən, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin dövlətçilik tarixində rolu və müasir ictimai həyatında iştirakı, folkloru, ədəbiyyatı və mədəniyyəti haqqında ətraflı məlumat verilməsindən ibarətdir.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən, bir çox ictimai təşkilatları birləşdirən AVCİYA bu müddət ərzində xarici ölkələrdən görkəmli dövlət xadimlərinin və mütəxəssislərin iştirakı ilə milli və dövlət mənafeyimizə uyğun bir sıra mühüm beynəlxalq layihələr, dövlətçilik tariximizə və suveren dövlət quruculuğumuza, beynəlxalq əməkdaşlığımıza dair tədbirlər, o cümlədən Şamaxı soyqırımı, Xocalı soyqırımı, 1918-ci il Göyçay döyüşləri, Bakı şəhərinin İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfələr kimi vacib məsələlərə barədə əhəmiyyətli tədbirlər həyata keçirmiş, fərqli mövzularda onlarla tədqiqat, sənədlər toplusu dərc etmiş, beynəlxalq təşkilatlarda ümummilli əhəmiyyətli sənədlərin qəbuluna nail olmuşdur.

AVCİYA-nın eksperti, Borçalı əsilli tədqiqatçı, professor Asif Hacıyev tərəfindən icra olunan Layihəyə Azərbaycandan və Gürcüstandan mütəxəssislər cəlb olunacaq, aktual müzakirələr aparılacaq.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Göyçay tarixi"

Yeni nəşrlər
Azərbaycan-Gürcüstan dostluğu günləri mövzusunda yeni layihənin icrasına ba ...

Azərbaycan-Gürcüstan dostluğu günləri mövzusunda yeni layihənin icrasına ba ...

Ədəbi əlaqələr, QHT
Fatma Yıldırım: -

Fatma Yıldırım: - "Kobaxidzenin Bakıya səfəri nə vəd edir?"

Milli Məclis, Gürcüstan
Məhəbbət İmanov: Bütöv Azərbaycanda ilk prezident seçkilərinin tarixi əhəmi ...

Məhəbbət İmanov: Bütöv Azərbaycanda ilk prezident seçkilərinin tarixi əhəmi ...

Gürcüstan, Köşə yazılar
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycan
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Borçalı
Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Qarabağ, Tiflis
“Uşaq və gənclər arasında ictimai davranış qaydalarının təbliği”nə start ve ...

“Uşaq və gənclər arasında ictimai davranış qaydalarının təbliği”nə start ve ...

QHT
Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

MEDİA, Tiflis
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT

"Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və persp ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Azərbaycan-Gürcüstan dostluğu nümunədir

Tiflis, Diaspora
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI

Qarabağ, Gürcüstan, Borçalı
Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival təşkil olunmuşdur

Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival təşkil olunmuşdur

Gəncə, Turan
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
YAZIÇI DOSTLUĞUNUN ŞƏFƏQİ

YAZIÇI DOSTLUĞUNUN ŞƏFƏQİ

Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: