Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin dekanı seçilib

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin dekanı seçilib TƏBRİK EDİRİK!..

Bu günlərdə tanınmış alim,
fizika-riyaziyyat elmləri namizədi, dosent
Taleh Voraşil oğlu Şirinov
Azərbaycan Texniki Universitetinin
İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin dekanı seçilib.


Şirinov Taleh Voraşil oğlu - 26 mart 1963-cü ildə
Bərdə şəhərində anadan olub.
1970-1978-ci illərdə Laçın rayonu Haçıxanlı kənd orta məktəbində, 1978-1980-ci illərdə isə Bakı şəhəri 1 saylı Respublika fizika-riyaziyyat təmayüllü orta məktəbdə təhsil alıb.
1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub və 1986-cı ildə həmin fakültəni riyaziyyatçı ixtisası üzrə bitirib.

1987-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının nəzdindəki İdarəetmə Elmi-tədqiqat laboratoriyasında laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işləyib.

2007-ci ildə Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

2004-2010-cu illərdə Avtomatika və idarəetmə kafedrasında baş müəllim, 2010-2017-ci illərdə Tətbiqi informatika kafedrasında dosent vəzifəsində işləyib.
Hazırda Mühəndis riyaziyyatı kafedrasının dosentidir.

2019-cu ildə İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinə dekan seçilib.

Müxtəlif mərkəzi jurnallarda və xaricdə dərc olunan 50-dən çox elmi əsərin, o cümlədən 4 dərs vəsaiti, 2 metodik vəsait, 10-dan çox tədris proqramı və metodik işin müəllifidir.

Ailəlidir, üç övladı var.

Biz də əziz və dəyərli dostumuz, çox hörmətli ziyalımız, yurdsevər, vətənpərvər və xeyirxah insan, tanınmış alim, fizika-riyaziyyat elmləri namizədi, dosent Taleh Voraşil oğlu Şirinovu
Azərbaycan Texniki Universitetinin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin dekanı seçilməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: