Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni... Gürcüstan » Başkeçid 7 января 2016 Ana....Bu gecə yuxuma gələrsən, yene,Sənin ücün döyünür bu ürək Ana...Mənə bir lay-lay de mən yaşadıqca,Qelbimdə gül açsın hər dilek Ana...Yuxumda olsa da qucaqla məni,Qoxlayım o gõzəl ənbər ətrini. ..Alıb dizinə sənsiz kõrpəniAğarmış saçıma sığal çək Ana...Sənsizlik bağrıma köz salib, qopar,Ya õzün gəl mənə, ya məni apar. .Qoyma bu qəlbimi sıxa qəm-qübarBir yerdə ağlayaq bir yerdə gülək...Məzarın buz kimi, həm qara zindan,Õpüm ağ kəfəni, açım, dur oyan...Gəlmişəm canımı eyləyim qurban,Qurbanı məzarda dur kəsək, Ana...Dedilər soyuqdur torpağın üzü,İtib neçə-neçə məzarın izi.Qəribdə olsaq da saf sevgimizi,Ayira bilmez heç bu felek, Ana...Telliyəm, qurumur gõzümün yaşı,Ahıma ağlayır dağların başı...Yaradan yaradır ata qardaşı,Yaratmır sənin tək bir mələk, Ana...* * * Otuz ildir eşqim düsüb borana,Bayatı der dilim, of yana-yana.Tərpətməyin çõnemmərəm bu yanaDindirməyin yatmış bəxtim oyanar...Deyirsən yazıram qüssədən-ahdanTərbiyə almadım atam-anamdan,Təhslli almişam Uca Allahdan,Səsləməyin batmış bəxtim oyanar...Sevirəm õz millətimi, elimi,Biləmmədim doğma ana dilimi,Yan darayım ağarmiş bu telimiBəsləməyim õtmüş bextim oyanar...İnandim tanrının mõcüzesine,Ruzi verib her kəsin öz kisəsnə,Gõz tikme sən õzgələrin tikesne,Dərdlənməyim itmiş bəxtim tapılar...DünyaBu dunyanın dərdi õldürür məni,Ağladır gõzümü, kõvrək qəlbimi. Bu dünyanın sirrin aça bilmədim,Nədəndir qəm qüssə, hey üzür məni?!.Verib bəzisinə qızıl dirəyi,Yenə də qəlbində nəfsi kinlidir.Kasıb zorla tapır duzu çõrəyi,Gündə neçə dəfə Rəbbə sükür edir.Telliyəm, yalana dõzmür ürəyim,Hər gecə dərd-kədər sıxır sinəmi.Bilmirəm dərdimi kimə sõyləyim,Õldürür dünyanın dərd-səri məni.Gecələr...Ərşə çəkilibdir yuxum yenə də,Ulduzlar qonaqdır bizə gecələr.Sevgi həsrətilə alışan kõnlüm,Sərgərdan olubdu düzə gecələr. .Tənhalıq sonuma çixar qorxuram,Sənsizlik evimi yıxar qorxuram.Hardasan? Gəl məni apar, qorxuram,Yoxsa ki, men gəlim sizə gecələr?. .Gəl birgə bõlüşək acı heyatıMən ağı sõyləyim, sənsə bayatı.Kõnüllər oxşayan o xoş ovqatı,Vursun sərin mehin üzə gecələr..Yarası ağırdır qəlbimdə yarınBoranlı qış olub yazım-baharım.Küləklər süpürüb buz kimi qarınTõkür mən saldığım izə gecələr..Tellidir hər dərdə dõzən, ağrıyan,Qelbinə daş basıb gizlin ağlayan.Carpaz sinəsini didib dağlayanTutub buz sinəmi kõzə gecələr.. SevgilimBu gecə yuxuma gelmişdin yenə,Hesrət neğməsilə, eşqin səsiylə.o vüsal dəminin həzin səsini,Gətirsin qoy bizə külək bu gecə.Necə də xõsbəxtik səninlə birgə,Nə sənin ailen, nə də ki, mənim.Heç biri düşmədi yadımıza belə,Nəhayət toxundu əlim əlinə.Baxışlar ovsunlar biri-birini,Hər iksi sevgidən alışıb yanar.Heyvani hisslərdə uzaq dolanarSevgidən danışaq gülək bu gecə.Yaradan qoy versin öz fərmanını,Õlüm mələkləri alsın canımı.Sevenlər kõvrəlsin, Telli bu anda,Çatmısan arzuya, kama cahanda.***Təkcə sevgiylə çırpındı ürəyim,Bir bülbül qəfəsdə çırpınan kimi...Tər gõzəl ətirli çicəklər kimi,Bir boynu bükülmüş bənövşə kimi. Arzum murazim Leyli tek sevmek,Mecnunum hələ də səhrada qalıb...Bu ürək sevgidən alışıb yanıb,Sevginin ətrini hələ duymayıb...Neçə illərdir ki, gõzlərim yolda,Həsrət sevgisindən dastan yaranıb,Bir dəfə, ay zalım, məni sal yada,Oyansın sevgimin kõzü nə olar?...Telli Ənvər qizi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.