Bir şairənin ömür payına düşən həyat...

Bir şairənin ömür payına düşən həyat... Bir şairənin ömür payına düşən həyat...
Tanrı hər kəsə bir ömür verir. Bu ömur payını hərə bir cur yaşayır. Qüdrət xanım Bəytəkərlinin də taleyinə dərin mənalı bir şair ömrü düşüb. Qüdrət xanım tək şeir yazmır həmçinin ürəyindəki vətən həsrəti yurd həsrətinən yaşayır.
Şeirində həssas, duyğulu, hər zaman incə qəlbli şair. Öz sevincini də, kədərini də yaşaya bilir. Qüdrət xanım Bəytəkərli dərd çəkməyi bacarır, öz dərdini başqasına yük etmir. Qəlbi od tutub yansa da belə, üzü gülür. Simasından daim nur yağır. Bu nurdan onunla üz-üzə gələn insanlarda pay alır. Bu nurun işıgı onun poeziyasinda da görünür. Qəlb çırpıntısı, həssaslıqla,məhəbbətlə yazılan hər bir şeiri onun daxili dünyasından xəbər verir.Şeirlərini oxuduqca sanki,Qüdrət xanımın ömür yollarını kitab tək vərəqləyir, bu yolu onunla birgə addimlayırsan. Həyatın enişli-yoxuşlu yollarını birdə addımlayır.Qüdrət xanımın qəlbində böyük bir məhəmmət yatır. Ata-Anasını sevdiyi qədər, vətəni, torpağı,doğulub buğum-buğum boya başa çatdıgı Qədim Borçalı mahalının Bəytəkər kəndi də sevir. Qüdrət xanımın ən böyük məqsədi və amali budu:

Vətənim Borçalı ağır elliyəm,
Elimdə, obamda məndə bəlliyəm.
Bəytəkər qızıyam şirin dilliyəm,
Borçalı elinə elə bağlıyam.


Qüdrət xanım Bəytəkərlinin qəlbi çox genişdi. O, dərdi-dərd üsdünə yüklənsə də belə bütün bölgələrin dərdini özü-özüylə paylaşmağı bacarır. Eləcə də qara baxtlı Qarabağımızın dərdinəndə yan keçməyir. "SƏNSİZ QALMIŞIQ", "GÖZLƏ BİZİ" adlı şeirlər yazsa da, hələ özündə təsəlli tapmadığını da bacarır.

Hər an xəyalım dolanır,
Gah aranda,gah da dağda.
Indi də qanla sulanır,
Gül-çiçəyim qarabağda.

Təbriz axıdır göz yaşı,
Didərgin düşüb qardaşı.
Qaçqın dedilər adıma,
Özgələr yanmaz oduma.

Yağıb sənə qar,ay bağım,
Gözlə bizi Qarabağım.
Qurban olum torpağına,
Hər gülünə yarpağına...


Şairə Qüdrət xanım Bəytəkərli bütün şeirlərini beləcə ürək ağrısı ilə yazıb yaradıb.

Şairənin ömür gün yoldaşı Kərim müəllim sayılıb-secilən, ətrafinda hər kəsin hörmətini qazanmış ziyalıdı. Kərim müəllim eləcə də Qüdrət xanımın qəlbinə yol açmış, onun hər cətinliyində, yaradıcılıq işlərində yardım edər. Qüdrət xanım onunla qoşa gəzməkdən hec yorulmadığını bildirər və bir neçə dəfə onsuz uzaq səfərə yollanarkən ömür gün yoldaşına vəsiyyət kimi bir şeir yazıb.

Bir şairənin ömür payına düşən həyat... Yenə səfərə sənsiz gedirəm...

Darıxmaynan qayıdacam sevgilim,
Ürəyimi səndə goyub gedirəm.
Gedəndə gəlib bir yola sal məni,
Dırnagımı ətdən oyub gedirəm.

Az olsada ömrü zordu ayrılıx,
Atəşdi, aloydu, qordu ayrılıx.
Ölümndən də, betər gordu ayrılıx,
Həsrəti içimdə duyub gedirəm.

Təzdən gayıdacam darıxma mənsiz,
Bilmirəm hancarı edəcəm sənsiz.
Əgər ki ölərsəm gorsuz-kəfənsiz,
Qüdrəti ara, tap deyib gedirəm.

Qüdrət xanımın bəzən gördüyü yuxuları da çin çıxar...
O, doğulduğu Bəytəkər kəndinin bulağı haqqında da acınacaqlı şəkildə gördüyü yuxunu ağlaya-ağlaya qələmə alıb bizlərin diqqətinə catdırıb:

Bəytəkər bulaği həsrət cəkir...

Yuxuma gəlmişdi kəndim bulaği,
Görməmişdim onda heç tənhaliği.
Sanki çökərmiş başına yaği,
Gözün yolda qalıb həsrət çəkirsən.

El köcub dağ- təpə olub viran düz,
Pərən- pərən olub elim, obamız.
Dil deyib ağlayır bənovşə, nərgiz,
Sözün dilə gəlib həsrət çəkirsən.

Tushumdaki halın məni yaxanda,
Su yerinə gil, çamir, palciq axanda.
Lilpar- yarpiz kövrək sənə baxanda,
Qız gəlinin nolub həsrət çəkirsən?.

Havan şefa verər suların sərin,
Tarixin qədimdi keçmişi dərin.
Qüdrəti sorurmu həmşərilərin?,
Deyən için dolub həsrət çəkirsən.


Bir şairənin ömür payına düşən həyat... Bir yuxunun izinə düşdüm...

Şəhriyar təşnəliyi....


M.H.Şəhriyar Azərbaycanın ölməz və əvəz olunmaz şairlərindən biridir. O, nəin ki, Cənub Azərbaycanda, Şimal Azərbaycanda, eləcə də bütün Turan ellərində, doğma Borcalımızda da, Dağıstanda da onun yaradıcılıgı sevilə-sevilə oxunur. Qüdrət xanıma görə Şəhriyar ölməyib hələ də sagdi yaşayır.

Şairə bəzən gördüyü yuxularının təsiri ilə də yaşayıb yaradır.O Şəhriyarın yaşadığı Təbrizin Xoşkənab kəndini yuxuda görməklə həmin kəndədə səfər edib. Bir yuxu izinə düşən şair, indi görək nələr yazıb yaradıb.


Qüdrətəm,zaman
mənidə cəkdi sınağa
Gəlmişəm daniş,mən sənin,
sən də mənim yarami bağla,
Xəstə canımı alıb gəlmişəm
qalx ayağa.Ey Şəhriyar.
Sevinsin elin-oban,
qalx ayaga.

Bir şairənin ömür payına düşən həyat... Bir şair düşdü yadıma...

Borçalıdan gəldim ki, ŞəhriyarI yoxlayIm,
Yol yorğunu,fikir nəm,isdədim ki,yuxlayım.
Sordum ki,hardadır Şəhriyar babam,harda?
Dedilər:göydə axdar,onu tapmazsan yerdə.

Yollar uzandı getdi,tapdım ata yurdunu,
Məhəbbət ilə bitdi bu hicranın da sonu.
Gəlib yetdim inadla Xoşkənab adli kəndə,
Cox qəribə, təzadli hissler oyand məndə.

Zaman cəkdi məni də sankı öz sinağina,
Fikirlər məni atdi dərtlərin çanağına.
Heyif,ustad Şəhriyar görünmürdü bu yurdda,
Məni kədər didirdi,şişə cəkirdi dərtdə.

Elə bil ki,yox imiş burda şair Şəhriyar,
Bundan böyük fəlakət,bundan böyük dərdmi var?!
Borçalıdan gəlmişdim Şehriyarı yoxlayım,
Yollar yorğun,fikir nəm,gəldim dərdi haxlayım..

.Getdim Şəhriyarı görmədim.......

Tapdım çox çətinliklə Şəhriyarın yurdunu,
Fikirləşdim: Şəhriyar bu yurddamı,burdamı?
Şair,səni görmək üçün qardaş eldən gəlmişəm,
Elə bil ki, bu yurdu mən nə vaxtsa görmüşəm.

Göy guruldadı qəfildən,şimşək şaxdı əsəbi,
Düşündüm ki,göylərin yerə tutub qəzəbi.
Haradansa üzümə iki qara göz baxdı
Sandım ki, Şəhriyardır, ruhum ayağa qalxdı.

Şükür, onun yurdunda dua edir ürəyim,
Ən sevdalı anlardır bu həyatda gərəyim.
Dərdi söyləməklə bil,çəra tapılmaz ona,
Gərək özün vurasan bu sərt niskili sona.

Şair,xəstə canımla,hüzuruna gəlmişəm,
Səni yuxularımda çox pərişan görmüşəm.
Kükrə,bəlkə dərdlərim candan çıxa dağıla,
Əlini ver, bəlkə gözlərim bu həsrətdən sağala.

Beləcə də Qüdrət xanım Şəhriyarın yurdunda Təbrizin Xoşkanab kəndində sanki şairlə sohbət edirmiş kimi özünü hiss edirmiş...

P.S.: Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından hörmətli Qüdrət xanıma bundan sonra da yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!...

Müşfiq BORÇALI.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qüdrət BƏYTƏKƏRLİ (1963):

Qüdrət BƏYTƏKƏRLİ (1963): "DE Kİ, DARIXIRAM SƏNDƏN ARALI"

Bolus, Müşfiq Borçalı
XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanı ...

XEYİRXAH və VƏTƏNPƏRVƏR MODA USTASI indi də özünü İSTEDADLI ŞAİRƏ kimi tanı ...

Bolus
ŞƏHRİYAR DAĞLI (1997)

ŞƏHRİYAR DAĞLI (1997)

Poeziya, Müsabiqə
BƏYTƏKƏR KƏNDİ

BƏYTƏKƏR KƏNDİ

Bolus
Səbinə FƏRHADQIZI:

Səbinə FƏRHADQIZI: "Bir damla göz yaşi tək, Qoy mən axım qəlbinə..."

Poeziya, Müsabiqə
SƏADƏT BUTAya BAŞSAĞLIĞI

SƏADƏT BUTAya BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Valeh MİRZƏ: BİR MƏLHƏMDİR- CAN DƏRMANI, HƏKİM, YAZ MƏNƏ O SƏSİ

Valeh MİRZƏ: BİR MƏLHƏMDİR- CAN DƏRMANI, HƏKİM, YAZ MƏNƏ O SƏSİ

Təbriklər
Qüdrət Qasımovun 55 illik ömrünün 55 günlük həsrəti

Qüdrət Qasımovun 55 illik ömrünün 55 günlük həsrəti

UNUTSAQ, UNUDULARIQ!....
Yunis QARAXANOV:

Yunis QARAXANOV: "ÖLÜM UCUZLAŞIB YAMAN!.."

Qarayazı, Müsabiqə
ASİF OSMAN (1991)

ASİF OSMAN (1991)

Müsabiqə, Qaraçöp
QÜDRƏT MİNHACOĞLU

QÜDRƏT MİNHACOĞLU

Müsabiqə
Gulsəfa AYVAZOVA: MÜŞFİQ BORÇALIYA

Gulsəfa AYVAZOVA: MÜŞFİQ BORÇALIYA

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Darvaz, Müşfiq Borçalı
Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Başkeçid
Sabir SADAXLI:

Sabir SADAXLI: "VƏTƏN EŞQİNƏ!"

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə
VƏTƏNİN DƏRDLƏRİNİ MİSRALARINA HOPDURAN ŞAİR                 (Həsən Mirzəni ...

VƏTƏNİN DƏRDLƏRİNİ MİSRALARINA HOPDURAN ŞAİR (Həsən Mirzəni ...

Elmi Məqalələr, AzTU, ADPU, Qərbi Azərbaycan
SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ

SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ

Poeziya, Borçalı
Səadət BUTA: ANA KÜRÜN LAYLASINDA

Səadət BUTA: ANA KÜRÜN LAYLASINDA

Tiflis, Başkeçid
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Sona ABBASƏLİQIZI:

Sona ABBASƏLİQIZI: "Barmağında üzük olmaq istərəm..."

Poeziya, Müsabiqə
Sevda ŞAHVERDİYEVA: Gələrsən könlümdə sənə yer verim...

Sevda ŞAHVERDİYEVA: Gələrsən könlümdə sənə yer verim...

Qarayazı
Rəy yazın: