LEYLA İSRAFIL QIZI MANSUROVA

LEYLA İSRAFIL QIZI MANSUROVALEYLA İSRAFİL QIZI MANSUROVA

(1959)


Leyla İsrafil qızı Mansurova (Əliyeva) 26 sent­yabr 1959-cu ildə qədim Borçalı mahalının Baş­ke­çid­ (indiki Gürcüstanın Dmanisi) şəhə­rində anadan olub.
Əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.
1976-1982-ci illər­də Rostov Dövlət Universitetində ali təh­sil alıb. sentyabr 1985-ci ilin sentyabrından - oktyabr 1992-ci ilin oktyabrına qədər Dmanisi şəhərindəki 1 saylı or­ta məktəbdə tarix müəl­limi işləyib.
1992-ci ildə Borçalıda baş vermiş məlum hadi­sə­lərdən sonra o da ailəliklə Azər­bay­cana - Bakiya köçməyə məcbur olub.
1993-cü ilin iyulundan Azərbaycan Respublikası, Bakl şə­həri, Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Azərbaycan Təh­sil Problemləri İnstitutu) elmi işçi vəzifəsində işləyib. Hal-hazırada həmin institutun kadrlar şöbəsində baş mütə­xə­ssis, koordinator vəzifəsində çalışır.
2011-ci ildə dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb, hazırda pedpsixologiya üzrə doktorantdır.
10-dan çox məqalələrin müəllifidir.

Biz də, Leyla xanıma uğurlar arzulayırıq!..

Əsərləri:
1. Azərbaycan Demokratik Respublikası mövzusunun təd­ri­sin­­­də şa­gird­lərin milli ruhda tərbiyəsi Azərbaycan Cum­huriy­yə­ti­nin 80 illiyinə həsr olunmuş ənənəvi elmi konfransın mate­rial­la­rı (1998-ci il 23 may Şamaxı şəhəri). Bakı: Elm, 1998, s.73-79
2. İctimaiyyatın tədrisi metodikası kursunun proqramı. Tarix ka­fed­rası üzrə proqramlar. Bakı: BAPQS-in nəşri, 1998, s.135-139
3. Tarix. Azərbaycan Respublikası məktəblərinin təhsil stan­dartları. Bakı, 2000, s.277-304
4. Tarix. İnsan və cəmiyyət. Orta ümumtəhsil məktəblərinin təhsil standartları. Bakı: Ünsiyyət, 2004, 55 s.
5. Şagirdlərdə idraki fəallığın formalaşdırılması yolları // ADPU-nun Xəbərləri, 2007, №2, s.49-52
6. Внеклассные и внешкольные мероприятия в развитии позна­вательной активности учащихся // Bakı Slavyan Uni­ver­sitetinin Elmi əsərləri, 2007, № 1-2, s.201-207
7. Проблема подготовки педагогических кадров / “Pe­da­qoji kadr hazırlığı: problemlər, vəzifələr” mövzusunda bey­nəl­xalq simpoziumun materialları. Naxçıvan, 2009, s. 190-197
8. Игровые технологии на уроках истории / “Azər­bay­­can təh­sili yeni inkişaf mərhə­lə­sin­də” mövzusunda res­pub­lika elmi-praktik konfransın materialları. Bakı, 2010, s. 222-225

Sertifikatları:
1. 04 noyabr 2004-cü ildə World Hope International təş­ki­la­tının kompüter məktəbinin kurslarını bitirmişəm (sertifikat).
2. Noyabr 2006-cı il tarixdə Test və Tətbiqi Təd­qiqatlar Mər­kəzinin “İntellekt test sınaqlarına hazırlıq” adlı kurslarında iştirak etmişəm (sertifikat).
3. Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulum­larının tətbiqi və fəal(interaktiv)təlim. Təlimçilər üzrə Təlim kur­­su -UNİCEF, 2012
4. “Mentorluq sisteminin yaradılması” mövzusunda 2014-cü il fevralın 3-dən 12-dək kurs (sertifikat).
5. Turizm bələdçisi sertifikatı. Bakı, 16 may 2013-cü il.


(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", I cild, Bakı, 2015, səh.227-228).



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: