YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..TƏBRİK EDİRİK!..

Bu gün Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin dekanı,
tanınmış alim, fizika-riyaziyyat elmləri namizədi,
dosent Taleh Voraşil oğlu Şirinovun doğum günüdür.
Daha doğrusu, yubileyidir!..
Anadan olmasının 60 illik yubileyi!...


Şirinov Taleh Voraşil oğlu - 26 mart 1963-cü ildə Bərdə şəhərində anadan olub.
1970-1978-ci illərdə Laçın rayonu Haçıxanlı kənd orta məktəbində, 1978-1980-ci illərdə isə Bakı şəhəri 1 saylı Respublika fizika-riyaziyyat təmayüllü orta məktəbdə təhsil alıb.
1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub və 1986-cı ildə həmin fakültəni riyaziyyatçı ixtisası üzrə bitirib.

1987-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının nəzdindəki İdarəetmə Elmi-tədqiqat laboratoriyasında laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işləyib.

2007-ci ildə Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

T.V.Şirinov 2004-2010-cu illərdə Avtomatika və idarəetmə kafedrasında baş müəllim,
2010-2017-ci illərdə Tətbiqi informatika kafedrasında dosent vəzifəsində işləyib.
Hazırda Mühəndis riyaziyyatı kafedrasının dosentidir.


2019-cu ildə AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinə dekan seçilib.

2020-cı ildə Azərbaycan Respublikası "Qabaqcıl Təhsil işçisi" nişanı ilə təltif edilib.

T.V.Şirinov Bakalavr və magistr ixtisası pillələrində təhsil alan tələbələrə «Proqramlaşdırma texnologiyalarında hesablama üsulları», «Ədədlər nəzəriyyəsi və kriptoqrafiya», «Kompüter elminin müasir problemləri», «Optimallaşdırmanın ədədi üsulları» və s. fənlər üzrə mühazirə, laboratoriya, kurs və elmi – tədqiqat işləri aparır.
O, bakalavr pilləsi üzrə buraxılış işlərinə, həmçinin magistr dissertasiyalarına rəhbərlik edir.

T.V.Şirinov İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin Elmi Şurasının sədri və Azərbaycan Texniki Universiteti Elmi Şurasının üzvüdür.
Mütəmadi olaraq Universitet, Respublika, Beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edir.
Müxtəlif mərkəzi jurnallarda və xaricdə dərc olunan 50-dən çox elmi əsərin, o cümlədən 4 dərs vəsaiti, 2 metodik vəsait, 10-dan çox tədris proqramı və metodik işin müəllifidir.

Ailəlidir, üç övladı var.

Biz də əziz və dəyərli dostumuz, çox hörmətli ziyalımız, yurdsevər, vətənpərvər və xeyirxah insan, Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin dekanı, tanınmış alim, fizika-riyaziyyat elmləri namizədi, dosent Taleh Voraşil oğlu Şirinovu
anadan olmasının 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: