AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur TƏBRİK EDİRİK!..

Dekabrın 18-də dəyərli ziyalımız,
kompüter elmləri üzrə tanınmış alim,
AMEA Rəyasət Heyəti aparatının
Elm və təhsil idarəsinin rəisi,
AMEA-nın müxbir üzvü
Əminağa Sadıqovun 55 yaşı
tamam olur.


Əminağa Bəhmən oğlu Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olub. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək, Ukraynanın Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olub. 1992-ci ildə həmin universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. 2013-cü ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda “Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və texnika elmləri doktoru alimlik dərəcəsini alıb. Həmçinin 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb. 2017-ci il mayın 2-də "Kompüter elmləri" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Ə.Sadıqov əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi başlayıb. 1988-ci ildən AMEA-nın Rəyasət Heyətində elmi katib, baş mütəxəssis, 1998-ci ildən Rəyasət Heyəti Elmi-təşkilat şöbəsinin rəisi, 2013-cü ildən isə Elmi-təşkilat idarəsinin rəisi işləyib. Alim 2015-ci ildən Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisidir. Bundan əlavə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Qəzaların monitorinqi və proqnozlaşdırılması laboratoriyasının müdiri vəzifəsində çalışır. O, müxtəlif illərdə universitetlərdə əvəzçiliklə pedaqoji fəaliyyət göstərib. Hazırda ictimai əsaslarla Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyinin sədri, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının elmi katibi, AMEA elmi müəssisələrinin direktorları şurasının məsul katibi, İdarəetmə Sistemləri İnstitutunda fəaliyyət göstərən dissertasiya şurasının üzvü, Milli Məclisin Elm və Təhsil Komitəsinin işçi qrupunun üzvü, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının İntellektual mülkiyyətin qorunması və texnologiyaların ötürülməsi üzrə Məsləhət Şurasının və Elmşünaslıq üzrə Elmi Şurasının üzvü, Amerika Mülki Araşdırmalar Fondunun eksperti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə işçi qrupunun üzvüdür.

Dünyanın 40-a yaxın ölkəsində keçirilmiş 60-dan çox mötəbər beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib. Amerika Birləşmiş Ştatları, İsrail, Malayziya, Almaniya, Yunanıstan, Tailand və digər ölkələrdə elm, təhsil, texnologiya və idarəetməyə dair ixtisaslaşma kurslarında, treninqlərdə iştirak edib.

Ə.Sadıqov fövqəladə hallarda obyektlərin və regionların mühafizəsinin idarə olunmasının avtomatlaşdırılması üçün riyazi modellər və bu modellər əsasında əhalinin, təsərrüfat obyektlərinin və ətraf mühitin təhlükəsizliyinin artırılması, fövqəladə hallarda itkilərin və maddi ziyanın minimuma endirilməsi üçün bir sıra metodlar və informasiya texnologiyaları yaradıb. Bu metodlar və informasiya texnologiyaları fövqəladə hallar zamanı qəbul olunan qərarların, görülən tədbirlərin operativliyini və əsaslılığını əhəmiyyətli dərəcədə artırır. Alimin sözügedən elmi nailiyyəti hazırda müvafiq dövlət qurumları və təşkilatlar tərəfindən istifadə olunur.

Əminağa Sadıqov 119 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 1 patent və 2 ixtiranın müəllifidir.

Alim Prezident İlham Əliyevin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə 3 dəfə AMEA-nın Fəxri fərmanı, Ukrayna Milli Elmlər Akademiyası prezidentinin təqdimatına əsasən “Zolotaya Fortuna”, Beynəlxalq Reytinq Akademiyasının “Şərəf, Şöhrət, Əmək” medalı ilə təltif edilib.



Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
dəyərli ziyalımız, kompüter elmləri üzrə tanınmış alim,
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi,
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovu
anadan olmasının 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm can sağlığı, elm və təhsilimizin tərəqqisi yolunda
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

Elm
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
AMEA nümayəndələri Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik y ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik y ...

Digər bölmələr, Orta Asiya
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Biologiya və tibb elmləri, "Zirvə"
Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

Professor Vilayət Vəliyev AzTU-nun rektoru təyin edilib

AzTU, Təbriklər
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

Digər bölmələr
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

Digər bölmələr
Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Biologiya və tibb elmləri, Təbriklər, Qərbi Azərbaycan
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

"Zirvə"
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
Professor Vidadi Musayev vəfat edib

Professor Vidadi Musayev vəfat edib

AzTU, Nekroloqlar
Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

Elm
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
Rəy yazın: