DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU Yaxşı müəllim gələcəyin açarıdır.
O, öz biliyi, ziyası ilə sabahımız olan uşaqlarımıza elm, savad öyrədir. Millətin, yaşadığın ölkənin doğulduğun şəhərin, diyarın, bölgənin, ən nəhayət kəndin görən gözü, düşünən beyini, döyünən ürəyi olur. Bilikli, bacarıqlı müəllim sabahımıza atılan ümidverici addımlardır. Valideyin min bir çətinliklə böyütdüyü övladını məktəbə bilik öyrənmək üçün yollayır. Onun gələcəyinə ümidlə baxır. Hər bir məktəbə yollanan uşağın gələcək ömür yolu məktəbdə təhsil illərində qazandığı savaddan çox aslıdır.

Bu barədə müəllimlər uşaqların təhsilli, bilikli yetişməsində danılmaz rol oynayır. Təkcə uşaqların çalışqanlığı, qavrama qabiliyyəti önəm kəsb etmir, bu önəmi tamamlayan müəllim əməyi, müəllim diqqəti, müəllim ziyasıdır.


Belə ziyalardan biri də Babacan Ramiz oğlu Zəkiyevdir. O, 1979-cu il iyul ayının 7 də Qusar rayonunun Həsənqala kəndində anadan olmuşdur. 2003-cü ildə Təfəkkür Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirmişdir. Mən Babacan müəllimi uşaq vaxtdan tanıyıram, onun öz üzərində çalışqanlığı biliyi, savadı məktəbimizin rəhbəri kimi bir vəzifəyə çəkilməsinə səbəb olub. O, hələ cavandır, çalışqandır, işinin öhdəsindən gəlməyi bacaran adamdır. Uşaq vaxtlarımdan xasiyyətinə, bacarığına bələdəm. Balaqusar kənd tam orta məktəbində Zəkiyev Babacan Ramiz oğlu direktor vəzifəsində çalışır. Onun məktəbin ictimai-siyasi həyatında gördüyü işlər az müddət içində diqqət kəsb edir. Məktəbdə keçilən dərslər zamanı bir həqiqət bizə aydın olur ki, müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır desək, yəqin ki, yanılmarıq. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri var. Məktəbdə müəllimllərin də, uşaqların da, məktəblə bağlı olan bütün işçilərin də cəfasını məhz məktəbə rəhbərlik edən məktəb direktoru çəkir.

Bir rəhbər kimi hamını dinləmək, hamıya diqqət, qayğı göstərmək məktəbdə nizam-intizam məsələrinə, vaxtaşırı keçirilən tədbirlərə önəm vermək hər bir məktəb rəhbərinin ümidə vəzifəsidir. Balaqusar tam orta məktəbinin direktoru Babacan müəllim çalışqanlığı, bacarığı ilə bu vəzifənin öhdəsindən şərəflə gəlir. Orta təhsili zəif olan insan böyük uğurlara gedən yolda büdrəyər, arzu etdiyi məqama yetişə bilməz. Orta məktəblərdə qazanılan bilik, ali məktəblərə qəbulun meyarıdır, açarıdır... açarın tənzimləyicisi məktəbdir... dəyərli Babacan müəllim, qoy sizin rəhbərliyiniz sayəsində məktəbimiz gündən-günə bilik zirvəsinə irəliləsin, ali məktəblərə qəbul olan uşaqlarımızın sayı artsın... Azərbaycanımızın təhsil sistemində önəmli yerləri fəth etməyi bacaraq, diləyim odur ki, bundan böyük uğurlar əldə edəsiz! Şərəfli müəllim adıyla zirvələr sizin olsun...

Sizi Balaqusar tam orta məktəbinin direktoru adını daşımaq münasibəti ilə təbrik edir, cansağlıqlı ömür diləyirəm... Qoy təhsil sistemimiz inkişafda olsun, ziyamızın közü sozalmasın...
Balalarımızın ömür yoluna çıqraq olsun müəllim ömrü...


Ceyhun Ağabəyov
Qusar rayonundakı Balaqusar kənd tam orta məktəbinin tariix müəllimi,
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü.

25.05.2018


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: