“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə Bu günlərdə Tbilisidə gürcü və Azərbaycan dillərində “Molla Pənah Vaqifin şeirləri” adlı kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çap olunub. Bu ideya-layihə kitabın tərcüməçisi və tərtibçisi Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğluna məxsusdur.

M.Məmmədoğlu AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbət zamanı deyib: Bu kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin keçirilməsi haqqında" 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən çap olunub. Kitabda Vaqifin gürcü dilində nəşr olunan kitablarında, eləcə də jurnal və qəzetlərdə dərc olunan şeirlərinə paralel olaraq onların orijinalı da yer alıb. Həmçinin gürcü dilində bu böyük şair barədə çap olunmuş məqalələr gürcü və Azərbaycan dillərində təqdim olunub. Bu kitabın M.P.Vaqifin 300 illik yubileyinə qiymətli töhfə olacağı qənaətindəyik. Ümidvaram ki, kitab gürcü və azərbaycanlı oxucuları bir-birilərinə daha da yaxınlaşdıracaq. Bu kitab Azərbaycan dilini öyrənmək istəyən gürcülər, gürcü dilini öyrənmək istəyən azərbaycanlılar üçün, ümumiyyətlə, poeziyasevərlər üçün bir ərməğan olacaq. Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinə də töhfələrini verəcək. Kitabın tezliklə, Tbilisidə, eləcə də Bakıda təqdimatlarının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqif Gürcüstanda da çox sevilir. O, vaxtilə bir diplomat kimi İbrahim xan tərəfindən II İraklinin yanına göndərilmiş, burada gürcü çarı ilə dostluq əlaqələri yaratmışdır. Onun oğluna tərifnamə yazması, Tiflisə, onun gözəlliyinə, gürcü qızına şeirlər həsr etməsi hamıya məlumdur. Vaqifin bədahətən söylədiyi şeirlərinin axıcılığını, şirinliyini gürcü şairləri də öz şeirlərində sevə-sevə qeyd ediblər. Baqrationlar sülaləsindən olan Petre Qruzinski şeirlərinin birində belə bir ifadə işlədir: “Mən Vaqifin şirin dilində oxuyuram...”.

Vaqifin gürcü dilində ilk kitabı Konstantine Çiçinadzenin tərcüməsində Tbilisidə “Sovet yazıçısı” nəşriyyatında 1948-ci ildə “Gürcüstan barədə şeirlər” adı ilə nəşr olunub. Qısa “Ön söz”ü olan kiçikhəcmli bu kitabda şairin üç şeiri: Tbilisiyə, gürcü qızına, İraklinin oğlu şahzadə Leona həsr olunmuş şeirləri verilib. Kitabın redaktoru Simon Çikovanidir. 1968-ci ildə Molla Pənah Vaqifin anadan olmasının 250-ci ildönümü ilə əlaqədar “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində gürcü şairlərindən Karlo Kaladze, Şota NişnianidzeZezva Medulaşvilinin tərcüməsində onun şeirləri və məşhur türkoloq, Azərbaycan ədəbiyyatının yaxın dostu Georgi Şağulaşvilinin “Vaqif və Gürcüstan” adlı sanballı yazısı dərc olunub. Elə həmin il tanınmış alim, gənclik çağlarını Tiflisdə keçirən Əziz Şərifin “Ön söz”ü ilə Vaqifin ikinci, bu dəfə sanballı kitabı işıq üzü görmüşdür. Kitabda onun xeyli qoşması, qəzəli, müxəmməsi verilmişdir. Bu şeirləri tanınmış gürcü şairləri Paolo İaşvili, Konstantine Çiçinadze, Karlo Kaladze, Şota Nişnianidze, Vaxtanq Cavaxadze, Moris Potsxişvili, Zezva Medulaşvili, Otar Şalamberidze tərcümə etmişlər.

Qeyd etmək lazımdır ki, “Koroğlu” dastanımızı, min bir bayatımızı, Füzulidən tutmuş müasir dövrə qədər bir çox Azərbaycan şairlərinin şeirlərini gürcü dilinə tərcümə edən, ruhumuzun tərcümanı Zezva Medulaşvilinin tərcümələri orijinala yaxınlığı ilə, dilinin rəvanlığı ilə seçilir. Zezva Medulaşvili bir ildən sonra, yəni 1969-cu ildə “Sisartğela” (“Göy qurşağı”) jurnalında Vaqifin dörd irihəcmli şeirini dərc etdirib.

Bütün bu sadalananlar və yeni çap olunan kitab bir daha göstərir ki, Gürcüstanda Vaqif yaradıcılığına sevgi tükənməzdir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin  300 illik yubileyi   ...

AzTU-da görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ...

AzTU
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tbilisidə Azərbaycan–Gürcüstan münasibətlərindən bəhs edən kitabın təqdimat ...

Tiflis
Tiflisdə

Tiflisdə "Körük" və "Şəfəq-Sxivi" ədəbiyyat və sənət jurnallarının növb ...

Yeni nəşrlər, Tiflis
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Eyvaz Zeynalovun kitabı Tbilisidə nəşr olunub

Bədii Tərcümə, Tiflis, Msxeta, "Varlıq"
“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Ədəbi əlaqələr, "Region-Press"
Rəy yazın: