AzTU tələbələrinin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində diaspor üzvləri ilə görüşü olub

AzTU tələbələrinin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində diaspor üzvləri ilə görüşü olubAzTU tələbələrinin “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində diaspor üzvləri ilə görüşü olub Aprelin 25-də Azərbaycan Texniki Universitetində (AzTU) Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq icra etdiyi “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində tədbir keçirilib.

AzTU-nun Tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov tədbiri açaraq iştirakçıları, qonaqları salamlayıb və onları tələbələrə təqdim edib. Prorektor çıxışında bütün ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının işindən danışaraq Azərbaycanı dünyaya tanıdan bu təşkilatlarda görülən işlərin əhəmiyyətini vurğulayıb.

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbə-gənclərin Azərbaycan diasporu haqqında düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.

Daha sonra “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Dünya Azərbaycanlıları Konqresinin Qadınlar Şurasının sədri Dünya Əliyeva, Türkiyə Azərbaycan evinin icraçı direktoru, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili, Ukraynada fəaliyyət göstərən Yeni Dünya Beynəlxalq İctimai Birliyinin baş katibi Xəzri Elxanoğlu, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi və Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının keçmiş üzvü Zaur Məmmədov, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri olmuş gənc politoloq Elvin Babayevin çıxışları maraqla dinlənilib.
Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ndə ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularında çıxış ediblər.

Azərbaycan Texniki Universitetinin məzunu və hazırda Almaniyanın Rostok Universitetinin Texniki termodinamika kafedrasının daimi elmi işçisi Cavid Səfərov isə “Skype” vasitəsilə “Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.

Sonda qonaqlar tələbələri maraqlandıran bütün sualları cavablandırıblar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Diaspora
Berlində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib

Berlində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib

Avropa, Diaspora
Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Turan, Avropa, Diaspora

"Polşada Azərbaycanlı Gənclər Şurası” Milli Mətbuat günündə jurnalistlərlə ...

Avropa, Diaspora
Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Avropa, Diaspora
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Qarabağ, Hüquq, Təbriklər, Diaspora
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
Diasporla İş üzrə Dövlət Komitəsinin 16 yaşı tamam olub

Diasporla İş üzrə Dövlət Komitəsinin 16 yaşı tamam olub

Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Diaspora
Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Avropa, Diaspora
Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçiril ...

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçiril ...

Diaspora
AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib

AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib

AzTU, Avropa
AzTU-da Virtual İnkişaf və İdarəetmə Mərkəzinin təqdimatı keçirilib

AzTU-da Virtual İnkişaf və İdarəetmə Mərkəzinin təqdimatı keçirilib

AzTU, GVİİM
Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Regionlar, Rusiya, Diaspora
Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb

Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb

Rusiya, Diaspora
“Sərhədsiz Reportyorlar”dan qondarma

“Sərhədsiz Reportyorlar”dan qondarma "DQR"-ə dəstək

Avropa, Diaspora
Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağ ...

Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağ ...

Turan, Diaspora
Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının növbəti iclası keç ...

Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının növbəti iclası keç ...

Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Rusiya, Diaspora
Rəy yazın: