Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub

Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olubSofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub Sofiyada Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərin mötəbər məkanlarından olan Mərkəzi Hərbi Klubda görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı keçirilib.

ZiM.Az xəbər verir ki, təqdimatda Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov, Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov, sabiq prezidenti Stefan Vodeniçarov, Arxiv Dövlət Agentliyinin prezidenti Mixail Qruev və vitse-prezidenti Rumen Borisov, Bolqarıstan Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev, dövlət qurumlarının nümayəndələri, Bolqarıstanda təmsil olunan səfirliklərin - diplomatik korpusların təmsilçiləri, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, din xadimləri, KİV, QHT nümayəndələri, tarixçilər və hərbiçilər iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Nərgiz Qurbanova, BEA-nın Tarix İnstitutunun direktor müavini Blaqovest Nyaqulov, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, kitabı bolqar dilinə tərcümə etmiş Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enev kitabın redaktoru f.ü.f.d., dosent Solmaz Süleymanova çıxış ediblər.

Səfir Nərgiz Qurbanova arxeoloji abidələrlə zəngin olan Azərbaycan ərazisinin sivilizasiyanın qədim beşiklərindən biri olduğunu qeyd edib. O, Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma və digər tarixi bölgələrdə aşkar edilmiş arxeoloji tapıntıların, o cümlədən Azıx mağarasında 300-400 min əvvələ aid insanın alt çənə sümüyünün Azərbaycanın qədim insan məskənlərindən olduğunun bariz nümunəsi olduğunu əlavə edib.

Səfir ölkəmizin tarixən tolerantlıq nümunəsi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq diyarı kimi tanındığını vurğulayaraq ölkəmizdə müxtəlif dinlərin qarşılıqlı hörmət və sülh şəraitində mövcud olduğunu, həmrəylik nümayiş etdirdiyini söyləyib. Müxtəlif etnik və dini qruplara mənsub nümayəndələrin müasir Azərbaycan ərazisində hələ Qafqaz Albaniyası dövründə birgə yaşadığını və bu qədim dövlətin eramızdan əvvəl IV əsrdən eramızın 705-ci ilinədək mövcud olduğunu bildirib. Səfir məhz Qafqaz Albaniyası ərazisinin Cənubi Qafqazda ilk xristian icmalarının məskənlərindən biri hesab edildiyi barədə məlumat verib. O, Azərbaycanda xristianlığın tarixinin Alban Kilsəsinin yaranması ilə eyni vaxta təsadüf etdiyini və bu kilsənin xristianlığın tarixində mühüm rol oynadığını vurğulayıb.

Nərgiz Qurbanova 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını Azərbaycan tarixinin parlaq səhifələrindən biri olaraq qiymətləndirib və bu dövlətin müsəlman Şərqində ilk demokratik, dünyəvi respublika olduğunu bildirib. Səfir mövcud olduğu qısa dövr ərzində AXC hökumətinin dövlətçilik və milli quruculuğun inkişafı prosesində mühüm addımlar atması barədə məlumat verib.

Diplomat Azərbaycan tarixinin faciəli məqamlarından olan Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər boyu həll edilməməsini təəssüf hissi ilə bildirib. O, sözügedən münaqişənin Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan ərazisinin beşdəbirinin işğalı, ölkəmizdə hər on şəxsdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə nəticələndiyini, işğal olunmuş ərazilərdə etnik təmizləmə ilə yanaşı, Azərbaycanın mədəni irsinin və mülki infrastrukturunun böyük itkilərə məruz qaldığını diqqətə çatdırıb.

Səfir münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamənin qəbul edildiyini xatırladaraq, beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı hərbi gücün istifadəsini, ərazilərimizin işğalını davamlı olaraq qınadığını vurğulayıb.

Diplomat bolqar dilində Azərbaycan tarixi barədə ilk fundamental əsər olan “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının ərsəyə gəlməsində Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik T.Enevin töhfələrini qeyd edib və ona təşəkkürünü bildirib.

BEA-nın Tarix İnstitutunun direktor müavini B.Nyaqulov müasir qlobal dünyada xalqların bir-birini qarşılıqlı şəkildə tanımasının zəruri olduğunu deyib. O, Qara dəniz vasitəsilə bölünən Balkan və Qafqaz regionları arasında tarixi oxşarlıqların – yerli əhalinin etnik və dini tərkibinin müxtəlifliyi, müsəlman və xristian əhalinin sülh şəraitində birgəyaşayışı və s. barədə danışıb. İnstitutun direktor müavini iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində belə bir kitabın təqdimatının keçirilməsinin bolqar oxucuları və tarixçiləri üçün əlamətdar olduğunu qeyd edib.

AMEA-nın Tarix İnstitutunun direktoru Y.Mahmudov Azərbaycanda hələ 5000 il bundan əvvəl yaranmış ilk dövlətlər, 237 il hökmranlıq etmiş Səfəvilər İmperiyası, müsəlman Şərqində ilk demokratik respublika olan AXC, İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində mühüm rol oynamış Bakı nefti və s. barədə məlumat verib. O deyib ki, müsəlman Şərqində ilk opera və operettanın əsası da məhz Azərbaycanda qoyulub. E.Fayqlın Azərbaycan tarixi barədə Avropa oxucusuna müfəssəl məlumat verən “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” əsərinin əhəmiyyətindən bəhs edən Y.Mahmudov qeyd edib ki, kitab Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. O, həmçinin I Pyotrun göstərişi ilə ermənilərin Qafqaza köçürülməsi, İrəvan quberniyasının yaradılması, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və s. barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Azərbaycanın Bolqarıstanla münasibətlərinə toxunan Y.Mahmudov iki ölkə arasında tarixən mövcud olmuş dostluq əlaqələrindən bəhs edib. Tarixçi alim ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində sözügedən kitabın bolqar dilində tərcümə olunmuş versiyasının təqdimatının keçirilməsini yüksək qiymətləndirib.

Kitabın tərcüməçisi T.Enev nəşrlə ilk tanışlığından, əsərin onda necə dərin iz buraxmasından və beləliklə, kitabın bolqar dilinə tərcüməsinə qərar verməsindən söz açıb. O bildirib ki, onun dostları arasında azərbaycanlılar olduğu kimi, ermənilər də var. Lakin ermənilərin tarixi olduğu kimi yox, özlərinə sərf edən kimi təqdim etməsi onu bu kitabı tərcümə etməyə vadar edib. T.Enev kitabda ermənilərin Qafqaza köçürülməsinin faktlarla sübut olunduğunu, onların törətdiyi cinayətlərin oxucuya təqdim edildiyini söyləyib. Sonda o bildirib ki, əgər erməni siyasətçilər öz fantasmaqoriyalarından, tarixin saxtalaşdırılmasından əl çəksələr və azərbaycanlı həmkarlarına əl uzatsalar mehriban qonşular kimi müharibəsiz və qurbansız yaşaya bilərlər.

Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub Kitabın redaktoru S.Süleymanova nəşrin bolqar dilinə tərcümə edilməsinin tarixi barədə məlumat verib. O, kitabın bolqar xalqına həqiqi Azərbaycan tarixini öyrənməyə imkan yaratdığını söyləyib. Kitabın bolqarlar arasında öz oxucularını əldə edəcəyinə ümidvar olduğunu bildirən S.Süleymanova nəşrin ölkəmiz üçün əhəmiyyətindən bəhs edib. O deyib ki, kitab azərbaycanlı tərəfindən deyil, müasir Avropanın ürəyində yaşayan avropalı tərəfindən qələmə alınıb və bu, bir avropalının Azərbaycan tarixini və reallığını necə qəbul etməsinin parlaq nümunəsidir.

Həmin gün f.ü.f.d., dosent Solmaz Süleymanova müəllifi olduğu ”Bolqarca-Azərbaycanca lüğət”ini
Sofiya Dövlət Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinə təqdim edib.

Təranə ŞÜKÜRLÜ,
ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tiflis
“Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomunun təqdimatı k ...

“Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomunun təqdimatı k ...

Bakı, Humanitar elmlər, Turan
Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Yeni nəşrlər, Elm, Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
Rosen Plevneliev V Qlobal Bakı Forumuna Bolqarıstanın sabiq prezidenti kimi ...

Rosen Plevneliev V Qlobal Bakı Forumuna Bolqarıstanın sabiq prezidenti kimi ...

Avropa, Diaspora
Afaq Məsud: “Ədəbiyyatın yaratdığı körpülər əbədi körpülərdir”

Afaq Məsud: “Ədəbiyyatın yaratdığı körpülər əbədi körpülərdir”

Ədəbi əlaqələr, Tiflis
Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabının təqdimatı keçirilib

İctimai elmlər
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU, Turan
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq  ...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq ...

İctimai elmlər, "Zirvə"
Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Yeni nəşrlər, Tiflis
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

"Zirvə"

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
Tarix İnstitutu elmi fəaliyyətinə görə Avropanın ən yaxşı elmi-tədqiqat müə ...

Tarix İnstitutu elmi fəaliyyətinə görə Avropanın ən yaxşı elmi-tədqiqat müə ...

"Zirvə"
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının ...

Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının ...

Humanitar elmlər
Tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli Macarıstanın Debresen Uni ...

Tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli Macarıstanın Debresen Uni ...

İctimai elmlər, Avropa
Rəy yazın: